Sürhüllü (sürfüllü, sürhü, sürfü) — Azərbaycanın şimal-qərb zonasına, əsasəne Qax (İlisu, Sarıbaş, Ağçay,Qum,Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba -Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir xörəyi.

Azərbaycanlılarla yanaşı ləzgilər, saxurlar, avarlar, laklar, ingiloylar da bu yeməyi hazırlayır.
Ümumi məlumat
Sürhüllü yeməyi əsasən qış aylarında, əvvəlcədən tədarük edilmiş qaxac ətindən və içnovurdan istifadə edilərək bişirilir. Həmçinin xüsusi dad verilməsi üçün sarımsaq və turşudanda istifadə olunur. Sürhüllü xəmir xörəyi olmaqla iki formada bişirilir: Qurudulmuş ətlə və təzə ətlə. Əsasən qoyun ətindən istifadə edilir. Bu yaylaq-qışlaq köçləri eləcə də coğrafi köçlər zamanı ətin xarab olmaması zərurətindən yaranmış bir üsuldur. Yeməyin adı Saxur dilindədir və “Əyri xəmir” mənasını verir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sürhüllü haqqında məlumat. Sürhüllü nədir? Sürhüllü nə deməkdir?