Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sevil — 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyes. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkd

Sevil (pyes)

  • Ana Səhifə
  • Vikipediya
  • Sevil (pyes)

Sevil — 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyes. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir. Bir çox qadın şəhərdəki teatrda tamaşanı izlədikdən sonra hicab geyinməkdən imtina etmişdir.

Sevil
Sevil pyesinin proqramı 1928-1929-cu il
Sevil pyesinin proqramı 1928-1929-cu il
Janr Dram
Müəllif Cəfər Cabbarlı
Orijinal dili Azərbaycanca
Yazılma ili 1928
Vikimənbənin loqosu Sevil Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyesin sonrakı uyğunlaşdırmaları orijinal əsər ilə müqayisədə insanlara daha az təsir göstərmişdir. 1929-cu ildə bu əsərin eyniadlı filmi çəkilmişdir. Film bütövlükdə Mərkəzi Asiya və Qafqaz regionlarında insanlara nümayiş etdirilmişdir.

Mündəricat

Süjet

Əsərdə hadisələr 1918-1919-cu illərdə Bakıda cərəyan edir. Əsərin əsas obrazları olan cütlük - Sevil və Balaş kəndli icmasına məxsus ailələrdə böyüyüb boya-başa çatmışdır. Sevil özünü evinə və ailəsinə həsr etmiş bir qadın ikən, Balaş cəmiyyətdə müəyyən mövqe tutmuşdur və həyat yoldaşı Sevili, hətta onun ən sadə davranışlarına görə belə alçaldaraq təhqir edir. Onların Gündüz adında bir oğlu da vardır. Cəfər Cabbarlı əsərdə insanlara ötürmək istədiyi məlumatları Balaşın bacısı Gülüş vasitəsilə ötürür. Gülüş yaşadığı cəmiyyətdə qadınlara xas olmayan bir azadlıq tələb edir və bunu Sevilə anlatmağa çalışır. Sevil isə "qadın dediyin nədir ki, ay Gülüş , kişinin kölgəsi" deyir və Gülüşün çadrasını açaraq gəzməsini dəlilik hesab edir.

Ailə bir müddət belə kasıbçılıq içində həyat sürdükdən sonra Balaş Müsavat hökuməti və Ağ ordu zabitləri ilə əlaqəli Bakının yüksək aristokratik cəmiyyətinə qarışır və məşhur birja tacirlərindən birinə çevrilir. O, Bakıda Dilbər (digər adı-Edilya) adında gənc, gözəl, Fransada manikürçülük kursunu bitirən və aristokratik ailədən olan qadınla tanış olur. Müəyyən müddət sonra Balaş Dilbərlə olan sevgi münasibətini ailəsinə açıqlamaq üçün onu evinə dəvət edir və atası Atakişi bəylə Sevili Dilbərin yanında təhqir edərək alçaldır. Buna ürəyi tab gətirməyən Gülüş isə həm atasını, həm də Sevili qonaqların yanında müdafiə edir və Sevilə "qoç döyüşünə qoç dayanar" deyərək onu Dilbərlə mübarizəyə səsləyir. Sevil isə Gülüşün dediklərini yenə də anlamayaraq Balaşı müdafiə edir..

Aradan illər keçir, Balaş Dilbərlə yaşamağa davam edir, ancaq artıq onunla olan münasibətinə peşman olmağa başlayır. Digər tərəfdə isə Gündüzü 10 yaşına qədər böyüdüb boya-başa çatdıran Gülüş Sevilə dərs deyir. Bundan sonra Sevil artıq çadrasını açmış və inqilabi hərəkatda iştirak etməyə başlamışdır. O hətta Moskvaya gedərək təhsil alır və "Azərbaycan qadınının azadlıq yolu" adlı kitab yazır. Gündüzün onuncu yaş günündə Moskvadan qayıdan Sevil burada da onun kitabından söhbət açıldığını görür. Hətta bir çox insan kitabın əvvəllər bu icmanın sakini olan Sevil tərəfindən yazıldığına inanmır. Balaş Sevilə onu bağışlaması üçün dil töksə də, Sevil onu bağışlamır. Bundan sonra Sevil yeni, daha modern Bakıda Gülüş və oğlu Gündüz ilə həyatını davam etdirir və Azərbaycandakı əvvəl iştirak etdiyi inqilabi hərəkatın inkişafı üçün çalışır. Aciz və acınacaqlı vəziyyətdə olan Balaş isə cəmiyyətdə sakit şəkildə həyatını yaşamağa davam edir – ona Sovet cəmiyyətində yer yoxdur.

Həmçinin bax

  • Azərbaycan teatrı
  • Azərbaycanda qadın
  • Azad qadın heykəli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sevil (pyes) haqqında məlumat. Sevil (pyes) nədir? Sevil (pyes) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Plantago coronopus

  • Fevral 27, 2026

    Rus

  • Fevral 27, 2026

    Adelaida Məmmədova

  • Fevral 27, 2026

    Baharçılar

  • Fevral 27, 2026

    Xaçova döyüşü

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst