Sabınçı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
| Tarixi Azərbaycan əraziləri | |
| Qəmərli | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Ölkə | Qərbi Azərbaycan |
| Bölgə | Gərnibasar mahalı |
| İndiki adı | Araksavan |
| Adının dəyişdirilmə tarixi | 1978 |
| Sahəsi |
|
| Əhalisi |
|
| Saat qurşağı |
|
| Nəqliyyat vasitəsi kodu | 25 |
| Xəritədə yeri | |
![]() Sabunçu | |
Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi qeyd edilmişdir.
Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur.
Toponim türk mənşəli sabunçu tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur.
Coğrafiyası və iqlimi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 89 km şimal-qərbdə, Gərni çayından axan arxın yanında yerləşir.
Əhalisi
Kənddə 1831-ci ildə 474 nəfər, 1873-cü ildə 951 nəfər, 1886-cı ildə 1050 nəfər, 1897-ci ildə 1000 nəfər, 1904-cü ildə 1397 nəfər, 1914-cü ildə 1537 nəfər, 1918-ci ilin yanavarında 202 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 219 nəfər, 1926-cı ildə 285 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülümüşdür.
1000 nəfər azalma daşnakların soydaşlarımıza qarşı törətdikləri genosidin miqyasından xəbər verir.
Məscid
Kənddə 2 Məscid olub.,
Tanınmış şəxsiyətləri
- Vəli Ələkbərov
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sabunçu (qəmərli) sözünün mənası, sabunçu (qəmərli) haqqında məlumat. sabunçu (qəmərli) nədir? sabunçu (qəmərli) nə deməkdir?

