Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Silur dövrü — paleozoy erasının əvvəlindən başlayaraq üçüncü dövr; 20–27 mln. il davam etmişdir. Silur dövrü əvvəllərində baş vermiş kaledon tektonik hərəkətlər

Silur dövrü

  • Ana Səhifə
  • Vikipediya
  • Silur dövrü

Silur dövrü — paleozoy erasının əvvəlindən başlayaraq üçüncü dövr; 20–27 mln. il davam etmişdir. Silur dövrü əvvəllərində baş vermiş kaledon tektonik hərəkətlərindən sonra (llandover epoxasında), Yer səthinin iri dəniz transqressiyası ilə müşayiət olunan intensiv çökəlməsi baş vermişdir. Llandoverin sonu və venlok effuziv və intruziv maqma fəaliyyətinin təzahürü ilə əlamətdardır. Ludlov epoxasında platformalarda reqressiya, geosinklinal hövzələrin bəzi sahələrində çökəlmənin davam etdiyi müşahidə edilir.  Silur dövrü sonları kəskin şəkildə özünü göstərən və hər yerdə müşahidə olunan reqressiya ilə səciyyələnir. Qalıq dəniz hövzələri Şərq Avropa platformasının cənub-qərbində, Ural-Tyanşan, Qazaxıstan, Verxoyansk-Çukot, qismən Kordilyer və Aralıq dənizi geosinklinal vilayətlərinin bəzi yerlərində mühafizə olunmuşdu. Silur dövrü üzvi aləmi ordovik, xüsusilə devon dövrləri ilə sıx surətdə bağlıdır. Silur dövrü foraminiferlər (amiodistsidlər, atoksofraqmidlər, lagenidlər), karbonatlı süngərlər, ikitayqabıqlı molluskalardan müxtəlifdişlilər dəstəsi, tentakulitlər, dəniz qönçələri, təkcərgəli qraptolitlər meydana gəlmişdir; silur dövrü sonunda ilk dəfə olaraq həqiqi balıqlarla təmsil olunmuş (akandotlar, lövhədərililər) çənəli xordalılar rast gəlməyə başlayır, həmçinin xüsusən qabarma-çəkilmə zolağında və sahilboyu quruda ilk dəfə olaraq çoxsaylı ali bitkilərə — riniofitlərə rast gəlinir. Bu zaman ilk quru buğumayaqlıları — əqrəblər də meydana gəlmişdir. Silur dövrü ən çox — stromatoporatlar, tabulyatoideyalar, heliolitoideyalar, dördşüalı mərcanlar, düz xarici qabıqlı başıayaqlılar (ortotseratoideyalar və aktinoseratoideyalar), qədim ostrakodalar, evripterideyalar, mamırabənzərlər (trepostomidlər), müxtəlif qıfıllı braxipodlar (əsasən pentameridlər və atripidlər), dəniz zambaqları, təkcərgəli qraptolitlər, onurğalılardan çənəsizlərin bütün yarımsinifləri, ali bitkilərdən — riniofitlər və ehtimal ki, dövrün sonunda plaunabənzərlər geniş yayılmışdır. Ordovikdəki rifəmələgətirən orqanizmlər yaşamaqda davam etmişdır, yerüstü şəraitdə buğumayaqlılar (çoxayaqlılar və əqrəblər), bitkilərdən riniofitlər mövcud olmuşlar.

Yerin geoloji tarixinin bir hissəsi
Silur dövrü
443.8—419.2 mln il qabaq
←
Ke
O
S
D
Ка
Pe
Тr
Y
Tə
Pa
N
Geoxronoloji məlumatlar
Eon Fanerozoy
Era Paleozoy
İqlim
Oksigen səviyyəsi 16—17 %
CO2 səviyyəsi 7 %
Orta temperatur 18—20 °C
← Ordovik dövrü
Devon dövrü →
Geoxronoloji şkala milyon
il
əvvəl
Eon Era Dövr 0
F
a
n
e
r
о
z
о
y
Kaynozoy Dördüncü dövr 2,58
Neogen 23
Paleogen 66
Mezozoy Təbaşir 145
Yura 201
Trias 252
Paleozoy Perm 299
Karbon 359
Devon 419
Silur 444
Ordovik 485
Kembri 541
K
e
m
r
i
d
ə
n

ə
v
v
ə
l
Proterozoy Neoproterozoy Ediakar 635
Kriogen 720
Toni 1000
Mezoproterozoy Steni 1200
Ektaz 1400
Kalim 1600
Paleoproterozoy Stater 1800
Orozir 2050
Rias 2300
Sider 2500
Arxey Neoarxey 2800
Mezoarxey 3200
Paleoarxey 3600
Eoarxey 4000
Katarxey 4600
Mənbə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Silur dövrü haqqında məlumat. Silur dövrü nədir? Silur dövrü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Napoleon müharibələri

  • Fevral 23, 2026

    Paleozoy erası

  • Fevral 23, 2026

    Ksenofobiya

  • Fevral 21, 2026

    Avstriya gerbi

  • Fevral 23, 2026

    Ahirani dialekti

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst