Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirzəyeva Sevinc Osman qızı (22 iyun 1969, Bakı) — jurnalist, televiziya aparıcısı. ANS TV kanalının xəbərlər xidmətinin rəhbəri olaraq fəaliyyət göstərmişdi. O

Sevinc Osmanqızı

  • Ana Səhifə
  • Vikipediya
  • Sevinc Osmanqızı

Mirzəyeva Sevinc Osman qızı (22 iyun 1969, Bakı) — jurnalist, televiziya aparıcısı. ANS TV kanalının xəbərlər xidmətinin rəhbəri olaraq fəaliyyət göstərmişdi. O, bir müddət Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri idi. 1990-cı illərin əvvəllərində gənc yaşlarından siyasi meydanda olduğu üçün onu Azərbaycanın müasir dövrünün ilk qadın diplomatı adlandırmaq olar. Hazırda mühacirətdədir, ABŞ-da yaşayır. 2018-ci ildən “Osmanqızı TV” internet kanalı fəaliyyətdədir.

Sevinc Osmanqızı
Sevinc Osman qızı Mirzəyeva
Doğum tarixi 22 iyun 1969 (56 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Osman Mirzəyev
Anası Solmaz Mirzəyeva
Milliyyəti Azərbaycanlı
Təhsili BDU
Fəaliyyəti Jurnalist, Diktor, Aparıcı
Fəaliyyət illəri 1990 - indiyədək

Mündəricat

Həyatı

Sevinc Osmanqızı 22 iyun 1969-cu ildə Bakıda jurnalist ailəsində anadan olub. 1986-cı ildə Osman Mirzəyev adına 190 nömrəli məktəbi qızıl medalla, 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Jurnalist fəaliyyətinə “Assa-İradə” xəbər agentliyində parlament müxbiri kimi başlayıb (1990). Azərbaycan Televiziyasının (AzTV) Xəbərlər Redaksiyasında müxbir işləyib (1990-1992). Müstəqil Azərbaycan Respublikasının ilk diplomat qadını kimi, Xarici İşlər Nazirliyində 3-cü katib vəzifəsində çalışıb (1993).

İngiltərədə, BBC radiosu Azərbaycan redaksiyasının Jurnalist prodüseri işləyib (1994-1999). BBC radiosunun ing. “Arts and Features” Departamentinin Azərbaycan üzrə müxbiri kimi çalışıb (1999-2000). Daha sonra ABŞ-nin Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsinin rəhbəri işləyib (2000–2008). ANS TV-də yayımlanan “Cümə” və “Cümə söhbəti” verilişlərinin müəllifi və aparıcısı idi (2009). Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri olmuşdur.

Sevinc Osmanqızı beynəlxalq səviyyəli jurnalist kimi BBC radiosunda çalışdıqdan sonra dünyanın xəbər liderlərindən olan CNN telekanalı üçün Azərbaycan haqqında reportajlar hazırlayıb. 24 yaşında Azərbaycan Xarici İşlər Nazirliyində 3-cü katib işlədikdən sonra 6 il Britaniyada jurnalist kimi fəaliyyəti göstərib. Azərbaycana qayıtdıqdan sonra 8 il ABŞ-nin Azərbaycandakı səfirliyində çalışıb.

Ailəsi

  • Jurnalist Osman Mirzəyevin qızıdır.
  • Jurnalist Solmaz Mirzəyevanın qızıdır.
  • Jurnalist Azər Xəlilovla ailəli olub.

BBC

BBC dünyanın ən qədim və nüfuzlu media qurumlarından biridir. İndi BBC-nin Ümumdünya Xidməti 43 dildə yayınlanır. 1994-cü ildən BBC-nin Ümumdünya Xidmətin yeni yaradılan Mərkəzi Asiya və Qafqaz Departamenti fəaliyyət göstərir. Azərbaycan şöbəsi də onun tərkibindədir. Azərbaycan dilində proqramlar həmin ilin noyabr ayının 30-dan yayına başlayıb. İlk dəfə Azərbaycan dilində "Danışır London. Efirdə BBC-nin Azərbaycan xidmətidir" sözlərini səsləndirən jurnalist Sevinc Osmanqızı olub.

Mükafatlar

“Sivilizasiyalar” 20 hissəli tarixi radio oçerklər silsiləsinə görə Azərbaycan Jurnalistlər İttifaqının Zərdabi mükafatı (2000).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sevinc osmanqızı sözünün mənası, sevinc osmanqızı haqqında məlumat. sevinc osmanqızı nədir? sevinc osmanqızı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səngəçal

  • Fevral 27, 2026

    Qaziantep ili

  • Fevral 27, 2026

    Əmirhüseyn Məcidov

  • Mart 01, 2026

    Ramil Quliyev

  • Fevral 27, 2026

    I Həsən

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst