Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sevda Yusif qızı Məmmədəliyeva (14 noyabr 1946, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini (1999–2023), alim, fəlsəfə elmləri doktoru, prof

Sevda Məmmədəliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Sevda Məmmədəliyeva

Sevda Yusif qızı Məmmədəliyeva (14 noyabr 1946, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini (1999–2023), alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü (2001), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024).

Sevda Məmmədəliyeva
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
4 avqust 1999 – 01 mart 2023
Şəxsi məlumatlar
Doğum tarixi 14 noyabr 1946(1946-11-14) (79 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti alim
Atası Yusif Məmmədəliyev
Elmi fəaliyyəti
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru
Elmi adları professor, AMEA-nın müxbir üzvü

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20162016 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20192019"İncəsənət və ədəbiyyat" ordeni komandoru (Fransa) — 2000

Mündəricat

Həyatı

Sevda Yusif qızı Məmmədəliyeva 1946-cı il noyabrın 14-də Bakı şəhərində akademik ailəsində anadan olmuşdur. 1962-ci ildə Bakı şəhər 6 saylı orta məktəbi eksternat qaydası ilə və Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1967-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına daxil olaraq elmi fəaliyyətə başlamışdır.

Namizədlik disertasiyasını müdafiə etdikdən sonra 1970–1983-cü illərdə AMEA-nın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışmışdır. Bu illərdə S. Məmmədəliyeva böyük elmi işçi (1974) və dosent (1983) elmi adlarına yiyələnmişdir.

S. Məmmədəliyeva 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyir. 1987-ci ildə S. Məmmədəliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda bir illik stajirovka keçir.

1994-cü ilin yanvar ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun İxtisaslaşdırılmış elmi şurasında 090011 – "Sosial fəlsəfə" ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edir və fəlsəfə elmləri doktoru elmi dərəcəsi alır (1994).

1996-cı ildə elm, mədəniyyət və təhsil sahəsində xidmətlərinə görə S. Məmmədəliyeva "Bilik" Azərbaycan Maarif Cəmiyyətinin medalı ilə təltif olunaraq akademik Yusuf Məmmədəliyev adına mükafatın laureatı olur.

1997-ci ildə S. Məmmədəliyevaya professor elmi adı verilir.

1999-cu ildə S. Məmmədəliyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri vəzifəsinə seçilir.

Ailəsi

Sevda Məmmədəliyeva Azərbaycanın tanınmış alimi Yusif Məmmədəliyevin qızıdır.

Elmi fəaliyyəti

S. Məmmədəliyevanın elmi fəaliyyəti müasir elm və təcrübənin ən aktual problemlərindən biri olan sosial fəlsəfə ilə bağlıdır. Onun əsərləri təkcə Azərbaycanda deyil, xaricdə də elmi ictimaiyyət tərəfindən tanınır. 1997-ci ildə sosial fəlsəfə üzrə silsilə işlərinə görə o, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, 1999-cu ildə Rusiya Ekoloji Akademiyasının əcnəbi üzvü, 2000-ci ildə NOOSFERA Beynəlxalq Akademiyasının həqiqi üzvü seçilmişdir.

2001-ci ildə S. Məmmədəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının "Fəlsəfə" ixtisası üzrə müxbir üzvü seçilmişdir.

1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi fəal iştirak etmişdir.

1999-cu il avqust ayının 4-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə S. Məmmədəliyeva Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilmişdir.

2023-cü il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Mədəniyyət sahəsində elmi-praktik baza yaratmaq məqsədilə S. Məmmədəliyevanın təşəbbüsülə Mədəniyyət Nazirliyində mədəniyyət siyasəti şöbəsi yaradılmışdır. Bu şöbə beynəlxalq təşkilatlar və elmi institutlarla (Avropa Şurası, YUNESKO, Avropa İttifaqı, MDB ölkələrinin mədəni əməkdaşlıq üzrə Şurası, TÜRKSOY) əməkdaşlıq əsasında mədəniyyət sahəsində yeni siyasət işləyib hazırlayan elmi laboratoriya kimi fəaliyyət göstərmişdir.

1999-cu ildən başlayaraq, S. Məmmədəliyevanın bilavasitə iştirakı ilə mədəniyyət siyasəti sahəsində bir sıra milli və beynəlxalq elmi proqramlar işlənib hazırlanmışdır. Onların sırasında "Azərbaycan Mədəniyyətinin Dövlət Strateji İnkişaf Proqramı", "Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı" mühüm yer tutur. O, mədəniyyət sahəsində beynəlxalq elmi layihələrin koordinatorudur. Bunlardan Avropa Şurasının Mədəniyyət Komitəsi və Mədəniyyət Siyasəti üzrə Bonn Müqayisəli Tədqiqat İnstitutu (ERİCarts) ilə birlikdə həyata keçirilmiş "Azərbaycanda mədəniyyət siyasəti: əsas fakt və təmayüllərin kompendiumu" elmi layihəsi xüsusi qeyd olunmalıdır. Bu layihə əsasında hazırlanmış "Azərbaycan Respublikasında mədəniyyət siyasəti" elmi icmalı İnternet saytında yerləşdirilmişdir. Kompendiumun onlayn versiyası 2002-ci ildə Kaliforniya Universitetinin "Sosial elmlər sahəsində ən yaxşı işə görə" mükafatına layiq görülmüşdür. Avropa Şurasının "Stage" regional layihəsinin mühüm mərhələsi olan "Mədəni siyasət üzrə milli məruzənin müəlliflərindən biri S. Məmmədəliyevadır. Məruzə Avropa Şurası tərəfindən nəşr edilmiş, İnternet saytında yerləşdirilmişdir. Milli Məruzənin təqdimatı Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin iclasında (Strasburq, 2001) və Bakı şəhərində keçirilən Milli debatlarda (2002) olmuşdur.

S. Məmmədəliyeva Avropa Şurasının "Münaqişənin mədəniyyət vasitəsilə aradan qaldırılması" və "Kiyev Təşəbbüsü", həmçinin UNESKO-nun "Mədəni çeşidlilik", "GUÖAM ölkələrinin mədəniyyət üzrə observatoriyası" proqramlarının milli koordinatorudur.

S. Məmmədəliyeva 1999-cu ildən Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin üzvü, Mədəniyyət üzrə Komitənin bütün iclaslarının iştirakçısıdır. O, Komitənin Strasburqda keçirilən iclaslarında, Fransa, Rusiya, Portuqaliya, İsveçrə, Xorvatiya, Almaniya, Yunanıstan, Hollandiya, Türkiyə və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda çoxsaylı məruzələrlə çıxış edir. Bu konfrans və simpoziumların nəticələri üzrə materiallar nəşr olunmuşdur.

2007-ci ildə Avropa Şürasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Bürosunun üzvü seçilmişdir.

S. Məmmədəliyeva bir çox beynəlxalq və respublika səviyyəli elmi forum, dəyirmi masa, seminarların iştirakçısı, 120-dən çox elmi işlərin, o cümlədən 9 kitabın müəllifidir.

"Xoşməramlı səfir", "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi", "Kitabxanalar biliklər cəmiyyətində" və "Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında" kitabların tərtibatçısı olmuşdur.

Elmi əsərləri

  1. Kimya və ekologiyanın fəlsəfi-metodoloji nöqteyi nəzərdən qarşılıqlı təsiri.
  2. Ekoloji problem və onun həlli yolları.
  3. Ekologiya və texnika.
  4. Mədəniyyət, təhsil, ekologiya.
  5. Azərbaycan Respublikasında mədəniyyət siyasəti (əsas faktlar və təmayüllər)

Mükafatları

  • Fransız Elmi Cəmiyyətinin medalı — 2005
  • Fransanın "İncəsənət və Ədəbiyyat" ordeninin zabit dərəcəsi — 13 iyun 2008
  • İtaliya Respublikasının "Şərəf" ordeni — 5 iyun 2013
  • Avstriyanın elm və incəsənət üzrə fəxri xaç ordeni — 14 iyun 2015
  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 28 yanvar 2016
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2019
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 9 may 2024

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sevda Məmmədəliyeva haqqında məlumat. Sevda Məmmədəliyeva nədir? Sevda Məmmədəliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çando (Vando)

  • Fevral 27, 2026

    Qərbi Sumatra

  • Fevral 23, 2026

    Sünnə

  • Fevral 27, 2026

    Ələddin Paşa

  • Fevral 27, 2026

    Əl-Qaidə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst