Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Solmaz Mirzəyeva (8 iyul 1938, Bakı – 25 yanvar 2010, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Jurnalisti.

Solmaz Mirzəyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Solmaz Mirzəyeva

Solmaz Mirzəyeva (8 iyul 1938, Bakı – 25 yanvar 2010, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Jurnalisti.

Solmaz Mirzəyeva
Solmaz Abbas qızı Mirzəyeva
Doğum tarixi 8 iyul 1938(1938-07-08)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 yanvar 2010(2010-01-25) (71 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Həyat yoldaşı
  • Osman Mirzəyev
Uşaqları
  • Sevinc Osmanqızı,
  • Lalə Hacıyeva[d]
Fəaliyyəti jurnalist
Mükafatları "Tərəqqi" medalı — 20052005

Həyatı

Solmaz Mirzəyeva 8 iyul 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə Azərbaycan Dövlət Univnsitetinin jurnalistika fakültəsinə daxil olmuş, oranı 1961-ci ildə bitirmişdir.

1962-ci ildən 1968-ci ilə kimi "Azərnəşr"in elmi-kütləvi, uşaq ələbiyyatı, bədii ədəbiyyat və tərcümə redaksiyalarında kiçik redaktor, 1968-ci ildən isə redaktor vəzifələrində çalışmışdır.

Solmaz Mirzəyeva jurnalistlik fəaliyyətinin 30 ili "Azərbaycan dəmiryolçusu" qəzeti ilə bağlı olmuşdur. 1980–1993-cü illərdə qəzetin redaktor müavini işləmişdir. 1993-cü ildən ömrünün sonuna kimi qəzetin redaktoru olmuşdur. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilən iqtisadi islahatların ölkə ictimaiyyətinə çatdırılmasında onun böyük zəhməti olmuşdur.

İşlədiyi müddət ərzində kollektivin dərin rəğbətini qazanan Solmaz Mirzəyevanın zəhmətini Dəmir Yol rəhbərliyi və MHİRK-nin Rəyasət Heyəti həmişə yüksək qiymətləndirmiş, "Fəxri dəmiryolçu" döş nişanı və mətbuat sahəsində səmərəli fəaliyyətinə görə "Ustad" Ali Jurnalistika Mükafatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Ailəsi Azərbaycanda jurnalist Mirzəyevlər ailəsi tanınmışdır. Həyat yoldaşı, 20 noyabr Qarakənd faciəsində şəhid dünyasını dəyişmiş, jurnalist Osman Mirzəyev ölkə mətbuatının inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Qızları Nərgiz, Lalə və Sevinc bu gün də mətbuat sahəsində çalışırlar.

  • Jurnalist Osman Mirzəyevın həyat yoldaşıdır.
  • Jurnalist Sevinc Osmanqızının anasıdır.

Həmçinin bax

  • Qarakənd faciəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, solmaz mirzəyeva sözünün mənası, solmaz mirzəyeva haqqında məlumat. solmaz mirzəyeva nədir? solmaz mirzəyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Columbiformes

  • Fevral 27, 2026

    Süleyman peyğəmbər

  • Fevral 27, 2026

    Bığlı şəbpərə

  • Fevral 23, 2026

    Kəbə

  • Fevral 27, 2026

    Krallıq donanması

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst