Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mag Garden (マッグガーデン, Maggu Gāden?) — manqalar və onların anime-film adaptasiyalarının istehsalı üzərində işləyən Yaponiya nəşriyyatı. Nəşriyyat Yoşihiro Hosaka

Mag Garden

  • Ana Səhifə
  • Vikipediya
  • Mag Garden

Mag Garden (マッグガーデン, Maggu Gāden?) — manqalar və onların anime-film adaptasiyalarının istehsalı üzərində işləyən Yaponiya nəşriyyatı. Nəşriyyat Yoşihiro Hosaka və Enix (indiki Square Enix) nəşriyyatından ayrılmış rəssamlar tərəfindən 5 iyun 2001-ci ildə qurulmuşdur. 1 dekabr 2007-ci ildə Production I.G ilə birləşərək IG Port şirkətini əmələ gətirmiş və XEBEC ilə birlikdə yeni şirkətin filiallarından biri olmuşdur.

Mag Garden
マッグガーデン
Loqonun şəkli
Loqosu.
Ölkə Yaponiya Yaponiya
Əsas şirkət IG Port
Yaranma tarixi 5 iyun 2001
Qurucu Yoşihiro Hosaka
Qərargah Çiyoda, Tokio, Yaponiya Yaponiya
Əsas insanlar Yoşihiro Hosaka (qurucu, prezident və CEO)
Nəşrlər kitablar, jurnallar, manqalar
Sayt mag-garden.co.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Mag Garden 5 iyun 2001-ci ildə Enix-də (indiki Square Enix) redaktor kimi fəaliyyət göstərmiş, amma daha sonra oranı tərk etmiş Yoşihiro Hosaka tərəfindən qurulmuşdur. Enix ilə Square şirkətlərinin birləşməsi, Enix rəssamlarında manqalarının nəşrdən çıxarılması narahatçılığına səbəb olmuşdur. Buna görə bir çox rəssamlar şirkətdən ayrılaraq Mag Garden-ni qurmuşdurlar və manqalarını nəşr etdirməyə davam etmişdirlər. Mag Garden-in qurulması və keçmiş rəssamların Square Enix-dən ayrılması iki şirkət arasında müəlliflik hüquqları üzərində mübahisələrə səbəb olmuşdur. Yerli münaqişə 2003-cü ilin martında Square Enix-in təzminat ödəməsi ilə başa çatmışdır. Əvvəlcə Enix tərəfindən nəşr olunmuş keçmiş rəssamların manqaları yeni başlıqlarla nəşr olunmalı idi. 22 sentyabr 2003-cü ildə Mag Garden Square Enix qalan səhmlərini də satdıqdan sonra ayrı, müstəqil şirkət olmuşdur və Tokio birja bazarında yer tutmuşdur.

4 iyul 2007-ci ildə şirkət Production I.G ilə birləşərək IG Port adlı yeni şirkət əmələ gətirəcəklərini açıqlamışdır. Mag Garden şirkətinin Production I.G ilə möhkəm əlaqələri var. Bu iki şirkət "Ghost Hound" və "Sisters of Wellber" layihələri üzərində birlikdə işləmişdir. Əvvəlcə, Production I.G Mag Garden-in səhmdarlarından biri idi və aksiyalarının 15 %-inə sahib idi. Bu iki şirkətin birləşməsi 1 dekabr 2007-ci ildə tamamlanmışdır və Mag Garden IG Port şirkətinin filialı olmuşdur.

Enix-dən Mag Garden-ə keçən rəssamlar arasında Kozue Amano, Rin Asano, Mayumi Azuma, Nanae Çrono, Moyamu Fucino, Maki Hakoda, Sakura Kinoşita, Satomi Kubo, Hiro Matsuba, Minene Sakurano, Kazusa Sayto, Kayli Sorano, Seyuçiro Todono, Siro Tunasima və Natsuki Yoşimura var idi.

Jurnallar

Aktiv
  • Monthly Comic Blade
  • Monthly Comic Avarus
  • Monthly Comic Garden
  • EDEN
  • Web Comic Beat's
Fəaliyyətini dayandıran
  • Comic Blade Masamune
  • Comic Blade Brownie
  • Comic Blade Gunz
  • Comic Blade Zebel

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mag garden sözünün mənası, mag garden haqqında məlumat. mag garden nədir? mag garden nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Clupeonella

  • Fevral 27, 2026

    Kiş

  • Mart 03, 2026

    İxracat

  • Mart 01, 2026

    Ləkit Kötüklü

  • Fevral 28, 2026

    Kamandar Məcidov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst