Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahzadə Savcı Bəy (1362, Bursa – 1385, Bursa) — 3. Osmanlı padşahı I Muradın Füldanə Xatundan doğulan ən kiçik şahzadəsidir.

Savcı bəy

  • Ana Səhifə
  • Vikipediya
  • Savcı bəy

Şahzadə Savcı Bəy (1362, Bursa – 1385, Bursa) — 3. Osmanlı padşahı I Muradın Füldanə Xatundan doğulan ən kiçik şahzadəsidir.

Şahzadə Savcı bəy
türk. Savcı Bey
Şəxsi məlumatlar
Doğum tarixi 1362
Doğum yeri Bursa, Osmanlı imperiyası
Vəfat tarixi 1385 (22–23 yaşında)
Vəfat yeri
  • Bursa, Osmanlı imperiyası
Atası I Murad
Anası Füldanə Xatun
Ailəsi Osmanlı xanədanı

Həyatı

Osmanlı ənənələrinə uyğun olaraq Bursada hakim təyin edilmişdir. Savcı bəyin dəlisov təbiəti və ətrafının təsirinə məruz qalması atasının gözündən qaçmadı və I Murad böyük oğlu Şahzadə Bəyazidə qardaşları haqqında məlumat toplamağı tapşırdı. Şahzadə Bəyazid verdiyi məlumatda ortancıl qardaşı Şahzadə Yaqubun çox səssiz və sakit olduğunu, kiçik qardaşı Şahzadə Savcı bəyin isə çox çılğın və dəlisov olduğunu qeyd edirdi.

Savcı bəy üsyanı

I Murad 1373-cü ildə Bizans imperatoru VII İohann Paleoloqla birlikdə Candaroğulları bəyliyi üzərinə səfərə çıxdı. İmperatorun böyük oğlu Andronikos kiçik qardaşı Manuellə taxt mübarizəsinə başlamış, atasının Konstantinopolda olmamasından istifadə edərək özünü imperator elan etmişdir. Bu vaxt Ədirnədə taxt vəkili olan Savcı bəy də eyni anda üsyana başladı. Hələ 14 yaşında olan Savcı bəy öz adına xütbə oxudaraq özünü sultan elan etdi. I Murad xəbəri alan kimi böyük bir qoşunla geri döndü və oğlunun Bizans qoşunlarıyla birləşmiş qüvvələrini darmadağın etdi. Savcı bəy dərhal Dimetokaya qaçdı ancaq burada ələ keçirildi. Paytaxta gətirilən Savcı bəyin gözlərinə mil çəkildi və daha sonra edam edildi. Eyni aqibət imperatorun oğlu Andronikos üçün də baş tutdu. Ancaq tarixi mənbələrə görə, imperator oğluna daha mərhəmətli davrandı. Belə ki, Andronikosun gözlərinə qaynar sirkə töküldü və yarı kor vəziyyətə gətirildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Savcı bəy haqqında məlumat. Savcı bəy nədir? Savcı bəy nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bentonit

  • Fevral 27, 2026

    Xonsu

  • Fevral 27, 2026

    Andrey Vışinski

  • Fevral 27, 2026

    Western Union

  • Fevral 27, 2026

    Pirhəsənli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst