Sambo (rus. самбо) — SSRİ-də yaranmış və 1966-cı ildən etibarən beynəlxalq döyüş idman növüdür, 16 noyabr 1938-ci ildə idman intizamı kimi təsdiq edilmişdir. Sambo Viktor Spiridonov, Vasili Anatolyamkov və Vasili Oşepkov tərəfindən cüdo, ciu-citsu və milli döyüş sənətləri əsasında formalaşmışdır."Са́мбо" sözü rus dilində "Самооборона без оружия" (silahsız özünümüdafiə) ifadəsindəki sözlərinin ixtisarından düzəlmişdir.
| Sambo | |
|---|---|
| rus. Cамбо | |
![]() Samboda ağrıdıcı fəndin yerinə yetirilməsi | |
| Yaranma tarixi | 16 noyabr 1938 |
| Ölkə | |
| Mənzil-qərargahı | Ümumdünya Sambo Akademiyası (Kstov) |
| Banisi | Anatoli Xarlampiyev Vasili Oşepkov Viktor Spiridonov |
| Yaranma yeri | Moskva |
| Xələfləri | cüdo, ciu-citsu, hapsaqay, kuraş, boks, güləş, qureş, çidaoba, savat |
| Sələfləri | döyüş sambosu, Qreplinq |
| Müasir təşkilatları | Ümumrusiya Sambo Federasiyası, Beynəlxalq Sambo Federasiyası (FIAS), Rusiya Döyüş Sambosu Federasiyası, Beynəlxalq Sambo Həvəskarları Federasiyası |
| Tanınmış ardıcılları | Fyodor Yemelyanenko Vladimir Putin Aleksandr Yemelyanenko Həbib Nurməhəmmədov |
FİLA 1966-cı ildə sambonu tanıdıqdan və 1973-cü ildə Dünya Güləş Çempionatının proqramına daxil etdikdən sonra, 1970-ci illərin ortalarında beynəlxalq populyarlığının zirvəsində sambo olimpiya idman növü kimi tanınmağa və 1980-ci ildə Yay Olimpiya Oyunlarının proqramına daxil olmağa yaxın idi.Lakin 1980-ci il Olimpiadasının boykot edilməsi ilə yaranan siyasi çətinliklər nəticəsində sambo beynəlxalq olimpiya statusunda nümayiş idman növü kimi seçildi , lakin daha sonra Beynəlxaq Olimpiya Komitəsi tərəfindən nümayiş idman növü statusu ləğv edildi.
Əsas Qaydalar
Döyüş (müsabiqə) içərisində dairə (diametri 6-9 m) olan xüsusi döşəkdə (10x10 m-dən 13x13 m-ə qədər) keçirilir;
Müddəti 3 dəqiqədən 5 dəqiqəyə qədər;
Geyim kodu: qırmızı, göy və ya ağ kəmərli gödəkçə, şort (gödəkçə ilə eyni rəngdə), ayaqda güləş ayaqqabısı.
Hər atış hakimlər tərəfindən xüsusi cədvəl üzrə ballarla qiymətləndirilir;
Ağrılı fənd təmiz qələbə gətirir.
Yarış günü bir idmançının birdən doqquza qədər döyüşü olur
- "Viktor Spiridonov". 13 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2025.
- "Sambo idman növünün tarixi". 31 mart 2025 tarixində . İstifadə tarixi: 30 iyun 2025.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sambo haqqında məlumat. Sambo nədir? Sambo nə deməkdir?
