Sos
| Sos | |
|---|---|
![]() Xocavənd rayonunun Sos kəndi, 2025-ci ilin sentyabr ayı | |
| 39°42′46″ şm. e. 47°00′33″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Xocavənd rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 675 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 126 nəfər (2025) |
![]() Sos | |
Sos (əvvəlki adı: Suz) — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd, Sos kənd inzibati ərazidairəsinin mərkəzi.
Toponimikası
Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlinir.
Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilmişdir. İrəvan əyalətinin Göyçə mahalında Sos, Laçın rayonunda Sus və Sus-Zabuq, Qax rayonunda Suskənd, Şahbuz rayonunda Sələ-Sus, Ordubad rayonunda Nüsnüs kəndində Susdərə, Kəlbəcər rayonunda Susuzluq və başqa adlar ilə mənaca eynidir. Bu adlar iki cür izah oluna bilər:
- Türk dillərində sos "Sucaq yer" sözündəndir.
- Monqolca suus "maldar elin düşərgəsi" sözündəndir. Həqiqətdə də Sos kəndi Hadrut qəsəbəsindən yaranma məntəqələrdəndir.
Tarixi
2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdı.
15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sos kəndində olmuşdu.
Tarixi abidələri
Sos kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 240 | Alban məbədi | IV əsr | Sos kəndi | Memarlıq | Ölkə |
- Amaras monastırı bu kəndin yaxınlığında və inzibati ərazi dairəsində yerləşir.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | XXXX | XXXX | XXXX |
| 2009 | ↗XXXX | ↗XXXX | ↗XXXX |
14 sentyabr 2025-ci il tarixinədək Sos kəndinə 10 ailə (46 nəfər) kəndə qayıtmışdı.
15 noyabr 2025-ci ildə 80 nəfər olmaqla 20 ailə kəndə köçürüldü.
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həmçinin bax
- Cütcü
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sos (Xocavənd) haqqında məlumat. Sos (Xocavənd) nədir? Sos (Xocavənd) nə deməkdir?

