Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Stenford (ing. Stanford) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, San-Fransisko körfəzi yaxınlığında yerləşən tanınmış şəhər və eyni adlı nüfuzlu a

Stenford

  • Ana Səhifə
  • Vikipediya
  • Stenford

Stenford (ing. Stanford) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, San-Fransisko körfəzi yaxınlığında yerləşən tanınmış şəhər və eyni adlı nüfuzlu ali təhsil müəssisəsinin yerləşdiyi ərazi. Əsasən Stenford Universiteti ilə tanınan bu ərazi, elmi, texnoloji və mədəni fəaliyyətləri ilə beynəlxalq nüfuza malikdir.

Stenford
Stanford
37°25′26″ şm. e. 122°09′57″ q. u.HGYO
Ölkə
  •  ABŞ
Tarixi və coğrafiyası
Sahəsi
  • 7,191031 km²
  • 7,189763 km² (2010)
Mərkəzin hündürlüyü 29 m, 29 m
Saat qurşağı
  • Sakit okean vaxtı
  • UTC−07:00
  • UTC−08:00
Əhalisi
Əhalisi
  • 21.150 nəf. (2020)
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 650
Poçt indeksi 94305
Digər
visit.stanford.edu/basic…
Xəritəni göstər/gizlə
Stenford xəritədə
Stenford
Stenford
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stenford şəhərciyi Kaliforniya ştatının San-Mateo və Santa-Klara dairələrinin sərhədində, Palo-Alto şəhərinin yaxınlığında yerləşir. Rəsmi olaraq şəhər statusu daşımır, lakin Stenford Universitetinin kampusuna ev sahibliyi etdiyi üçün tez-tez müstəqil yaşayış məntəqəsi kimi qəbul olunur.

Mündəricat

Tarixi

Stenfordun tarixi XIX əsrin sonlarına təsadüf edir. Şəhər 1885-ci ildə tanınmış amerikalı sənayeçi və siyasi xadim Leylend Stenford (ing. Leland Stanford) və həyat yoldaşı Ceyn Stenford (ing. Jane Stanford) tərəfindən təsis edilmişdir. Onların 15 yaşında vəfat edən yeganə övladları Leland Stenfordun xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan bu məkan, ilk gündən ali təhsil və ictimai xidmət ideyalarına əsaslanmışdır. 1885-ci il noyabrın 11-də Stenford Universitetinin nizamnaməsi rəsmən təsdiqlənmiş və bu ərazidə universitetin təməli qoyulmuşdur. Rəsmi açılış isə 1 oktyabr 1891-ci ildə baş tutmuşdur. Universitetin ilk rektoru Devid Star Cordan olmuş və 559 tələbə ilə fəaliyyətə başlamışdır.

Stenford Universitetinin qurulması həm də o dövrdə Qərbi Amerikada yüksək keyfiyyətli təhsilin möhkəmlənməsi baxımından mühüm addım sayılırdı. O dövrdə təhsil mərkəzləri əsasən şərq sahilində yerləşirdi. Buna görə də Stenford universiteti və şəhərciyi Amerikanın qərbində akademik və mədəni dirçəlişin simvoluna çevrildi.

XX əsrin ortalarında Stenford Universiteti və ətraf ərazi Silikon Vadisinin formalaşmasına və texnologiya sahəsində böyük şirkətlərin yaranmasına təkan verdi. Universitetin tədqiqat proqramları və sənaye ilə əməkdaşlığı nəticəsində Hewlett-Packard, Google, Yahoo!, Sun Microsystems kimi nəhəng texnologiya şirkətləri məhz bu ərazidə formalaşdı.

İkinci Dünya müharibəsi dövründə və ondan sonra Stenford kampusu elmi-texniki tərəqqinin mühüm mərkəzlərindən biri kimi inkişaf etdi. Bu dövrdə Stenford Xətti Sürətləndirici Mərkəzi (SLAC) və Huver İnstitutu kimi qurumlar yaradıldı. Bu tədqiqat mərkəzləri soyuq müharibə dövründə ABŞ-ın strateji üstünlüklərinin formalaşmasında rol oynadı.

Əhali və infrastruktur

Stenfordun əhalisi əsasən universitetlə əlaqəli tələbələr, professorlar və tədqiqatçılardan ibarətdir. Bölgədə müasir infrastruktur, o cümlədən yaşayış binaları, kitabxanalar, araşdırma mərkəzləri, muzeylər və idman kompleksləri mövcuddur.

Mədəniyyət və təhsil

Ərazi Stenford Memorial Kilsəsi, Kantor İncəsənət Mərkəzi, Qrin Kitabxanası və digər mədəni obyektləri ilə tanınır. Təhsil fəlsəfəsi, incəsənətə əsaslanan tədqiqat və yaradıcılıq sahəsində bir çox görkəmli alim və pedaqoqlar məhz burada fəaliyyət göstərmişdir. Bunlardan biri də Elliot Eisner olmuşdur.

Nəqliyyat

Stenford, Palo-Alto dəmir yolu stansiyası vasitəsilə San-Fransisko və San-Xose kimi böyük şəhərlərlə birləşir. Eyni zamanda ərazi San-Fransisko Beynəlxalq Hava Limanı və San Xose Beynəlxalq Hava Limanına yaxın məsafədə yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, stenford sözünün mənası, stenford haqqında məlumat. stenford nədir? stenford nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycan arxeologiyası

  • Mart 01, 2026

    Mirseyid Sultanqaliyev

  • Fevral 27, 2026

    Məymanə

  • Fevral 27, 2026

    Bia

  • Mart 01, 2026

    Rokfeller Universiteti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst