Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sancak bölgəsi (serb. Новопазарски санџак, bosn. Novopazarski sandžak; türk. Yeni Pazar sancağı; alb. Sanxhaku i Pazarit të Ri) — Serbiya (cənub-qərb) və Monten

Sancak bölgəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Sancak bölgəsi

Sancak bölgəsi (serb. Новопазарски санџак, bosn. Novopazarski sandžak; türk. Yeni Pazar sancağı; alb. Sanxhaku i Pazarit të Ri) — Serbiya (cənub-qərb) və Monteneqro (şimal-şərq) sərhədindəki tarixi bölgə. Bölgə adını türk hakimiyyəti dövründə (1912-ci ilə qədər) mövcud olmuş inzibati vahid adından almışdır.

Mündəricat

Tarixi

Orta əsrlərdə bölgə serb Raşka dövlətinin mərkəzi idi, onun paytaxtı Ras müasir Yeni Pazar şəhəri yaxınlığında yerləşirdi, buna görə Sancakın serb hissəsi Raşka bölgəsi olaraq da tanınır. Osmanlı hakimiyyəti dövründə (XIV əsrdən) Yeni Pazar Sancağı mərkəzi Novi Pazar şəhərində olan Osmanlı İmperatorluğunun inzibati vahidi idi. 1878-1908-ci illər arasında ərazi Avstriya-Macarıstan, 1908-1913-cü illərdə yenidən Osmanlı İmperiyasının nəzarəti altına keçdi.

1913-cü ildə Birinci Balkan müharibəsinin nəticələrindən sonra Sancak Serbiya və Qaradağ arasında bölündü, 1945-ci ildə müasir sərhədlər quruldu.

İnzibati bölgüsü

Bölgənin sahəsi 8403 km²-dir. Hazırda Sancakın ərazisi Serbiya (Raşka və Zlatibor bölgələrinin qərb rayonları) və Çernoqoriya arasında bölünür.

Əhalisi

Sancakın etnik xəritəsi

2002-ci ildə ərazidə 420 min əhali yaşayırdı.

Bölgə əhalisinin 52%-i (228.000) müsəlman slavyanlar, 45%-ı (198.000) serblər və monteneqrolulardır. Albanlar, roma icması və digər xalqlar əhalinin az bir hissəsini təşkil edir.

Bölgənin ən böyük şəhərləri Yeni Pazar (55 min əhali), Plyevlya (23,8 min), Priboy (19,6 min).

Ədəbiyyat

  • Ćorović, Vladimir. Istorija Srba, 1. /History of the Serbs/ Belgrade: BIGZ, 1989.
  • Vlahović, Petar. "Stanovništvo Novog Pazara i njegove okoline, " /The Population of Novi Pazar and its Surroundings/ Novi Pazar i okolina. Belgrade: Književne novine, 1969.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sancak bölgəsi sözünün mənası, sancak bölgəsi haqqında məlumat. sancak bölgəsi nədir? sancak bölgəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nadir Balakişiyev

  • Mart 01, 2026

    II Tutmos

  • Fevral 27, 2026

    Versal

  • Fevral 27, 2026

    Qumux

  • Fevral 27, 2026

    Rical

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst