Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1331, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanl

Ələddin Paşa

  • Ana Səhifə
  • Vikipediya
  • Ələddin Paşa

Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1331, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı.

Osman Qazioğlu Ələddin Paşa
türk. Alaeddin Paşa
Osmanlı sədrəzəmi
1320 – 1331
Əvvəlkiyoxdur
SonrakıNizaməddin Əhməd Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1281(1281)
Doğum yeri Söğüt,Biləcik ili, Rum Sultanlığı
Vəfat tarixi 1331(1331) (49–50 yaşında)
Vəfat yeri
  • Bursa, Osmanlı imperiyası
Dəfn yeri
  • Bursa
Fəaliyyəti siyasətçi
Atası I Osman
Anası Rəbiə Bala Xatun
Ailəsi Osmanlı xanədanı
Dini islam

Mündəricat

Həyatı

İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir.

Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir.

1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur.

Ailə

Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu:

  • Hörmətli Kılıç: Onların uşaqları var idi.
  • Hızır bəy: Uşaqları var idi.
  • Mehmed bəy: Bir oğlu və bir qızı var idi.
  • İbrahim bəy: Bir oğlu və bir qızı var idi.
  • Şahi Çələbi: Bir qızı var idi.
  • Taci Hatun
  • Ayşe Hatun
  • Paşa Hatun

Xeyriyyə işləri

Bursada Qala içində iki məscidi və bir imarət tikdirmiş, adına vəqf təsis olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ələddin Paşa haqqında məlumat. Ələddin Paşa nədir? Ələddin Paşa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nikel asetat

  • Fevral 27, 2026

    Mutisioideae

  • Fevral 27, 2026

    Co Dassen

  • Fevral 23, 2026

    Xlor

  • Fevral 27, 2026

    Laos bayrağı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst