Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
| Sürünən qarağac | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Sürünən qarağac | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır.
Botaniki xarakteristikası
Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir.
Ekologiyası
Öz arealında quraqlı rayonlarında kol kimi bitir.
Azərbaycanda yayılması
Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
Bu növ çox vaxt meşələrin bərpası üçün istifadə edilir. Qabığından lif alınır.
Sinonimləri
Homotipik sinonimləri
- Ulmus campestris lusus pumila (L.) Regel
- Ulmus campestris var. pumila (L.) Maxim.
- Ulmus pumila var. genuina Skvortsov
Heterotipik sinonimləri
- Ulmus campestris var. parvifolia Loudon
- Ulmus campestris var. parvifolia-pendula G.Kirchn.
- Ulmus campestris var. pumila K.Koch
- Ulmus campestris f. pumila Herder
- Ulmus humilis J.G.Gmel.
- Ulmus manshurica Nakai
- Ulmus microphylla Pers.
- Ulmus pinnatoramosa Dieck ex Späth
- Ulmus pumila var. arborea Litv.
- Ulmus pumila var. gracia S.Y.Wang
- Ulmus pumila var. microphylla Pers.
- Ulmus pumila var. pendula Rehder
- Ulmus pumila f. pendula (Rehder) Rehder
- Ulmus pumila var. pinnatoramosa (Dieck ex Späth) A.Henry
- Ulmus pumila var. sabulosa J.H.Guo, Y.S.Li & J.H.Li
- Ulmus pumila f. sibirica Schelle
- Ulmus pumila f. tenuis S.Y.Wang
- Ulmus transbaicalensis Steud.
- Ulmus turkestanica Regel
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sürünən qarağac haqqında məlumat. Sürünən qarağac nədir? Sürünən qarağac nə deməkdir?
