Azad Arif oğlu Rəhimov (8 oktyabr 1964, Bakı – 30 aprel 2021, Nyu-York, Nyu-York ştatı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının gənclər və idman naziri (2006–2021).
| Azad Rəhimov | |
|---|---|
| |
| 7 fevral 2006 – 30 aprel 2021 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Fərid Qayıbov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 oktyabr 1964 |
| Doğum yeri | |
| Vəfat tarixi | 30 aprel 2021 (56 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | ağciyər xərçəngi |
| Dəfn yeri |
|
| Təhsili | Azərbaycan Xarici Dillər İnstitutu |
| Fəaliyyəti | siyasətçi |
| Uşağı | 1 |
| | |
| Təltifləri | |
Həyatı
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Onun babası 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olmuş Sadıq Rəhimovdur.
Azad Rəhimov 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1981-ci ildə oranı bitirmişdir. Daha sonra o, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuşdur və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.
1986–1987-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Azad Rəhimov 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. O, 30 aprel 2021-ci ildə Bakı vaxtı ilə saat 22:45-də ABŞ-nin Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib. 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Fəaliyyəti

Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışmışdır.
1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989–1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Azad Rəhimov 1994–1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998–2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli Sərəncamı ilə Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri vəzifəsinə təyin edilmişdir.
Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri olduğu müddət ərzində 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin, 2015-ci ildə Avropa Oyunlarının, 2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2017-ci ildə voleybol üzrə qadınları Avropa Çempionatının, 2019-cu ildə UEFA Avropa Liqası Finalının, 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalının, 2020-ci ildə isə UEFA Avropa Çempionatının Azərbaycanda baş tutması üzrə yaradılan Komitələrin üzvü olmuşdur.
Təltif və mükafatları
Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli 1298 nömrəli Sərəncamı ilə Azərbaycanda idman sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə, 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamı ilə gənclərlə iş sahəsində xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Ailəsi
Azad Rəhimov ailəli idi. Arif adında bir oğlu var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azad rəhimov sözünün mənası, azad rəhimov haqqında məlumat. azad rəhimov nədir? azad rəhimov nə deməkdir?