Siyənəkkimilər (lat. Clupeiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. 300-ə yaxın növü var. Sümüklü balıqlara aiddirlər. Bədəni gümüşü, uzunsov, yanlardan sıxılmışdır. Üzgəclərində tikanlı şüalar yoxdur. Bir bel üzgəci vardır. Qarın üzgəcləri 6-8 şüalıdır. Yan xətti yoxdur. Qəlsəmə qapağındakı seysmosensor kanalları yaxşı inkişaf etmişdir. Dəstəyə - siyənəkkimilər, ancouskimilər və dorabkimilər fəsilələrinə aid olan 70 cins və 300 növ daxildir. Xəzərdə və Azərbaycanın ərazi sularında ilk fəsilənin nümayəndələri yaşayır.
| Siyənəkkimilər | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Koqorta: Otocephala Dəstəüstü: Clupeomorpha Dəstə: Siyənəkkimilər | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Təsnifatı
- Denticipitidae fəsiləsi
- Ançouslar (Engraulidae) fəsiləsi
- Pristigasteridae fəsiləsi
- Kilqarınlar (Chirocentridae) fəsiləsi
- Siyənəklər (Clupeidae) fəsiləsi
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Siyənəkkimilər haqqında məlumat. Siyənəkkimilər nədir? Siyənəkkimilər nə deməkdir?
