Kifara (yun: κιθάρα) — qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur.
| Kifara | |
|---|---|
| |
| Hornbostel–Zaks təsnifatı | 321.22 |



Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır. Simlər bu hissədən çıxıb səs gövdəsinin üzərindən V şəklində keçirlər və körpünün üzərindən sim tutucuya çatır və alətin altında başa çatır.
Dirsəklər gərgin və ovucun içərisi içəriyə istiqamətlənmiş formada əyilmiş şəkildə sağ əl ilə tutulan mizraq (fil sümüyü, ağac və ya metaldan hazırlanır) vasitəsi ilə çalınırdı və bu arada sol əlin düz saxlanılmış barmaqları ilə simlər çəkilirdi.
Ədəbiyatda kifara
Həmçinin bax
Ədəbiyyat siyahısı
- Anderson, Warren D. Music and Musicians in Ancient Greece. Ithaca, NY: Cornell University Press. 1994. ISBN 0-8014-3083-6.
- Ciabattoni, Francesco. Dante's Journey to Polyphony. Toronto, Buffalo and London: University of Toronto Press. 2010. ISBN 9781442620230.
- Maas, Martha; Snyder, Jane McIntosh. Stringed Instruments of Ancient Greece. New Haven, CT: Yale University Press. 1989. ISBN 978-030003686-2.
- Segerman, Ephraim. "A Short History of the Cittern". The Galpin Society Journal. 52. 1999: 77–107. doi:10.2307/842519. JSTOR 842519.
- Vorreiter, Leopold. "The Swan-Neck Lyres of Minoan-Mycenaean Culture". The Galpin Society Journal. 28. 1975: 93–97. doi:10.2307/841575. JSTOR 841575.
- West, Martin Litchfield. Ancient Greek Music. Oxford: Oxford University Press. 1992. ISBN 0-19-814975-1.
Əlavə ədəbiyyat siyahısı
- Bundrick, Sheramy D. Music and Image in Classical Athens. New York: Cambridge University Press. 2005.
- Hagel, Stefan. "Ancient Greek Music". Vienna, Austria: Österreichische Akademie der Wissenschaften. İstifadə tarixi: 25 oktyabr 2016.
Schlesinger, Kathleen. Cithara // Kisholm, Hyu (redaktor). Britannika Ensiklopediyası. 6 (XI). Cambridge University Press. 1911. 395–397.- "The Kithara in Ancient Greece | Thematic Essay". Heilbrunn Timeline of Art History. The Metropolitan Museum of Art. İstifadə tarixi: 25 oktyabr 2016.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kifara haqqında məlumat. Kifara nədir? Kifara nə deməkdir?