Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Siemreap — Şimal-Qərbi Kambocada yerləşən Siemreap vilayətinin paytaxtıdır. Hər il milyonlarla turistin gəldiyi Anqkor Vat məbədinə 5,5 km məsafədədir.

Siemreap (şəhər)

  • Ana Səhifə
  • Vikipediya
  • Siemreap (şəhər)

Siemreap — Şimal-Qərbi Kambocada yerləşən Siemreap vilayətinin paytaxtıdır. Hər il milyonlarla turistin gəldiyi Anqkor Vat məbədinə 5,5 km məsafədədir.

Şəhər
Siemreap
ក្រុងសៀមរាប
13°21′44″ şm. e. 103°51′35″ ş. u.HGYO
Ölkə  Kamboca
Region Siemreap
Qubernator Khim Bunsong
Tarixi və coğrafiyası
Əsası qoyulub 1907
Mərkəzin hündürlüyü 18 ± 1 m
Saat qurşağı UTC+7
Əhalisi
Əhalisi 230,714 nəfər (2008)
Xəritəni göstər/gizlə
Siemreap xəritədə
Siemreap
Siemreap
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin mərkəzi hissəsi Sivutha küçəsi və Psar Chas (Tarixi Bazar) ətrafını əhatə edir. Fransız müstəmləkəsi dövründən qalma inzibati binalar və iş mərkəzləri burada yerləşmişdir. Wat Bo yaxınlığında çoxlu sayda kirayə evlər və mehmanxanalar fəaliyyət göstərərkən, Psar Leu yaxınlığında isə ən çox əl işləri satılan dükanlar yerləşmişdir.

Siemreap çayı şəhərin içərisindən axır. Siemreap Beynəlxalq Havalimanı şəhər ilə 15 dəqiqəlik məsafədə yerləşmişdir.

Cənub-şərqi Asiyanın ən böyük şirin su rezervi olan Tonle Sap gölü şəhərə 15 km məsafədədir. 1997-ci ildə UNESCO tərəfindən Dünyanın Biyosfer Rezerv ərazisi elan edilən Tonle Sap gölü üstündə yerləşən Chong Khneas kəndi, turizm cəhətdən diqqət çəkən yerlərdən biridir. Biyoçeşitlilik cəhətdən zəngin olan göl, həmçinin bir quş cənnətidir.

Mündəricat

Etimologiya

Siem Reap adı Kxmer dilində "Siyam məğlub oldu" mənasını verir. Tayland Krallığı ilə 17-ci əsrdə olan müharibədə Kxmer İmparatorluğunun qazanmasının şərəfinə şəhər Siemreap adlandırılır.

İqtisadiyyat

Şəhərin iqtisadiatı turizm əsasında qurulmuşdur. İnkişaf edən turizmi ilə birliktə yeni açılan hotel , restoran və barlar şəhərin iqtisadiatını daha da inkişaf etdirir. Əkinçilik, balıqçılık, əl işləri və meyvə istehsalı iqtisadiatda əvəzsiz rol oynayır.

Turizm

Kambocanın ən əsas turizm mərkəzi olan şəhər 12-ci əsrdə tikilən Anqkor Vat məbədinin qapısı rolunu oynayır. Anqkor Vat məbəd bölgəsinin 1992-ci ildə Ümumdünya irsi siyahısına daxil edilməsindən sonra şəhərin turizm potensiyalı yüksəldi.

2007-ci ildə 1 milyon turist şəhəri ziyarət etmişdir. Siemreap şəhərini ziyarət etmək üçün ən uyğun vaxtlar Sentyabr-Mart arasıdır. Şəhərdə hər bütçəyə uyğun hotel tapmaq mümkündür.5 ulduzlu hotellərdən butik ailə hotel lərinə kimi çoxlu sayda hotel fəaliyyət göstərir.

İqlim

Siemreap sunekvatorial iqlimə malikdir. İstilik və rütubətin miqdarı yüksəkdir. Fəsillərə görə rütubət və istilik fərqi çox azdır. Əsasən Aprel və Avqust ayları arasında yağışlı günlərin sayı artır.

Şəkillər

  • Buddizm məbədi
    Buddizm məbədi
  • Siemreap Beynəlxalq Havalimanı
    Siemreap Beynəlxalq Havalimanı
  • Anqkor Milli muzeyi
    Anqkor Milli muzeyi

Qardaşlaşmış şəhərlər

  • Baqan, Myanma

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, siemreap (şəhər) sözünün mənası, siemreap (şəhər) haqqında məlumat. siemreap (şəhər) nədir? siemreap (şəhər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Iris laevigata

  • Fevral 27, 2026

    Ferens Molnar

  • Fevral 27, 2026

    Məhluqə Sadıqova

  • Fevral 27, 2026

    Behbudovlar

  • Fevral 26, 2026

    Albedo

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst