Sahil Rafiq oğlu Babayev 6 fevral 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində fəaliyyət göstərir. Bu vəzifəyə təyin olunmazdan əvvəl o, 2018–2025-ci illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra etmişdir.
| Sahil Babayev | |
|---|---|
| |
Vəzifədədir | |
| 6 fevral 2025-ci ildən | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Samir Şərifov |
| 21 aprel 2018 – 6 fevral 2025 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Səlim Müslümov |
| Sonrakı | Anar Əliyev |
Azərbaycan Boks Federasiyasının prezidenti | |
Vəzifədədir | |
| 9 fevral 2022-ci ildən | |
| Əvvəlki | Kəmaləddin Heydərov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1980 (45–46 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
O, həmçinin 2022-ci ildən etibarən Azərbaycan Boks Federasiyasının prezidentidir .
Sahil Babayev Azərbaycan ilə ABŞ, Fransa, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro və İordaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların həmsədridir.
Həyatı
1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.O, ingilis, rus və türk dillərini sərbəst, fransız dilini isə yaxşı səviyyədə bilir.
Sahil Babayev Yeni Azərbaycan Partiyasının üzvüdür.
Fəaliyyəti
- 1999–2006-cı illərdə Sahil Babayev Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) çalışmış, əvvəlcə baş mütəxəssis, daha sonra isə Xarici Sərmayələr İdarəsinin hüquq şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Bu dövrdə o, Hasilatın Pay Bölgüsü , həmçinin “Şahdəniz” təbii qazının satışı üzrə sazişlərin, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak etmişdir.
- 2006–2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində çalışıb və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub.
- 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildə isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri təyin edilmişdir.
- 2009–2014-cü illərdə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Avropa İttifaqı–Azərbaycan Ticarət və İqtisadiyyat üzrə Altkomitəsinin həmsədri, Avropa İttifaqının Yardım Alətləri üzrə Proqramın İdarəetmə Qurumunun rəhbəri olmuş, həmçinin “SOCAR Türkiyə Ege“Neft Emalı Kompleksinin (STAR layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
- 2014-cü ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ilin yanvar ayında isə iqtisadiyyat nazirinin müavini vəzifəsinə yenidən təyin edilmişdir. Bu vəzifədə çalışdığı dövrdə o, xarici iqtisadi siyasətə, ixracın təşviqinə (AZPROMO) və tranzit koordinasiyasına nəzarət etmiş, Cənub Qaz Dəhlizi layihəsində nazirliyi təmsil etmiş, AzerGold QSC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının üzvü, eləcə də STAR layihəsinin Direktorlar Şurasının üzvü olmuşdur.
- O, həmçinin Almaniya, Çexiya, Sloveniya, Argentina və Braziliya ilə hökumətlərarası komissiyaların həmsədri olmuş, Azərbaycan–İran Şimal–Cənub Nəqliyyat Dəhlizinin Rəşt–Astara hissəsinin maliyyələşdirilməsi üzrə İşçi Qrupunun həmsədri kimi fəaliyyət göstərmiş və 19 ölkə ilə hökumətlərarası komissiyaların üzvü olmuşdur.
- Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdir. 6 fevral 2025-ci il tarixində bu vəzifədən azad edilmiş və eyni tarixdə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdur.
- Hazırda S. Babayev ABŞ, Fransa, Macarıstan, Serbiya, Rumıniya, Monteneqro və İordaniya ilə hökumətlərarası komissiyalara rəhbərlik edir.
- 27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.
Elmi fəaliyyəti
O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim köməkçisi, Azərbaycan Diplomatik Akademiyasında isə müəllim kimi fəaliyyət göstərmişdir. Həmçinin, Böyük Britaniya, Fransa və digər ölkələrdə beynəlxalq və müqavilə hüququ sahəsində ixtisaslaşdırılmış təlimlər və peşəkar kurslar keçmişdir.
S. Babayev beynəlxalq neft müqavilələri, Hasilatın Pay Bölgüsü Sazişləri və beynəlxalq hüquqi tənzimləmə mövzularında bir sıra dissertasiya və monoqrafiyaların müəllifidir.
O, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Kommersiya hüququ üzrə Dövlət İmtahan Komissiyasının sədridir.
Ailəsi
Ailəlidir, 3 övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sahil babayev sözünün mənası, sahil babayev haqqında məlumat. sahil babayev nədir? sahil babayev nə deməkdir?
