Slavyanka — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Slavyanka kənd inzibati ərazi dairəsində kənd.
| Slavyanka | |
|---|---|
| |
| 40°39′27″ şm. e. 45°48′38″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1844 |
| Mərkəzin hündürlüyü | 1.482 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Slavyanka | |
Tarixi
Yaşayış məntəqəsi çar hökumətinin köçürmə siyasəti ilə əlaqədar Krım yarımadasından gəlmələrin 1844-cü ildə burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd köçürmə kampaniyasına rəhbərlik edən və burada yaşayan rus zabiti Slavinonun adı ilə adlandırılmış, 1854-cü ildən Slavyanka kimi rəsmiləşdirilmişdir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4047 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Azərbaycanın dünya şöhrətli Slavyanka suları Slavyanka kəndinin təbii bulaqlarından çıxır. Slavyanka suları insan orqanizminə faydalı olan minerallarla zəngin təbii süfrə suyudur və Azərbaycanda, o cümlədən digər ölkələrdə qısa zaman ərzində məşhurlaşmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Slavyanka (Gədəbəy) haqqında məlumat. Slavyanka (Gədəbəy) nədir? Slavyanka (Gədəbəy) nə deməkdir?

