Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sərbəst qızıl – Au — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Sərbəst qızıl

  • Ana Səhifə
  • Vikipediya
  • Sərbəst qızıl

Sərbəst qızıl – Au — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Sərbəst qızıl
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Au
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya
Bərklik 2,75 ± 0
Sıxlıq 17,4 ± 1,8 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Növ müxtəliflikləri

Elektrum (Ag > 20 %), kuproaurid (20%-dək Cu), porpetsit (5-11 % Pd və 4 %-dək Ag), bismutoaurid (4%-dək Bi), rodit (Rh), iraurid (İr), platinli qızıl.

Xassələri

Rəng – qızılı-sarıdan açıq-sarı (gümüşlə zəngin növ müxtəlifliklərində), xardalı-sarı və xardalı-qəhvəyiyədək (xardalı qızıl); Mineralın cizgisinin rəngi – qızılı-sarı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 15,5-19,3; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – tikanlı; Başqa xassələr – döyülən və uzanandır; yüksək elektrik və istilik keçiriciliyi ilə səciyyələnir; turşuya (çar arağı istisna olmaqla) davamlıdır; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: oktaedrik, pombododekaedrik, bəzən heksaedrik; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: qeyri-düzgün formalı dənələr, dendritlər, vərəqvari, sap şəkilli, məsaməli, tozaoxşar sönük parıltılı əmələgəlmələr (xardalı qızıl), kütləsi 150 kq və daha çox nəhəng külçələr.

Mənşəyi və yayılması

Qızılın hipogen əmələgəlmələri hidrotermal mənşəlidir. Qızıl filizi obyektlərinin əksəriyyəti turş intruziv süxurlarla genetik əlaqədar olan orta- və yüksəktemperaturlu plutonogen yataqlara aid edilir. Qızılın vulkanitlərlə paragenetik əlaqədar olan orta - və aşağıtemperaturlu vulkanogen yataqları da məlumdur. Filizlərdə, görünən qızılla yanaşı, çox vaxt müxtəlif sulfidlərdə, əsasən pirit və xalkopiritdə inçədispers halda yayılmış «bağlı» qızıl da qeyd edilir. Mineralın ekzogen əmələgəlmələrinə əsas etibarilə səpintilərdə rast gəlinir. Onlar filiz yataqlarının oksidləşmə zonalarında, bəzən qara qumlarda müşahidə olunur. Sərbəst qızıl metamorfizmə uğramış süxurlarda da aşkar edilmişdir. Onun nadir tapıntıları dəmir meteoritlərdə qeyd edilmişdir. BR: kvars, xalsedon, arsenopirit, pirit, xalkopirit, telluridlər, tennantit, tetraedrit, sərbəst platin, maqnetit, hötit, hidrohötit, kalsit və b. Y: Vitvatersrand (CAR); Beryozov, Darasun, Baley, Dmitriyev, Koçkarski yataqları, Aldan və Kolıma səpintiləri (Rusiya); Sıkırımb, Sesar (Rumıniya); Uayxi mədəni (Yeni Zelandiya); Viktoriya şt. (Avstraliya); Kaliforniya və Alyaska ştatları (ABŞ); Minas-Jerays (Braziliya) və b. Azərbaycanda qızılın həm ana, həm də səpinti obyektləri vardır. Onun ana obyektləri sırf qızıl filizi (Qoşa, Qızılbulaq, Dağkəsəmən, Vejnəli, sahəsinin əsas hissəsi Azərbaycanın Ermənistanla həmsərhəd olan Kəlbəcər rayonunun ərazisində yerləşən Zod yatağı) və qızıllı kolçedan, mis- və molibden-porfir, barit-polimetal, kobalt (Gədəbəy, Çıraqdərə, Toğanalı, Çovdar, Başqışlaq, Şimali-Daşkəsən, Filizçay, Katsdağ və b.) yataqları ilə təmsil olunmuşdur. Qızıl az miqdarda skarnlarda və qara şistlərdə də qeyd edilir. Mineralın səpinti təzahürlərinin əksəriyyəti allüvial tipə aiddir. Bir sıra çay hövzələrində (Tərtərçay, Qoşqarçay, Şəmkirçay, Ağstafaçay, Əsrikçay, Kürəkçay, Əlincəçay, Başkəndçay və b.) rast gələn çoxsaylı (40-a yaxın) səpintilər içərisində sənaye əhəmiyyətli səpintilər hələ ki aşkar edilməmişdir.

Tətbiqi

Qızılın – əsas valyuta metalının başlıca mənbəyidir. Qızıl həmçinin cihazqayırmada, zərgərlikdə, təbabətdə (stomatologiyada) və başqa məqsədlər üçün istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sərbəst qızıl haqqında məlumat. Sərbəst qızıl nədir? Sərbəst qızıl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    INSEE

  • Fevral 27, 2026

    Persefona

  • Fevral 27, 2026

    İksion

  • Fevral 28, 2026

    Həməşəra şəhəri

  • Fevral 25, 2026

    Vai (Krit)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst