Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sadır Nurqojoyeviç Japarov (qırğızca: Садыр Нургожоевич Жапаров; 6 dekabr 1968, Ken-Suu[d], Tup rayonu[d]) — Qırğızıstanlı siyasətçi və dövlət xadimi. Sooronbay

Sadır Japarov

  • Ana Səhifə
  • Vikipediya
  • Sadır Japarov

Sadır Nurqojoyeviç Japarov (qırğızca: Садыр Нургожоевич Жапаров; 6 dekabr 1968, Ken-Suu[d], Tup rayonu[d]) — Qırğızıstanlı siyasətçi və dövlət xadimi. Sooronbay Jeenbekovun istefasından sonra müvəqqəti hökumətdə Qırğızıstan Respublikasının Prezidenti Səlahiyyətlərini İcra Edən kimi (15 oktyabr 2020 – 14 noyabr 2020); Qırğızıstan Respublikasının Baş Naziri (10 oktyabr 2020 – 14 noyabr 2020). Qırğızıstan Respublikasının 6-ci Prezidenti (28 yanvar 2021–hal-hazırda).

Sadır Japarov
qırğ. Садыр Нургожо уулу Жапаров
Qırğızıstan Prezidenti
Vəzifədədir
28 yanvar 2021-ci ildən
    ƏvvəlkiTalant Mamıtov[d]
    16 oktyabr 2020 – 14 noyabr 2020
    (səlahiyyətlərin icraçısı)
    ƏvvəlkiSooronbay Jeenbekov
    SonrakıTalant Mamıtov[d] (i. e.)
    Qırğızıstanın Baş naziri
    10 oktyabr 2020 – 14 noyabr 2020
    Əvvəlkiözü
    SonrakıArtyom Novikov[d]
    6 oktyabr 2020 – 10 oktyabr 2020
    (səlahiyyətlərin icraçısı)
    ƏvvəlkiKubatbek Boronov[d]
    Sonrakıözü
    Şəxsi məlumatlar
    Doğum tarixi 6 dekabr 1968(1968-12-06) (57 yaş)
    Doğum yeri
    • Ken-Suu[d], Tup rayonu[d], Qırğızıstan SSR, SSRİ
    Təhsili
    • Boris Yeltsin adına Qırğızıstan-Rusiya Slavyan Universiteti
    Fəaliyyəti siyasətçi
    Uşağı 4
    Dini İslam, sünnilik
    Rütbəsi
    • kiçik çavuş
    Elmi fəaliyyəti
    Elm sahəsi siyasətçi

    Təltifləri "Şərəf" ordeni "Dostluq" ordeni 1-ci dərəcəli "Dostluq" ordeni Soi︠u︡z veteranov Afganistana
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatının erkən dövrü və təhsili

    Japarov İssık-Göl bölgəsinin Tüb rayonuna bağlı Keng-Su kəndində anadan olmuşdur. Orta təhsilini 1986-cı ildə tamamladıqdan sonra Qırğız Milli Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldu. 1987-ci ildə Japarov Novosibirskdə iki il Sovet ordusunda xidmət etdi. 1989–1991-ci illərdə isə akademiyada təhsilnə davam etdi. 2006-cı ildə Japarov Qırğız-Rus Slavyan Universitetindən hüquq ixtisası üzrə məzun oldu.

    Siyasi fəaliyyəti

    Japarov siyasi fəaliyyətinə 2005-ci il Lalə inqilabından sonra başladı. 2005-ci ilin martında Tyub seçki bölgəsindən Ali Şura üzvlüyünə seçildi. Prezident Kurmanbek Bakiyevin dəstəkçisi idi. 2006-cı ildə Japarov Əyalət Mükafatlar Komissiyasının üzvü oldu. 2007-ci ildə Əfv Komissiyası rəhbərinin yardımçısı oldu.

    2007-ci ildə parlament seçkilərində məclisdəki yerlərin çoxunu qazanan prezident tərəfdarı partiya olan Ağ Yolun siyahılarına qatıldı, ancaq prezidentin müşaviri olaraq işləməyə davam etdi. Japarov 2008-ci ildən 2010-cu ilə qədər Milli Korrupsiya Əleyhinə Agentliyin səlahiyyətli nümayəndəsi olaraq çalışdı.

    2010-cu ildə prezident Bakiyev 2010 Qırğız inqilabı ilə devrildi. Qısa müddət sonra Oş və Cəlalabadda meydana gələn etnik qruplararası toqquşmalar nəticəsində Japarov və dostları aktiv rol oynadılar, lakin özləri bu iştiraklarını toqquşmalara mane olmaq üçün olduğunu bildirmişdirlər. Ancaq müxaliflər tərəfindən qırğız millətçiliyini dəstəkləməkdə ititham edilmişdirlər.

    2010-cu il seçkilərində Kamçıbek Taşoyevin liderliyindəki və yerlərin çoxunu qazanan Ata-Yurd partiyası siyahısında yenidən Ali Şura üzvü seçildi. Oradan Yurisdiksiya və Hüquqi Məsələlər Komitəsinin rəhbəri oldu.

    Japarov 2012-ci ildən bəri doğma bölgəsi İssık-Kulda olan Kumtor qızıl mədəninin milliləşdirilməsini müdafiə etdi və mədəni çalışdıran şirkəti ekologiyanı korlamaqda və korrupsiyada ittiham etdi. Buna görə də, vətəndaşlar arasında populyarlıq qazandı.

    Sürgün və həbs

    2012-ci ilin payızında Kumtorun milliləşdirilməsi üçün edilən mitinqlərdən birində etirazçılar Bişkekdəki Ağ Sarayı ələ keçirməyə çalışdılar. Taşıyev və Japarov Qırğızıstan Respublikasının Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə iqtidarı güc tətbiq etməklə ələ keçirməyə cəhd etməkdə ittiham edildilər. 2013-cü ilin martında Bişkek Pervomaisky bölgəsi məhkəməsi onları təqsirkar elan etdi və 18 ay həbsə məhkum etdi. 2013-cü ilin iyun ayında isə apelyasiya məhkəməsi onlara bəraət verdi və məhkəmədən sərbəst buraxıldılar.

    2013-cü ilin 27 iyununda Karakolda Kumtora yönəlmiş etirazlar zamanı etirazçılar Emilbek Kaptaqayevi qaçıraraq əsir almağa çalışdılar. Qırğız səlahiyyətli şəxslər Japarov və Kumaniçbeki qaçırma planını təşkil etməkdə ittiham etdilər. Etiraz liderləri nəzarətə götürüldülər, ancaq qaçırma planına qatılma ittihamlarını rədd edən Japarov Qırğızıstandan bir müddət yaşadığı Kiprə qaçdı.

    Japarov 2017-ci ildə Qırğızıstana dönməyə çalışdı. 25 mart 2017-ci ildə Qırğız-Qazax sərhədində nəzarətə götürüldü. Emilbek Kaptaqayevi girov götürməyə təşəbbüs etdiyi iddia edilən məhkəmədə 11 il 6 ay həbsə məhkum edildi.

    Baş nazirliyi və prezident vəkilliyi

    2020-ci il 5 oktyabrda Qırğızıstanda parlament seçkilərinin nəticələrinə qarşı kütləvi nümayişlər başladı. 6 oktyabr sabahı Kamçıbek Taşiyev liderliyindəki etirazçılar Japarovu həbsdən sərbəst buraxdılar və onu Bişkekdəki Ala-Too meydanına gətirdilər.

    6 oktyabr axşamı Dostuk otelindəki millət vəkilləri Japarpvun baş nazirliyə təyin edilməsini təsdiq etdi. Lakin Ata-Məkan partiyasından bir başqa iddiaçı olan Tilek Toktoqaziyev hökumət evi yaxınlığındakı mitinqdə müxalifət partiyalarının liderləri tərəfindən qurulan Kordinasiya Qurulu görüşündə bu vəzifəyə seçildiyindən bəri legitim hökumət rəhbəri oldiğunu bildirdi. Tilek millət vəkillərinin görüşü əsnasında Japarovun dəstəkçilərinin millət vəkillərinə təzyiq etdiyinə və məclis üzvlərinin yetərsayının olmadığına işarə edərək, ona qarşı çıxdı.

    13 oktyabrda prezident Sooronbay Ceenbekov ilk səsvermə zamanı millət vəkillərinin etibarnamə ilə səsverməsinə görə Japarovun baş nazirliyini rədd etdi. 14 oktyabrda Japarov üçün yenidən parlamentdə səsverilmə keçirilməsini istədi. Japarov parlament səsverməsini qazandı və Ceenbekov tərəfindən qəbul edildi. Yeni ümumi seçkilər keçirilməsi qərara alındı.

    15 oktyabrda Ceenbekov prezident vəzifəsindən istefa verdi və Japarov özünü prezident vəzifəsinin müvəqqəti icraçısı elan etdi. Lakin Qırğızıstam Konstitusiyasına görə bu vəzifə ALi Şuranın spikerinə çatmalı idi. Ancaq Kanatbek İsayev bu postu rədd etdi və nəticədə vəzifə Japarova keçdi. O, 16 oktyabrda parlament tərəfindən prezident kimi tanındı.

    Qırğız konstitusiyasına görə belə hallarda 3 aya yeni seçkilər keçirilməlidir. 2021-ci ilin əvvəllərində Qırğızıstanda yeni seçkilər olacaq.

    Həmçinin bax

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sadır Japarov haqqında məlumat. Sadır Japarov nədir? Sadır Japarov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 23, 2026

      Tallin

    • Fevral 27, 2026

      Çarxı

    • Fevral 27, 2026

      Cavid Qurbanov

    • Fevral 24, 2026

      Reynland-Pfalts

    • Fevral 27, 2026

      Bədxassəli şişlər

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst