Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Savalan" qəzeti (1990-cı ilə qədər "Azərbaycan pioneri" (azərb-kiril. Азәрбајҹан пионери) — sovet dövründə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) M

Savalan (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • Savalan (qəzet)

"Savalan" qəzeti (1990-cı ilə qədər "Azərbaycan pioneri" (azərb-kiril. Азәрбајҹан пионери) — sovet dövründə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) MK və V. İ. Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı olan qəzet. Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti.

Savalan
Təsisçi
  • Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı
Yaranma tarixi 1 avqust 1938
Dil Azərbaycan dili
Ölkə
  •  Azərbaycan SSR
  •  Azərbaycan

Mündəricat

Tarixi

"Azərbaycan pioneri" qəzetinin loqosu

Keçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan "Azərbaycan pioneri" 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. Qəzetin ilk redaktoru M. Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q. Həsənov və İ. Novruzov bu vəzifəni icra ediblər.

"Azərbaycan pioneri" özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edib. Qəzet dörd yüz min, bəzi illərdə isə yarım milyona yaxın tirajla çap olunub. Müxtəlif illərdə "Azərbaycan pioneri" qəzetində görkəmli şairlərimiz Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib, yazıçı-fantast Emin Mahmudov, yazıçı-publisist Əli Səmədov və Əmir Mustafayev kimi ziyalılar çalışıblar. Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə, Cəmil Əlibəyov, Nəriman Süleymanov, Məmməd Araz, Nəriman Həsənzadə, Aqşin Babayev, Eldar Baxış, Tofiq Mahmud, Fikrət Qoca, İlyas Tapdıq kimi tanınmış şair və yazıçılar, qəzetin ən çox oxunan və sevilən müəllifləri olublar.

Qəzet fəaliyyət göstərdiyi illər ərzində uşaqlar və yeniyetmələr arasında hərbi vətənpərvərlik və idman sahəsində bir çox böyük tədbirlərin təşkilatçısı olub.

1990-cı il 20 yanvar hadisələrindən sonra redaksiya heyətinin qərarı ilə qəzetə "Savalan" adı verilib və həmin vaxtdan bu adla nəşr olunur.

Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il martın 1-dən nəşrinin büdcədən maliyyələşdirilməsinə qərar verib.

2000-ci ildən qəzetə Azərbaycan Gənclər İttifaqının sədr müavini, Uşaq və Gənclərin Xeyriyyə Fondunun sədri Eldar Əliyev rəhbərlik edir.

Həmçinin bax

  • Azərbaycan gəncləri (qəzet)
  • Molodyoj Azerbaydjana
  • Tumurcuq (qəzet)
  • Günəş (jurnal)
  • Göyərçin (jurnal)
  • Sevinc FK

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, savalan (qəzet) sözünün mənası, savalan (qəzet) haqqında məlumat. savalan (qəzet) nədir? savalan (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Henrix Minkeviç

  • Mart 05, 2026

    Cavad Təbatəbai

  • Fevral 27, 2026

    1-Xlorpropan

  • Fevral 27, 2026

    Tofiq Bakıxanov

  • Mart 05, 2026

    Əfətli bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst