Sərvər Rza oğlu İbrahimov (13 fevral 1930, Şuşa – 7 may 2002, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2000).
| Sərvər İbrahimov | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 13 fevral 1930 |
| Doğum yeri | |
| Vəfat tarixi | 7 may 2002 (72 yaşında) |
| Vəfat yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | musiqiçi, pedaqoq |
| Fəaliyyət illəri | 1946-cı ildən |
| Musiqi aləti | tar |
| Mükafatları | |
Həyatı
Sərvər Rza oğlu İbrahimov 13 fevral 1930-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1944–1950-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Əhməd Bakıxanov, Mirzə Mansurdan dərs almışdır.
Sərvər İbrahimov 1946–1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1955–1964-cü illərdə isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978–1988-ci illərdə "Azkonsert" Qastrol-Konsert Birliyində çalışmışdır. Bir çox xanəndələri, o cümlədən Xan Şuşinskini müşayiət etmişdir.
1985–2002-ci illərdə Sərvər İbrahimov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 28 oktyabr 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir.
Sərvər İbrahimov 7 may 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sərvər i̇brahimov sözünün mənası, sərvər i̇brahimov haqqında məlumat. sərvər i̇brahimov nədir? sərvər i̇brahimov nə deməkdir?
