Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sıyıq (rus. Каша; ing. Porridge)— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan

Sıyıq

  • Ana Səhifə
  • Vikipediya
  • Sıyıq

Sıyıq (rus. Каша; ing. Porridge)— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək.

Sıyıq
Aid olduğu milli mətbəxlər
Rusiya mətbəxi
Mənşəyi
  • Avropa
  • Afrika
Tərkibi
Əsas dənli bitkilər
Təfərrüatları
Tipi İsti yemək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir". Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər. Səhərlər belə horradan iki çömçə içmək gün ərzində adamı tox saxlayır. Tatarlar axşam vaxtı isə ətli şorba yeyirlər». Başqırdlarda əsrlər boyu «butka» adlı sıyıq gündəlik yemək olmuşdur. Onu bayramlarda və ənənəvi günlərdə də bişirmişlər. Uyğurlar ətli, soğanlı düyü sıyığını xoşlayırlar. Orta əsrlərdə Skandinaviya ölkələrində arpa sıyığı çox yayılıbmış. «Kaşa» rus xalqının «şi»dən sonra ən çox yayılmış qədim xörəklərindən biridir. Onu bayramlarda, şənliklərdə, toy və ad günlərində bişirirlər. «Kaşa» üçün müxtəlif yarmalardan istifadə edilir. XIV əsrdən etibarən Rusiyada düyü yayılmağa başlayandan sonra, sıyığı düyüdən də bişirməyə başlayıblar. XVII əsrdə Rusiyada buğda, arpa, darı və qarabaşaqdan  bişirilmiş  sıyıqlar  çox  geniş  yayılmışdı. «Kaşa»nı yağla, südlə, ya da ət suyu ilə yeyirdilər. Avropada Makedoniyalı İsgəndərin əsgərləri ilk düyü sıyığı yeyənlərdən olublar. Yunanlar noxuddan, mərcidən hazırlanmış şorbaları, eləcə də arpa horrasını qədimdən istifadə edirlər. Qədim İtaliyada pirincdən sıyıq bişirirdilər. Qarğıdalı Avropaya yayılandan sonra italyanların «polenta», rumınların isə «mamalıqa» adlanan kütləvi sıyıqları meydana gəlib. Sıyıq və horraları Afrikada da xoşlayırlar. Qədim vaxtlarda Əlcəzair və Tunisdə sarımsaq əlavə etməklə mərcini yağda qaynadır, kalorili horra hazırlayırdılar. Cənubi Afrikada yaşayan zuluslar qarğıdalı yarmasını ət suyunda isladır və həll etdikdən sonra ondan bərk sıyıq hazırlayırlar.

Sıyıq Uilyam Hemslinin əsərində (1893)

Ayrı-ayrı ölkələrdə dəndən, yarmadan başqa undan horra, xəşil, umac və sairə bu kimi milli yeməklər bişirirlər. Azərbaycanlılar umacı belə hazırlayırlar: Unun üstünə su çiləyir, ovuşdurur, qaynar qazana tökürlər. Sonra da ona quyruq və ya yağ, eləcə də yumurta və yağda qızardılmış soğan əlavə edirlər. Umacı qarğıdalı və ya buğda ununa, adətən süd əlavə etməklə uyğurlar da bişirirlər. Undan qatı xörəklər də hazırlayırlar. Gürcüstanda yaşayan minqrellər haqqında XIX əsrin birinci yarısına aid məlumatda deyilir ki, «qomiya» onlar üçün çörəyi əvəz edir. Bu, undan bişirilən qatı kütlədir, elə qatıdır ki, onu əldə tutub yemək olur. Çərkəzlərin qomiyanı xatırladan «poseta» adlı xörəyi vardır. Onlar bu xörəyi ətlə yeyirlər. Ləzgilərdə «sav» deyilən xoşagələn xörək növü vardır. Onu hazırlamaq üçün dəni qovurur, dəyirmanda üyüdür, alınmış diri unu su, qatıq, ya da süddə isladır, sonra üstünə yağ töküb yeyirlər. Bu xörəyin mənşəyi uzaq keçmişə-eneolit dövrünə gedib çıxır. Yunanlar də keçmişdə arpa unundan xəmir yoğurur, yarma şəklinə salır, qurudub saxlayır və ondan sıyıq bişirirdilər. Bu xörəyi daha çox yoxsullar hazırlayırmış. Bəzən unu yağda qızardır, sonra su əlavə edir və bişirirdilər. Azərbaycanda yağda qovrulmuş undan, su və doşab əlavə etməklə yüksək kalorili «quymaq» adlı xörək bişirirlər. Bu çox qədim milli yeməkdir. Osetinlər isə yağda qovurulmuş undan «xaru» adlı xörək hazırlayırlar. XIX əsrdə kasıb kumık ailələrində qovurulmuş buğda unundan şorba (xolva xüdur) bişirirlərmiş. Bir çox ölkədə səhər yeməyi üçün ənənəvi yeməkdir. Ənənəvi olaraq, sıyıq saxsı və ya dəmir qablarda rus sobasında bişirilmiş, indi də qazanlarda, boşqablarda və ya xüsusi qablarda və mikrodalğalı sobalarda bişirilir.

Rusiyada, sıyıq hər zaman orduda, xüsusilə də yürüş şəraitində tez-tez istifadə olunan qaynar yemək olmuşdur. Bu səbəbdən, rus ordusunda ordu aşpazı artıq xüsusi peşə sahibi — "sıyıqçı" (rus. "кашевар") adlandırılır . Bəzi əsgərlər öz sıyığına jarqon ləqəblər verirlər, məsələn, arpa sıyığı xarici görkəminin xüsusiyyətlərinə görə, şrapnel (içi xırda güllələrlə doldurulmuş top gülləsi) və ya bolt adlanır.

Sıyıq həm də körpə qidasının ayrılmaz tərkib hissəsidir. Sıyığa süd, zeytun, pendir, yağı az olan pendir, yağ, üzüm, quru ərik, quru meyvələr və digər faydalı və digər dadlı və faydalı əlavələr qatmaq olar.

Növləri

Qarabaşaq sıyığı

Sıyıqların aşağıdakı növləri vardır:

  • Qarabaşaq sıyığı — qarabaşaqdan hazırlanır, rus, belorus, ukrayn və polyak mətbəxində məşhurdur;
  • Noxud sıyığı — qaynadılmış noxuddan hazırlanır, böyük qida dəyəri və kaloriliyi var;
  • Manna sıyığı — manna yarmasından hazırlanır;
    • Quryevsk sıyığı — manna yarmasının süd və çərəzlərlə qarışığından hazırlanır.
  • Arpa sıyığı — arpa yarmasından hazırlanır;
  • Yulaf sıyığı — yulaf yarmasından hazırlanır .;
  • Buğda sıyığı — buğda yarmasından hazırlanır;
  • Düyü sıyığı — düyü yarmasından hazırlanır;
  • Qarğıdalı sıyığı — qarğıdalıdan hazırlanır.

Xüsusiyyətləri

Almaniya supermarketlərində sıyıq

Qarabaşaq sıyığı

Qarabaşaq sıyığı dəmir, kalsium, B qrupu vitamin, orqanizm tez həzm edən zülallarla (ona görə də Çində ət əvəzi yeyilir) zəngindir. Qan- damar, hipertoniya (qanazlığında), böyrək xəstəliklərində çox xeyirlidir. Həzm sistemini və bağırsaqların işini yaxşılaşdırır. Bundan başqa, qarabaşağın tərkibindəki 8%-lik kversetin maddəsi var ki, xərçəngin müalicə və profilaktikası üçün ən güclü təbii maddələrdən biri sayılır. Kalori dəyəri: 329 kkal/100qr.

Qarğıdalı sıyığı

Bağırsaqların işini yaxşılaşdırır. Tərkibindəki silisium dişlərə müsbət təsir edir. Daha bir müsbət təsiri odur ki, az kalorili sıyıq kimi orqanizmdən piylərin əriməsinə kömək edir. Kalori dəyəri: 325 kkal\ 100qr.

Manna sıyığı

Yaranmış stereotipə zidd olaraq, çox faydalı sıyıq deyil. Tərkibində allergiyalı bitki zülalı olan qlutein var, digər tərəfdən  orqanizmdən kalsiumu yuyur. Lakin  mütəxissislər  mədə xəstəliklərindən əziyyət çəkənlərə mannı sıyığı  tövsiyə edirlər. Kalori: 326 kkal/100 q.

Darı sıyığı

Orqanizmdəki artıq mineral duzların, piylərin çıxmasına şərait yaradır. Darı A vitamini ilə zəngindir. Bundan əlavə, darı sıyığında ürək damarlarına faydalı olan kalsium, maqnium var. Əgər yarma ağarıbsa, öz tərkibini itirmişdir. Kalori dəyəri: 334kkal/ 100qr.

Düyü sıyığı

Aşağı kalorili sıyıqdır. Tərkibində bir çox bitki zülalları vardır. Aşılanmışının orqanizmə bir o qədər də xeyiri yoxdur. Tez həzm olunur. Kalori dəyəri 323kkal/ 100qr.

Həmçinin bax

  • Qarabaşaq sıyığı
  • Noxud sıyığı
  • Yulaf sıyığı
  • Quryevsk sıyığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sıyıq haqqında məlumat. Sıyıq nədir? Sıyıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amenmess

  • Fevral 27, 2026

    Naymanlar

  • Fevral 27, 2026

    Tələbə

  • Fevral 27, 2026

    Saba

  • Fevral 24, 2026

    28 dekabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst