Selena Mari Qomez (ing. Selena Marie Gomez; 22 iyul 1992[…], Qrand-Preri[d], Texas, ABŞ) — amerikalı müğənni, aktrisa, prodüser və iş qadını. Karyerasına uşaq yaşlarında aktrisalıq edərək başlayıb, 2002–2004-cü illərdə "Barni və dostları" teleserialında rol alıb. Selena 2007–2012-ci illərdə Disney Channel-in istehsalı olan "Veyverli Pleysli sehrbazlar" sitkomunda baş rola çəkilib və bu serialdakı Aleks Russo obrazına görə yeniyetmələr arasında məşhurluq qazanıb. Selena 2008-ci ildə Hollywood Records ilə müqaviləyə imza atıb və Selena Gomez & the Scene adlı musiqi qrupunu formalaşdırıb. Selenanın ön planda olduğu bu pop-rok qrupu 2012-ci ildə dağılmazdan əvvəl üç ədəd studiya albomu çıxarmışdı. Bu qrupun ən populyar mahnısı "Love You like a Love Song" idi.
| Selena Qomez | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Doğum adı | Selena Marie Gomez |
| Doğum tarixi | 22 iyul 1992[…] (33 yaş) |
| Doğum yeri | |
| Həyat yoldaşı |
|
| Partnyoru |
|
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni, müğənni-bəstəkar, musiqi prodüseri, aktrisa, səsləndirmə aktrisası[d], model[d], dəb dizayneri, kinematoqraf[d], biznes ledi, uşaq aktrisa[d] |
| Fəaliyyət illəri | 2002-ci ildən |
| Janrlar | pop musiqisi, dans-pop, elektropop[d], pop-rok, müasir R&B[d], alternativ R&B[d] |
| Musiqi alətləri | zərb alətləri, zərb qurğusu[d], baraban |
| Albom şirkətləri | Hollywood Records, Interscope Records |
| Mükafatları | |
![]() | |
| selenagomez.com | |
Selena Qomez müğənni kimi solo karyerasına 2013-cü ildə "Stars Dance" adlı debüt albomunu buraxaraq başlamışdır. Bu, onun Billboard 200 musiqi cərgəsinin birinci pilləsinə yüksələn ilk albomu olmuşdur. Albomun xeyli sayda ölkədə hit olan sinqlları "Come & Get It" və "Slow Down" idi.
Həyatı
Şəxsi həyatı
Selena Qomez Los-Anceles qraflığındakı Kalabasas şəhərində yerləşən 6.6 milyon dollarlıq malikanədə yaşayır. 2008-ci ildə Nik Conas ilə romantik münasibət qurub. 2010–2018-ci illərdə kanadalı müğənni Castin Biber ilə ara-sıra sevgili olub. 2015-ci ildə rusiyalı-alman dicey Zedd ilə münasibət qurub və sonrakı il ayrılıb. 2017-ci ildə The Weeknd ilə birlikdə olub. 2023-cü ilin dekabrında musiqi prodüseri Benni Blanko ilə romantik münasibətdə olduğunu bildirib.
Diskoqrafiya
Selena Gomez & the Scene albomları
- Kiss & Tell (2009)
- A Year Without Rain (2010)
- When the Sun Goes Down (2011)
Solo albomları
- Stars Dance (2013)
- Revival (2015)
- Rare (2020)
Filmoqrafiya
- Spy Kids 3-D: Game Over (2003)
- Horton kimi eşidir? (2010)
- Monte-Karlo (2011)
- The Muppets (2011)
- Spring Breakers (2012)
- Transilvaniya hoteli (2012)
- Qayğının əsasları (2016)
- Neighbors 2: Sorority Rising (2016)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Selena Qomez haqqında məlumat. Selena Qomez nədir? Selena Qomez nə deməkdir?

