Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Simko Şəqaqi ( kürd. Simkoyê Şikakî; 1887 – 30 iyun 1930, Üşnəviyyə, Qərbi Azərbaycan ostanı), əsl adı İsmayıl ağa Şəqaqi ( kürd. Smayîl Axayê Şikak ) — kürd si

Simko Şəqaqi

  • Ana Səhifə
  • Vikipediya
  • Simko Şəqaqi

Simko Şəqaqi ( kürd. Simkoyê Şikakî; 1887 – 30 iyun 1930, Üşnəviyyə, Qərbi Azərbaycan ostanı), əsl adı İsmayıl ağa Şəqaqi ( kürd. Smayîl Axayê Şikak ) — kürd siyasətçi və inqilabçı, İran Kürdüstanında İran hakimiyyətinə qarşı üsyan edən Şəqaqi tayfasının lideri.

Simko Şəqaqi
kürd. Simkoyê Şikak
Şəxsi məlumatlar
Doğum tarixi 1887(1887)
Vəfat tarixi 30 iyun 1930(1930-06-30) (42–43 yaşında)
Vəfat yeri
  • Üşnəviyyə, Üşnəviyyə şəhristanı, Qərbi Azərbaycan ostanı, İran
Vətəndaşlığı
  •  Qacar dövləti
Hərbi fəaliyyəti
Döyüşlər
  • Simko Şəqaqi üsyanı (1918–1922),
  • Birinci Dünya müharibəsi,
  • Simko Şəqaqi üsyanı (1926)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İranın şimal-qərbində Urmiya şəhəri yaxınlığında Barandüz çayının yanında yerləşən Çəhrik qalasının sahibi olan kürd feodal ailəsində anadan olmuşdur. O, 1918-ci ilin yayında kürd ərazilərində İran hakimiyyətinə qarşı mübarizəyə başlamışdır. 1920-ci ilə qədər İran Azərbaycanının Urmiya gölünün qərbində yerləşən hissəsi faktiki olaraq onun nəzarəti altında idi. Onun Xoyda aysorlara qarşı qırğınlarda iştirak etdiyi və öz hərəkətləri ilə Salmasda aysorların müsəlmanlara qarşı qırğına səbəb olduğu məlumdur.

Yaratdığı və rəhbərlik etdiyi kürd kəndlilərinin ordusu ilə onu nəhəng döyüş qüvvəsinə çevirmiş, bir neçə dəfə İran ordusu üzərində böyük qələbələr qazanmış, regionun bir sıra şəhərlərini tutmuşdur. Bir neçə dəfə şah hökuməti onu kürd muxtariyyətinin yaradılması ilə bağlı danışıqlara başlamağa çağırmışdır. 30 iyun 1930-cu ildə İran qoşunlarının pusqusuna düşmüş və döyüşdə həlak olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Simko Şəqaqi haqqında məlumat. Simko Şəqaqi nədir? Simko Şəqaqi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bulak xan

  • Fevral 27, 2026

    Genom

  • Fevral 27, 2026

    Yerusəlim məbədi

  • Fevral 27, 2026

    Udmurtlar

  • Fevral 27, 2026

    Togon Teymur

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst