Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfyar Səfyar Bəylər oğlu Musayev 17 iyun 1935, Nərimanlı, Basarkeçər rayonu – 6 yanvar 1999, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputat

Səfiyar Musayev

  • Ana Səhifə
  • Vikipediya
  • Səfiyar Musayev

Səfyar Səfyar Bəylər oğlu Musayev 17 iyun 1935, Nərimanlı, Basarkeçər rayonu – 6 yanvar 1999, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, tarix elmləri doktoru, professor, 91-lərdən biri.

Səfyar Musayev
Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı
1995 – 6 yanvar 1999
Seçki dairəsi1995 — 74 saylı Goranboy-Naftalan
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıXanhüseyn Kazımlı
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyun 1935(1935-06-17)
Doğum yeri
  • Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 6 yanvar 1999(1999-01-06) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
Elmi adı
  • professor

Mündəricat

Həyatı

Səfyar Musayev 1935-ci il iyulun 17-də Basarkeçər rayonunun Nərimanlı (Hüseynqulu Ağalı) kəndində doğulub. Səfyar Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır.

Səfyar Musayev 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq görülmüşdür.

1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri seçilmiş və vəfat edənədək vəzifədə çalışmışdır.

Səfiyar Musayev 400-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifidir.

1991-ci ildə respublikada ilk dəfə olaraq ali məktəb tələbələri üçün Səfyar Musayevin müəllifi olduğu "Siyasi tarix" dərsliyi çap edilmişdir.

Siyasi fəaliyyəti

Səfyar Musayev 1992-ci il oktyabrın 16-da "Səs" qəzetində dərc etdirdiyi "Mən niyə əliyevçiyəm" məqaləsində Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləmə səbəblərini açıqlamışdır.

Həmin illərdə Səfyar Musayev, Murtuz Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə siyasi tarix kafedrasında "Heydər Əliyevin müdafiəsi mərkəzi" yaradılmış və Heydər Əliyevin sədrliyi ilə Azərbaycanda yeni bir partiya təsis edilməsi ideyası ortaya çıxmışdı.

Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edildikdən sonra Səfyar Musayevin rəhbərliyi ilə Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk təşkilatı yaradıldı.

Səfyar Musayev 1995-ci il noyabrın 12-də 74 saylı Goranboy-Naftalan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. O, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü seçilmiş, daha sonra isə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasında Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri təyin edilmişdi.

Səfyar Musayev Azərbaycanın 1995-ci il 12 noyabrında qəbul olunan ilk Konstitusiyasını hazırlayan komissiyanın üzvü olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səfiyar musayev sözünün mənası, səfiyar musayev haqqında məlumat. səfiyar musayev nədir? səfiyar musayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Əliş Ləmbəranski

  • Fevral 27, 2026

    Bayan xaqan

  • Fevral 27, 2026

    E.ə. 548

  • Fevral 27, 2026

    Məryəm surəsi

  • Fevral 27, 2026

    Fətullah Gülən

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst