Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sitarə Cavanşir qızı Rəhimova (21 mart 1945, Tbilisi – 5 mart 2010, Bakı) — Azərbaycan tətbiqi incəsənət ustası.

Sitarə Rəhimova

  • Ana Səhifə
  • Vikipediya
  • Sitarə Rəhimova

Sitarə Cavanşir qızı Rəhimova (21 mart 1945, Tbilisi – 5 mart 2010, Bakı) — Azərbaycan tətbiqi incəsənət ustası.

Sitarə Rəhimova
Doğum tarixi 21 mart 1945
Doğum yeri Tbilisi, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 5 mart 2010 (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam, tətbiqi incəsənət ustası
Təhsili Azərbaycan Politexnik İnstitutu
Mükafatları XTNS qızıl medalı — 1983 XTNS bürünc medalı — 1984

Mündəricat

Həyatı

Sitarə Rəhimova 21 mart 1945-ci ildə Tbilisi şəhərində dünyaya gəlmiş, 1950-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, erkən yaşlarından təsviri incəsənət və muncuqla işləmələrə maraq göstərmiş, əBakıdakı muzeylərdən birində gördüyü Azərbaycan şairəsi Xurşidbanu Natəvanın işlərindən təsirlənmiş və incəsənət sahəsində fəaliyyətə bağlamışdır. Sitarə Rəhimova 1969-cu ildə Bakı İncəsənət Kollecini bitirdikdən sonra təhsilini Bakıdakı Politexnik İnstitutun memarlıq fakültəsində davam etmiş, 1974-cü ildə həmin universitetdə təhsilini başa vurmuşdur.

Sitarə Rəhimova Azərbaycan Rəssamlar İttifaqının və Dizaynerlər Birliyinin üzvü olmuşdur.

Rəssam uzunmüddətli ciddi xəstəlikdən sonra 5 mart 2010-cu ildə vəfat etmişdir.

Yaradıcılığı

Sitarə Rəhimovanın əsərləri mürəkkəb olduğu üçün çox detallıdır. Taxılan hər muncuq tikiş iynəsi vasitəsilə parçaya tikilmişdir. Şüşə və büllur muncuqlardan əlavə olaraq, Sitarə Rəhimova əsərlərində minerallardan və qiymətli daşlardan da istifadə etmişdir. Onun əsərlərinin xüsusiyyəti iri ölçülü rəsmi hazırlamaq üçün xırda detallara diqqət ayırmaqdan ibarətdir.

İlk dəfə muncuqlarla sənət əsərləri yaratmağa 1973-cü ildə başlayan Sitarə ilk kompozisiyası olan "Boxça"nı həmin ildə yaratmışdır.

Sitarə Rəhimova 1980–1983-cü illərdə milyonlarla muncuğun dəqiq yerləşdirilməsi ilə hazırlanan və növbəti əsəri olan "Simurq quşu"nu tamamlayır. 1983-cü ildə bu əsər Moskvada keçirilmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətlər Sərgisində qızıl medala layiq görülür. 1983-cü ildə tamamlanmış "Qızılgül" əsəri 1987-ci ildə Moskvada keçirilmiş Azərbaycan incəsənəti sərgisidə nümayiş etdirilib. 1984-cü ildə Sitarə "Leyli və Məcnun" və "Eynək Qabı"nı, 1984–1985-ci illərdə rəssam "Ceyranlar"ı tamamlayır. Onun 1986-cı ildə yaratdığı "İynə Yastığı" və "Xalça Ornamenti" əsərləri hazırda Bakıda yerləşən Xalça Muzeyində yer almışdır.

Mustafa Kamal Atatürkün 1995–1996-ci illər ərzində hazırlanmış portreti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ Atatürkün 75 illiyinin keçirilməsi mərasimində hədiyyə edilmişdir. Bu sənət əsəri hazırda İstanbulda yerləşən Mustafa Kamal Atatürk Muzeyində nümayiş etdirilir. Dövlət başçıları silsiləsindən olan növbəti portret 1998-ci ildə tamamlanmış Heydər Əliyev portretidir. Həmin portret Azərbaycan Respublikası Prezidentinin iqamətgahında nümayiş etdirilir. Prezident İlham Əliyevin portreti isə 2004–2005-ci illərdə tamamlanmışdır.

Sitarə Rəhimovanın əsərləri Türkiyə, İtaliya, İsveçrə, Çin, Pakistan, Fransa, Birləşmiş Krallıq, Honqkonq və Almaniyada keçirilmiş sərgilərdə Azərbaycanı təmsil edərək nümayiş etdirilmişdir.

Mükafatları

  • SSRİ Xalq Təsərrüfatı Nailiyyətlər Sərgisinin qızıl medalı — 28 oktyabr 1983
  • SSRİ Xalq Təsərrüfatı Nailiyyətlər Sərgisinin bürünc medalı — 19 dekabr 1984

Qalereya

  • "Simurq quşu", 1983
    "Simurq quşu", 1983
  • "Leyli və Məcnun". 1984
    "Leyli və Məcnun". 1984
  • "Allahın adları"
    "Allahın adları"
  • "Heydər Əliyev". 1998
    "Heydər Əliyev". 1998
  • Heydər Əliyev Sitarə Rəhimovanın "Atatürk" əsərini Süleyman Dəmirələ hədiyyə edərkən
    Heydər Əliyev Sitarə Rəhimovanın "Atatürk" əsərini Süleyman Dəmirələ hədiyyə edərkən
  • Sitarə Rəhimova əsərləri ilə
    Sitarə Rəhimova əsərləri ilə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sitarə Rəhimova haqqında məlumat. Sitarə Rəhimova nədir? Sitarə Rəhimova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şiqeru Miyamoto

  • Fevral 27, 2026

    Santa-Klaus

  • Fevral 27, 2026

    Ixieae

  • Fevral 23, 2026

    17 avqust

  • Fevral 27, 2026

    Baharlı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst