Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir.
| Saral | |
|---|---|
| |
| 40°50′33″ şm. e. 44°21′45″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.517 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Saral | |
Tarixi
Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur.
Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir.
Toponim Sarala adlı hun- türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir.
Əhalisi
Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır.
1915–1918-ci illərdə xaricdən köçürülən ermənilər kəndə yerləşdirilmişdir və kəndin əhalisi 1919-cu ildə azərbaycanlılarla ermənilər birlikdə 3090 nəfər təşkil etmişdir.
1919-cu ilin axırlarında kənddə yaşayan azərbaycanlılar erməni-daşnak təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 808 nəfər, 1926-cı ildə 851 nəfər, 1931-ci ildə 975 nəfər, 1987-ci ildə 1856 nəfər azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabrın 1-də kəndin sakinləri – azərbaycanlılar qırğınlarla Ermənistan hakimiyyəti tərəfindən deportasiya olunmuşdur. Kənddə indi ermənilər yaşayır.
30 noyabr 1988-ci ildə Daşnak terrorçuları Hamamlı rayonunun Saral kəndindən Həmzəçimən kəndinə yollanan qaçqın dəstəsinə basqın etmişlər. 18 nəfər qətlə yetirilmiş, Balacayev Mövsümün 8 nəfərlik ailəsi tamamilə məhv edilmişdir. 7 nəfər isə ağır bədən xəsarəti almışdır.
Tanınmışları
- Əsəd Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı
- Babək Ələkbərov — Vətən Müharibəsi Qəhrəmanı
- Əsgər İsayev — Texnika elmləri doktoru, professor
- Fəxrəddin İsayev — Fizika-riyaziyyat elmləri doktoru, professor
- Çərkəz Qurbanlı— tərcüməçi alim, alman dili üzrə mütəxəssis, filologiya elmləri namizədi, dosent
- Şəkər Məmmədova — BDU-nun Coğrafiya Fakültəsinin dekanı , coğrafiya elmləri doktoru, professor.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saral (Hamamlı) haqqında məlumat. Saral (Hamamlı) nədir? Saral (Hamamlı) nə deməkdir?

