Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Antoniu di Oliveyra Salazar (port. António de Oliveira Salazar; 28 aprel 1889 — 27 iyul 1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqali

Salazar

  • Ana Səhifə
  • Vikipediya
  • Salazar

Antoniu di Oliveyra Salazar (port. António de Oliveira Salazar; 28 aprel 1889 — 27 iyul 1970) — portuqal dövlət və siyasi xadimi, 1932-1968-ci illərdə Portuqaliyanın de-fakto diktatoru.

Antoniu di Oliveyra Salazar
António de Oliveira Salazar
Portuqaliyanın 101-ci baş naziri
5 iyul 1932 – 25 sentyabr 1968
PrezidentAntonio Oskar Karmona (5 iyul 1932–18 aprel 1951)
özü (müvəqqəti) (18 aprel 1951–9 avqust 1951)
Fransisko Kraveyro Lopez (9 avqust 1951–9 avqust 1958)
Ameriku Tomaş (9 avqust 1958–25 sentyabr 1968)
ƏvvəlkiDominqas Oliveyra
SonrakıMarselu Kaetanu
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 1889
Doğum yeri Vimieyru, Santa-Komba-Dan, Beyra-Alta, Portuqaliya
Vəfat tarixi 27 iyul 1970 (81 yaşında)
Vəfat yeri Lissabon, Portuqaliya
Vəfat səbəbi ağciyər arteriyasının tromboembolizmi
Dəfn yeri Santa-Komba-Dan
Partiya 1) Mərkəzçi Xristian Demokratlar
2) (sonradan) Milli birlik
Təhsili Koimbra Universiteti
İxtisası hüquqşünas
Fəaliyyəti iqtisadçı, siyasətçi, pedaqoq, universitet müəllimi[d]
Atası Antonio di Oleveyra
Həyat yoldaşı evlənməyib
Uşağı yoxdur
Dini Katolik
Elmi fəaliyyəti
Elmi dərəcəsi professor (İqtisadiyyat/Siyasi-iqtisad)

Təltifləri Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük xaçı — 1953 "Katolik İzabella" ordeninin boyunbağısı — 1939 Knight Grand Cross with Collar of the Order of Alfonso X — 1949 Grand Cross of the Military Order of the Tower and Sword "Şahzadə Henri" ordeninin böyük boyunbağısı Grand Cross of the Military Order of Saint James of the Sword Grand Cross of the Order of the Colonial Empire
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Hakimiyyətə yüksəlişi

1917-ci ildən Salazar Koimbra Universitetinin siyasi-iqtisad üzrə professoru, 1928-ci ildən 1932-ci ilədək Portuqaliyanın maliyyə naziri olmuşdur. 1932-ci ildə o, baş nazir vəzifəsini tutur. Əksər tarixçilər onun hakimiyyət müddətini diktatura kimi xarakterizə edirlər. 1933-cü ildə o, ölkədə yeni konstitusiya tətbiq edir. Bu konstitusiya Salazara hədsiz hakimiyyət hüququ verməklə yanaşı, həm də ölkədə avtoritar faşist rejimini bərqərar edir.

"Estado Novo"

Salazara baş nazir postunu prezident Oskar Karmona cəmiyyətin müxtəlif təbəqələrinin dəstəyi ilə vermişdi. Anarxiyanın hökm sürdüyü respublika dövrü elə vəziyyət yaratmışdı ki, ordu, kilsə, monarxistlər, orta təbəqə, aristokratlar və sağçılar - hamı Salazar rejimini əvvəlki xuntalardan üstün tuturdu.

Salazar korporativizm doktrinası üzərində qurulmuş "Yeni dövlət" (Estado Novo) konsepsiyasını irəli sürdü və sabitliyi öz hakimiyyətinin məqsədi elan etdi. Salazarın həyata keçirdiyi islahatlar cəmiyyətin yüksək təbəqələri üçün əlverişli olsa da, aşağı təbəqələrin vəziyyəti pisləşirdi. Onun özünə tabe olan və dissidentləri təqib edən gizli polis xidməti (PIDE) var idi. Lakin, digər müasir diktaturalardan fərqli olaraq Portuqaliyada ölüm cəzası tətbiq olunmadığı üçün Salazar rejimi digərlərinə nəzərən daha az qan axıtmışdı.

İkinci dünya müharibəsi dövründə

İkinci dünya müharibəsi dövründə Salazar orta xətti tutdu. O, diktator olmasına və respublikaçılarla mübarizə dövründə Franko İspaniyasını dəstəkləməsinə baxmayaraq, heç vaxt alman nasistləri ilə əlaqəyə girməmişdi. 1939-cu ildə o, Frankoya İberiya neytralitet Paktını imzalamağı təklif etdi. Lakin, müharibə dövründə o, müttəfiqlərin Portuqaliyaya məxsus olan Azor adalarından hərbi məqsədlərlə istifadə etməsinə icazə vermişdi. Almaniyanı dəstəkləmək Portuqaliyanın Britaniyaya qarşı müharibə elan etməsi kimi qəbul oluna bilərdi ki, bu da portuqal müstəmləkələri üçün təhlükəli idi.

Müharibədən sonra

1945-ci ildə Portuqaliya Azor adaları, Madeyra, Afrikada Kabo-Verde, San-Tome və Prinsipi, Anqola, Qvineya-Bisau, Kabindu və Mozambik, Hindistanda Diu, Daman və Qoa, Çində Makao və Cənub-şərqi Asiyada Şərqi Timor üzərində nəzarətini saxlayırdı.

Salazar ölkəsinin beynəlxalq aləmdəki nüfuzunu artırmaq istəyirdi və çoxsaylı koloniyalarının olması ona bu imkanı yaradırdı, lakin, eyni zamanda Portuqaliya qapalı dövlət olaraq qalırdı. 1949-cu ildə Portuqaliya NATO-ya qəbul olunur.

1961-ci ildə Hindistanın öz ərazisindəki portuqal müstəmləkələrini ələ keçirməsindən sonra, Salazarın ölümünədək koloniyalar, xüsusilə Afrikada apardığı müharibələr Portuqaliya üçün başağrısına çevrilir.

Ölümü

1968-ci ildə öz yay evində stuldan yıxılması nəticəsində keçirdiyi insultdan sonra səhhəti kəskin pisləşən Salazar sentyabrın 27-də prezident Ameriku Tomaş tərəfindən baş nazir vəzifəsindən kənarlaşdırılır. Antoniu Salazar 1970-ci il iyulun 27-də Lissabonda vəfat edir. O, doğulduğu Santa-Komba-Danda dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salazar haqqında məlumat. Salazar nədir? Salazar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səfərnamə

  • Fevral 27, 2026

    Şəmşəddil distansiyası

  • Fevral 25, 2026

    Dreyk boğazı

  • Fevral 25, 2026

    Qravür

  • Fevral 24, 2026

    Tenqriçilik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst