Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Science Adventure (科学アドベンチャー, Kagaku Adobenchā?, azərb. Elm macərası‎) — 5pb. və Nitroplus şirkətləri tərəfindən yaradılmış videooyun franşizi. Franşiz hazırda

Science Adventure

  • Ana Səhifə
  • Vikipediya
  • Science Adventure

Science Adventure (科学アドベンチャー, Kagaku Adobenchā?, azərb. Elm macərası‎) — 5pb. və Nitroplus şirkətləri tərəfindən yaradılmış videooyun franşizi. Franşiz hazırda beş əsas vizual romandan ibarətdir: "Chaos;Head", "Steins;Gate", "Robotics;Notes", "Chaos;Child" və "Steins;Gate 0". Hər bir vizual roman əsasında sikvellər, spin-offlar, eləcə də, anime və manqalar istehsal olunmuşdur.

Science Adventure
Science Adventure Live 2012 tədbirindən poster. Posterdə franşizin ilk 3 oyununun əsas personajları əks olunub (soldan sağa): Rimi ("Chaos;Head"), Kurisu ("Steins;Gate") və Akiho ("Robotics;Notes").
Janrlarvizual roman
Yaradıcılar5pb., Nitroplus
Nəşrçilər5pb., Nitroplus, JAST USA, PQube
MüəlliflərÇiyomaru Şikura
SsenaristlərNaotaka Hayaşi
BəstəkarlarTakeşi Abo
PlatformalarMicrosoft Windows, Xbox 360, Xbox One, PlayStation 3, PlayStation 4, PlayStation Portable, PlayStation Vita, iOS, Android
Orijinal platformaMicrosoft Windows
Başlanğıc ili2008
İlk buraxılışChaos;Head
25 aprel 2008
Son buraxılışSteins;Gate 0
10 dekabr 2015
Rəsmi vebsaytıkagaku-adv.com

Mündəricat

Seriya

Buraxılış illərinin xronologiyası
2008Chaos;Head
2009Steins;Gate
2010Chaos;Head Love Chu Chu!
2011Steins;Gate: Darling of Loving Vows
Steins;Gate: Variant Space Octet
2012Robotics;Notes
2013Steins;Gate: Linear Bounded Phenogram
2014Chaos;Child
2015Steins;Gate 0
2016
2017Chaos;Child Love Chu Chu‼

Chaos;Head

Chaos;Head (カオスヘッド, Kaosu Heddo?, azərb. Xaos;zirvəsi‎) franşizin ilk oyunudur, 2008-ci ilin aprelində Microsoft Windows üçün buraxılmışdır. "Sayıqlama elmi macəra" (妄想科学ADV, Mōsō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2009-cu ildə baş verir. Takumi Nişico adlı hikikomorinin bir neçə qətlin arasında qalmasından bəhs edir.

Oyun

  • Chaos;Head (PC, 2008)
  • Chaos;Head Noah (Xbox 360, PlayStation Portable, iOS, Android, PlayStation 3, 2009) - Daha yaxşı qrafiklərə və əlavə sonluqlara malik oyun.
  • Chaos;Head Love Chu Chu! (Xbox 360, PSP, PS3, 2010) - Romantik komediya janrında olan spin-off oyunu.
  • Chaos;Head Dual (PlayStation Vita, 2014) - Chaos;Head Noah və Chaos;Head Love Chu Chu! oyunlarının daxil edildiyi vahid oyun.

Manqa

  • Chaos;Head - Sumiheyin rəssamlığı 2008-ci ilin mayından 2009-cu ilin mayına kimi ASCII Media Works nəşriyyatının "Dengeki Daioh" jurnalında nəşr olunmuşdur.
  • Chaos;Head: Blue Complex - Naqako Sakakinin rəssamlığı ilə 2008-ci ilin avqustundan Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında nəşr olunur.
  • Chaos;Head H - Takehito Mizukinin rəssamlığı 2008-ci ilin sentyabrından Jive nəşriyyatının "Comic Rush" jurnalında nəşr olunur.

Anime

Madhouse tərəfindən istehsal olunmuş və 2008-ci ilin oktyabrından dekabrına qədər yayımlanmış anime serialı adaptasiyasıdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.

Steins;Gate

Steins;Gate (シュタインズ・ゲート, Shutainzu Gēto?, azərb. Şteyns;darvazası‎) franşizin ikinci oyundur. 2009-cu ilin oktyabrında Xbox 360 üçün buraxılmışdır. "Hipotetik elmi macəra" (想定科学ADV, Sōtei Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2010-cu ildə baş verir. Özünü çılğın elm adamı adlandıran Okabe Rintaronun mikrodalğalı soba və telefon vasitəsilə keçmişə mesajlar göndərməsindən bəhs edir.

Oyun

  • Steins;Gate (Xbox 360, PC, PSP, PS3, PlayStation Vita, iOS, Android, 2009)
  • Steins;Gate: Hiyoku Renri no Darling (Xbox 360, PSP, PS3, Vita, iOS, 2011) - Oyunun komediya janrındakı spin-offu.
  • Steins;Gate: Henikuukan no Octet (PC) - 8-bit qrafiklərdən istifadə olunmuş versiyası.
  • Steins;Gate: Senkei Kōsoku no Phenogram (Xbox 360, PS3, Vita, 2013) - müxtəlif baxış bucaqlarından alternativ hekayələrə malik spin-off.
  • Steins;Gate 0 (PS3, PS4, Vita, 2015) - sikvel.

Manqa

  • Steins;Gate - Saraçi Yominin rəssamlığı ilə 2009-cu ilin sentyabrından Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında nəşr olunur.
  • Steins;Gate: Bōkan no Rebellion - Kenci Mizutanın yazıçılığı və rəssamlığı ilə 2010-cu ilin fevralında Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunur.
  • Steins;Gate: Onshuu no Brownian Motion - Takeşi Mizoquçinin yazıçılığı və rəssamlığı ilə 2010-cu ilin iyulundan Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında nəşr olunur.
  • Steins;Gate: Shijō Saikyō no Slight Fever - Yuzuhana Moritanın yazıçılığı və rəssamlığı ilə 2011-ci ilin fevralından Kadokawa Shoten nəşriyyatının "Comptiq" və "Monthly Shōnen Ace" jurnallarında nəşr olunur.
  • Steins;Gate: Aishin Meizu no Babel - Şiniçiro Nariyenin yazıçılığı və rəssamlığı ilə 2012-ci ilin mayından Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında nəşr olunur.
  • Steins;Gate: Fuka Ryōiki no Déjà vu - Reki Kuqayamanın rəssamlığı ilə 2013-cü ilin mayından noyabrına qədər Kadokawa Shoten nəşriyyatının Shōnen Ace jurnalında nəşr olunmuşdur.
  • Steins;Gate: Mugen Enten no Arc Light - 2014-cü ilin aprelindən sentyabrına qədər "Ultra Jump" jurnalında nəşr olunmuşdur.

Anime

White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyası 2011-ci ilin aprelindən sentyabrına qədər yayımlanmış, 2012-ci ilin fevralında OVA seriyası buraxılmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır. "Steins;Gate: Fuka Ryōiki no Déjà vu" adlı anime filmi 20 aprel 2013-cü ildə ekranlaşdırılmışdır. 2014-cü ilin oktyabrında IBM-in əməkdaşlığı ilə "Steins;Gate: Sōmei Eichi no Cognitive Computing" adlı ONA seriyası yayımlanmışdır. "Steins;Gate 0" əsasında anime serialının çəkiləcəyi açıqlanmışdır.

Robotics;Notes

Robotics;Notes (ロボティクス・ノーツ, Robotikusu Nōtsu?, azərb. Robototexnika;qeydləri‎) franşizin 3-cü oyunudur. 2012-ci ilin iyununda Xbox 360 və PlayStation 3 platformaları üçün buraxılmışdır. "Artırılmış elmi macəra" (拡張科学ADV, Kakuchō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2019-cu ildə baş verir. Kayto Yaşio və uşaqlıq dostu Akiho Senomiyanın robototexnika klubunun arzusunu gerçəkləşdirib nəhəng robot düzəltmək arzusundan bəhs edir.

Oyun

  • Robotics;Notes (Xbox 360, PS3, Vita, 2013)

Manqa

  • Robotics;Notes - Keyci Asakavanın rəssamlığı ilə 2012-ci ilin martından "Monthly Comic Blade" jurnalında nəşr olunur.
  • Robotics;Notes Phantom Snow - Qonun rəssamlığı ilə 2012-ci ilin iyulundan "Famitsu Comic Clear" jurnalında nəşr olunur.
  • Robotics;Notes Revival Legacy - Tatsuya Şihiranın rəssamlığı ilə 2012-ci ilin sentyabrından "Ultra Jump" jurnalında nəşr olunur.
  • Robotics;Notes Dream Seeker - Tsuzuri Yunonun rəssamlığı ilə 2012-ci ilin oktyabrından Square Enix nəşriyyatının "Monthly Shōnen Gangan" jurnalında nəşr olunur.
  • Robotics;Notes Side Junna: Chiisana Natsu no Monogatari - NB-nin rəssamlığı ilə 2012-ci ilin noyabrından "Shōnen Ace" jurnalında nəşr olunur.
  • Robotics;Notes Pleiades Ambition - Tokumo Soranın rəssamlığı ilə 2012-ci ilin noyabrından "Monthly Comic Alive" jurnalında nəşr olunur.

Anime

Production I.G tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 2012-ci ilin oktyabrından 2013-cü ilin martına kimi Fuji TV kanalının NoitaminA blokunda yayımlanmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.

Chaos;Child

Chaos;Child (カオスチャイルド, Kaosu Chairudo?, azərb. Xaos;uşağı‎) franşizin 4-cü oyunudur. Hadisələr 2015-ci ildə baş verir. "Sayıqlama elmi macəra" (妄想科学ADV, Mōsō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. 18 dekabr 2014-cü ildə Xbox One üçün buraxılmışdır. 25 iyun 2015-ci ildə PlayStation 3, PlayStation 4, və PlayStation Vita platformaları üçün, 2016-cı ilin aprelində PC üçün buraxılmışdır. Anime adaptasiyası anons edilmişdir.

Oyun

  • Chaos;Child Love Chu Chu‼ (2017) - spin-off oyunu.

Digər oyunlarda

"Steins;Gate" personajları Kurisu Makise və Mayuri Şiina Nendoroid-ə əsaslanan "Nendoroid Generation" oyununda peyda olmuşdurlar. Oyun Banpresto tərəfindən 23 fevral 2012-ci ildə PlayStation Portable platforması üçün ildə buraxılmışdır. Kurisu və "Chaos;Head" personajı Rimi Sakihata 2 iyun 2011-ci ildə Xbox 230 üçün buraxılmış "Phantom Breaker" oyununda oynanıla bilən personajlardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, science adventure sözünün mənası, science adventure haqqında məlumat. science adventure nədir? science adventure nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ekzogen proseslər

  • Mart 03, 2026

    .cy

  • Fevral 27, 2026

    Nikolay Vavilov

  • Fevral 27, 2026

    Erzyanlar

  • Fevral 27, 2026

    Qullar (Balakən)

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst