Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniy

Sünik (sülalə)

  • Ana Səhifə
  • Vikipediya
  • Sünik (sülalə)

Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur.

Tarixi Sünik ərazisi.

Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır.

Mündəricat

Etnogenezi

Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindən (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır:

"Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər."

VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar." R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi. Oranın əhalisinin tayfa istisnalığı qonşu dağlıq ölkədən axıb gələn köçərilərin hesabına saxlanır və bərpa olunurdu." F.Məmmədova qeyd edir ki, "Moisey Kalankatlı ilk Albaniya hökmdarı Arranın Sünik sülaləsindən olduğunu qeyd etsə də, bu sülalənin etnik mənşəyi ilə bağlı heç nə qeyd etmir. Lakin mənbələrin verdiyi məlumatlardan belə məlum olur ki, Sünik sülaləsi yerli sülalə olmuşdur." Sünik sülaləsini yerli sülalə hesab edən K. Trever qeyd edir ki, "sonrakı dövrdə Qafqaz Albaniyasının siyasi həyatında iştirak etməsinə baxmayaraq, Sünik ilk alban qəbilə ittifaqlarına daxil olmamışdır."

Sünik vilayəti müxtəlif dövrlərdə Ermənistanın, Atropatenanın və Qafqaz Albaniyasının tərkibində olmuş, Sünik sülaləsinin nümayəndələri hər üç ölkənin zadəgan sülalələri ilə qohumluq əlaqələri yaratmışlar. Mənbələr Qafqaz Albaniyasının ilk hökmdarı və Arranilər sülaləsinin banisi olan Arranın da Sünik sülaləsindən olduğunu qeyd edirlər.

Tarixi

Ermənistanın çar və knyaz sülalələri

Çar sülalələri

Yervandidlər
Artaşesidlər
Arşakilər
Baqratidlər
Rubenidlər
Hetumilər
Luzinyanlar

Knyaz sülalələri

Sünik
Mamikonyanlar
Arsrunilər
Rştuni
Qamsarakan
Amatuni
Qnuni
Mandakuni
Bznuni
Varajnuni
Qntuni
Kerkidyanlar
Pəhləvunilər
Zaxaryanlar
Orbelyanlar
Proşyanlar
Vaqramyanlar
Vaçutyanlar

Dövlətçilik xronologiyası

Böyük Ermənistan · Sofena krallığı · Ani çarlığı · Vaspurakan çarlığı · Lori çarlığı · Qars çarlığı · Varajnuni çarlığı · Kesun çarlığı · Edessa knyazlığı · Meliten knyazlığı · Pir knyazlığı · Kilikiya çarlığı · Ərmənşahlar bəyliyi · Erməni vilayəti · Birinci Respublika · Ermənistan SSR · Ermənistan Respublikası

  • bax
  • müzakirə
  • redaktə

Sünik sülaləsinin ilkin tarixi haqqında məlumatlar çox azdır. Sülalə Maarifçi Qriqorinin təbliğatə nəticəsində xristianlığı qəbul etmiş, daha sonra Maarifçi Qriqorinin Kesariyada təbliğatı dövründə Sünik sülaləsinin nümayəndələri onu müşayiət etmişlər.

Sünik vilayətinin Böyük Ermənistan və ya Qafqaz Albaniyasının tərkibində olduğu və ya müstəqil olduğu dövrlərdə Sünik sülaləsinin nümayəndələri bu vilayətin hakimləri olmuşlar. İstər antik, istərsə də orta əsrlər dövründə Sünik Qafqazın ən güclü sülalələrindən biri olmuşdur. Sünik knyazları gümüş taxtda oturur, mirvarilərlə bəzədilmiş tac taxır, zadəganlıq göstəricisi kimi qırmızı ayaqqabı geyinirdilər. Sünik knyazlarının sülalə nişanəsi qabanın təsviri əks olunmuş üzük-möhürləri olurdu.

Sülalənin ailə əmlakı Sünik vilayətinin Tsux havarında Şaqat və Vayots-Zor havarında Yexeqis kəndləri, sonrakı dövrdə isə Qafan ərazisi hesab edilirdi. Qaxnamaka (taxt-məhkəmə reystri) əsasən Sünik knyazı erməni aristokratları cədvəlində hökmdardan sonra birinci yerdə qərarlaşmışdır. Zoranamakda (hökmdarın hərbi reystri) isə göstərilir ki, Ermənistan hökmdarından sonra ən böyük hərbi qüvvə (19400 süvari) Sünik knyazlarına məxsus olmuşdur. F. Məmmədova qeyd edir ki, 387-ci ilə qədər Ermənistan ordusuna başçılıq edən bdeşx – sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar.

Ermənistanda

Böyük Vardan - «Ümumi tarix»
Haykdan adını Araqatç dağına vermiş Armaniak törəyib. Armaniakdan adın Armavirə vermiş Armais törəyib. Armaisdən adını Masis dağına vermiş Amasd doğulub. Amasd Qexarkunini inşa etmiş Qexamı dünyaya gətirib. Qexam Sünik sülaləsinin banisi Sisakı və Xarmayanı dünyaya gətirib. Xarmaya Aramı dünyaya gətirib və ondan bütün xalqların erməni adlandırdığı xalq törəyib.

Ermənistanda III Kiçik Xosrovun hakimiyyəti dövründə (330–338) Vaqinak Süni Ermənistanın Aldznik vilayətinin hakiminə qarşı yürüşdə iştirak etmiş və bu vilayəti idarə etmək hüququ almışdır. 330-cu ilin sonunda Sünik sülaləsindən olan Andovk Süni yüksək hərbi mövqe əldə edir. Ermənistan çarı Tiranın (338–350) hakimiyyəti dövründə Sünik sülaləsindən olan Pisak Süni hökmdar sarayında "senekapet" (hökmdarın şəxsi təhlükəsizliyindən cavabdeh məmur) vəzifəsinə təyin olunur.

II Arşak (350–368) Ermənistanda hakimiyyətə gəldikdə Vaqinak Sünini şərq ordularının rəhbəri Andovk Sünini isə Aldznik və Tiqranakert rəhbəri təyin edir. Qızı Pərəncəmi Ermənistan hökmdarı II Arşaka ərə verən Andovk Süninin siyasi imkanları daha da genişlənmişdi. Öz romapərəst mövqeyi ilə tanınan Andovkun rəhəbrliyi altında Tiqranakert hərbi dəstələri Parfiya hökmdarı II Şapura qarşı bir neçə dəfə uğurlu döyüş keçirmişdi. 367-ci ildə Ermənistan II Şapur tərəfindən tutulduqdan sonra isə Sünik sülaləsinin nümayəndələri hakimiyyətdən uzaqlaşdırıldı və əksəri öldürüldü. Yalnız on ildən sonra, Mamikonyanlar sülaləsindən Manvel Mamikonyan (377–387) Ermənistanda hakimiyyətə gəldikdə Sünik sülaləsinin hakimlik hüquqları bərpa edildi.

Manvel Mamikonyan Parfiyanın razılığı olmadan Andovk Süninin oğlu Babik Sünini Sünik vilayətinin hakimi təyin etdi. Ermənistan hökmdarı III Arşak (378–390) isə Babik Süninin qızı ilə evləndi, oğlu Dara Sünini isə sparapet vəzifəsinə təyin etdi. 387-ci ildə Ermənistanda hökmdar hakimiyyətinin ləğv olunması və ərazisinin Roma və Parfiya arasında bölünməsindən sonra Dara Süni III Arşakla birlikdə Roma imperiyası ərazisinə keçmiş və Xosrova qarşı aparılan müharibədə ölmüşdür.

Sünik sülaləsi Ermənistanın Sasani mərazbanlığına çevrilmiş ərazisində də mühüm rola malik olmuşdur. 441-ci ildə Sünik hakimi Vasak Süni bütün Erməni mərzbanlığının hakimi təyin olunmuşdur. Vasak Sünidən sonra hakimiyyətə gəlmiş Varazvan və Qdeon Sünilər Sasani sarayı ilə yaxınlaşma siyasəti yürütməyə başlamışdılar. Buna görə də, Qafqaz xalqlarının 480–481-cü illəri əhatə edən xalq üsyanı zamanı Qdeon Süni üsyançılar tərəfindən tutularaq edam edildi.

Orta əsrlərdə mərkəzləşdirilmiş Ermənistan dövlətinin bərpa edilməsi zamanı Sünik sülaləsi Baqratuni və Arsruni sülalələri ilə birgə bu prosesin ən aktiv iştirakçılarından olmuşdur. Sünik sülaləsi Baqratuni sülaləsindən olan I Aşotun hakimiyyətə gəlməsini dəstəkləmişdir.

Atropatenada

571-ci ildə knyaz Vaan Süninin təşəbbüsü ilə Sünik Ermənistandan ayrılaraq ayrıca şəhr kimi Atropatenaya birləşdirildi. Vaan Süni Sasani şahı Xosrovdan xahiş etdi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakarana köçürsün, onların şəhərlərini Atropatenanın sərhədləri hüduduna daxil etsin. Orta əsr erməni tarixçisi Sebeos bu haqqda yazır:

"Sünik hakimi üsyan edərək ermənilərdən ayrıldı. Sasani şahı Xosrovdan xahiş etdi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakaran köçürsün, onların şəhərlərini Atropatenanın sərhəddləri hüduduna daxil etsin və onların üstündən erməni adı götürülsün. Əmr yerinə yetirildi."

VII əsrdə Sasani – Bizans müharibəsi zamanı Sünik knyaginyası Bürək I İraklini rəhbərlik etdiyi Bizans qüvvələrinə yardım etmişdi. VII əsrin ortalarından etibarən Sünik sülaləsinin hakimləri cənubdan yaxınlaşan ərəb təhlükəsinə qarşı Bizans və erməni zadəganları ilə ittifaq yaratmağa çalışırdılar.

Qafqaz Albaniyasında

Moisey Xorenli - «Ermənistan tarixi»
Valarşak Ermənistanın şərq sərhəddində iki yerli sülalədən Sisakanlar və Kadmeanlardan hakim təyin etdi. Bundan sonra, o, Kür çayının ortasından axıb getdiyi böyük, düzənlik ölkəyə məşhur ər, bütün məsələlərdə hikmət və anlayış sahibi Arranı hakim təyin etdi. Sisak sülaləsindən olan bu şəxs Erasx çayından Xnarakert adlı qalaya qədər olan alvan torpaqlarında hökmdarlıq etmişdir. Ölkəni də onun adı ilə “Alvaniya” adlandırmışlar, çünki həmin hökmdarı “alu” deyə çağırırdılar. Deyirlər ki, utilər, qardmanlar, çavdeylər və qarqarlar onun nəslindəndirlər.

Tarixi mənbələr Qafqaz Albaniyasının ilk hökmdarı olan Arranın Sünik sülaləsindən olduğunu qeyd edirlər. Moisey Kalankatlı yazır:

Azərbaycan sülalələri

Şah sülalələri

Mannalar
Madaylar
Atropatidlər
Atropatena Arşakiləri
Sacilər
Şəddadilər
Rəvvadilər
Şirvanşahlar
Səlcuqlular
Elxanlılar
Cəlayırlar
Qaraqoyunlular
Ağqoyunlular
Səfəvilər
Əfşarlar
Qacarlar

Knyaz sülalələri

Sünik
Arranşahik
Alban Arşakiləri
Mehranilər
Dəfnə sülaləsi
Həsən-Cəlalyanlar

Xan sülalələri

Cavanşirlər
Ziyadoğlular sülaləsi
Bayatlar
Qaradağlılar
Müqəddəmlər
Şahsevənlər
Şəqaqilər
Dünbililər
Kəngərlilər
Xançobanlılar
Bakıxanovlar
Qara Keşiş nəsli
Xoyskilər

  • bax
  • müzakirə
  • redaktə
"Dünyanın yaranması ilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıbsa bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb, onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itatətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafəs nəslindən və Sisakan soyundan olan Arran onlara hakim təyin olunur. Arran Araks çayından başlayaraq Xunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır. Onlar öz ölkələrinə Ağvan adını ona görə vermişlər ki, Arranın özünü, yumşaq xasiyyətinə görə,"ağu"("mehriban") deyə çağırırdılar. Deyilənə görə, həmin Aranın nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir. Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarda yaşayan xalqlar da həmin Arranın oğullarının nəslindəndir."

441-ci ildə Erməni mərzbanlığının hakimi (mərzbanı) təyin olunmuş Vasak Süniyə eyni zamanda Qafqaz Albaniyasında Çola keçidini (Dərbənd keçidi) qorumaq da tapşırılmışdı.

VIII əsrdə Qafqaz Albaniyasının böyük knyazı Cavanşir Sünik sülaləsi ilə növbəti qohumluq bağını yaratmışdır. O, Sünik hakiminin qızı ilə evlənmişdir. Bu haqqıda Moisey Kalankatlı yazır:

"Cavanşirin qələbələrini görüb eşidən Ermənistan və Gürcüstan əyanları onun üçün öz nəsillərindən qız seçib onunla qohum olmaq istədilər Lakin o, Sünik vilayəti knyazının Aruncan nəslindən özünə seçib onunla evləndi və bununla da süniklilərin hamısını çox sevindirdi."

Sülalənin bölünməsi

Sünik hakimləri tərəfindən inşa edilmiş Şəki qalası və Oxçu qalasının dövrümüzə çatmış qalıqları.

VIII əsrin əvvəllərində Qafqazda Ərəb Xilafətinin təsirinin zəifləməsi dövründə Sünik sülaləsi bir neçə qola bölündü. 821-ci ildə ərəb qüvvələri Sünikin böyük bir hissəsini idarə edən Vasak Süniyə qarşı yürüş təşkil etdilər. Lakin, Xürrəmilər hərəkatının rəhbəri Babəkin köməkliyi ilə süniklilər öz torpaqlarını ərəblərdən azad edə bildilər. Lakin bu dəfə də Sünik hakimi Babəkdən asılı vəziyyətə düşdü. Babəkə qarşı müharibənin aparıldığı dövrdə o, yürüş edərək Göyçə gölü sahilində yerləşən Balk və Qeqrqunik havarlarını taladı. Vasak Süninin ölümündən sonra, onun böyük oğlu Filipe mərkəzi Süniki, kiçik oğlu Saak Süni isə Göyçə gölü ətrafındakı əraziləri idarə edərək Sünik sülaləsinin Qeqarqunik haykazunları (hakimləri) olan qolunun əsasını qoymuşdur.

IX əsrdə Sünik sülaləsi beş qola bölünmüşdü. 831–832-ci illərdə ilk Qeqarqunik hakimi Saak Süni ərəb vostikanı Xola qarşı üsyanda öldükdən sonra onun hakimiyyətə gəlmiş oğlu I Qriqordan sonrakı Qeqarqunik hakimləri Ermənistanda hakimiyyətə gəlmiş Baqratuni sülaləsinə meylli siyasət yürütməyə başladılar və qohumluq əlaqələri yaratdılar. Sünik sülaləsindən olan Qeqarqunik hakimi Vasak Qaburun arvadı Məryəm Baqratilər sülaləsindən olan Ermənistan kralı I Böyük Aşotun qızı, Ermənistan kralı I Qagikin arvadı isə Sünik çarı Vasakın (998–1040) qızı Kətramid olmuşdur.

853-cü ildə Vayots-Zor (Sünikin qərbində, Naxçıvanın şimalında yerləşən ərazi) və Sünik vilayətləri ərəb sərkərdəsi Buğanın hücumuna məruz qaldı. Həbs edilmiş hakimlər Aşot Süni və Vasak İşxanik əvvəlcə Dəbilə, daha sonra isə Samirəyə göndərildi. Lakin onlar tezliklə azad edildilər və Samirədən Sünikə qayıdaraq onun bərpası ilə məşğul oldular. Vasak İşxanikin əsirlikdə olduğu müddətdə Aşot Baqratuninin təyinatı ilə taxtda onu əvəz etmiş Vasak Qabur isə hakimiyyətin qanuni sahibi gəldikdə taxtı ona təhvil verdi.

Tatev monastırı — əsası 906-cı ildə Sünik hakimi Aşot Süni və onun arvadı Şuşanik tərəfindən qoyulub. Monastırın inşasına Sünik sülaləsindən olan Qeqarqunik hakimi II Qriqor Supan da kömək edib.

X əsrin əvvəllərində Sünikdə ikihakimiyyətlilik yaranır. Knyaz Smbat qərbi Sünik ərazisini — Vayots-Zor və Şaaponk əyalətlərini, qardaşı isə Balk havarı və Əkəri çayı sahilindəki əraziləri idarə etməyə başlayır. 909–910-cu illərdə Sacilər sülaləsindən olan Azərbaycan əmiri Yusif ibn Əbu Sac Əlincə havarını tutaraq Sünikdən ayırır. X əsrdə Baqratuni sülaləsindən olan Ani kralı II Dəmir Aşot yürüş edərək Göyçə gölü sahilindəki Qeqarqunik əyalətini tutdu və Sünik sülaləsinin həmin əyalətdə hakim olan qolu Qeqarqunik haykazunlarının (hakimlərinin) hakimiyyətinə son qoyuldu. Ərazi isə Ani çarlığının tərkibinə qatılır.

IX–X əsrlərdə Sünik sülaləsinin nümayəndələri geniş quruculuq-inşaat işləri ilə məşğul olmuşlar. Bu zaman Aermon, Sisəvəng, Sivəng, Makenis, Kotavəng kilsələri, Oxçu qalası, Şəki qalası kimi tarixi-memarlıq abidələri inşa edilmişdir. 906-cı ildə isə Sünik hakimi Aşot Süni (892–909) və onun arvadı Şuşan tərəfindən Tatev monastırının əsası qoyulmuşdur. Monastırın tikintisinə həmçinin Sünik sülaləsindən olan Qeqarqunik hakimi II Qriqor Supan (859–913) və Caqik də yardım etmişdir.

X əsrin ortalarında Vayots-Zor hakimi Vasak Süni Dvin şəhərini Şəddadilər sülaləsindən almağa cəhd göstərmiş, lakin döyüşdə məğlub olmuşdu. Bu hadisədən sonra Sünik sülaləsinin Vayots-Zor əyalətində hakimiyyəti daha da zəifləyir. Artıq 970–980-ci illərdə əyalət Balk (Cənubi Sünik – Qafan ərazisi) hakimi I Smbata tabe olur. I Smbat isə 987-ci ildə Sünik knyazlığının müstəqilliyini elan etsə də, 988-ci ildə Ani çarlığından vassal asılılığını qəbul etməli olur.

Sünik sülaləsindən olan hakimlər

Zoranamak — Ermənistanda hökmdarın hərbi reystri
Sünik çarlığının ərazisi (1020–1166)

IV əsr

  • Vaginak
  • Antioks Süni
  • Babik

V əsr

  • Vaginak
  • Vasak Süni
  • Varaz Vaan
  • Qdexon
  • Babken

Vayots-Zor hakimləri

821-ci ildə Vasakın ölümündən sonra onun böyük oğlu Filipe Sünikin böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi. Kiçik oğlu Saak isə Göyçə gölü ətrafındakı əraziləri hakimiyyəti altına alaraq burada hakimiyyətdə olmuş Sünik sülaləsindən olan Qeqarqunik haykazunlarının hakimiyyətini davam etdirdi.

  • Filipe Süni
  • Babken Süni
  • Vasak İşxanik
  • Aşot Süni
  • Smbat Süni
  • Vasak Süni

X əsrdə Vasak Süni Dəbili Şəddadilərdən azad etməyə cəhd etsə də, döyüşdə məğlub oldu. Bu hadisədən sonra, Vayots-Zorun Sünik sülüləsindən olan hakimləri öz nüfuzlarını itirdilər. X əsrin 70–80-ci illərindən etibarən Sünikin siyasi mərkəzi bir qədər cənuba – Balk havarına (müasir Qafan) keçdi. Vayots-Zor hakimliyi I Smbatın dörd oğlundan (Smbat, Saak, Vasak, Babken) Saaka keçdi.

Qeqarqunik haykazunları

Sünik sülaləsinin Qeqarqunik haykazunları olan qolunun əsasını Sünik hakimi Vasakın oğlu Saak qoymuşdur. Qeqarqunik haykazunları 821–925-ci illərdə Şimali Sünikdə — Göyçə gölünün qərb sahilində hakimlik etmişlər. Hakimlərin qərargahı Kot kəndində (Aşağı Qaranlıq rayonunun Aşağı Adıyaman kəndi) olmuşdur.

Sünik sülaləsinin digər nümayəndələri kimi Qeqarqunik haykazunları da geniş quruculuq və inşaat işləri ilə məşğul olmuşlar. Erməni tarixçisi Ovanes Drasxanakertli bu haqqda yazır:

"Tanrının bütün mərhəməti və qayğısını Ermənistana bəxş etdiyi günlərdə ölkədə hər öz xeyirli işini davam etdirirdi…Və əsas nahararlar böyük daşlardan, güclü divarlar inşa etdirir, şəhərləri və monastırları qorumağa çalışırdılar. Ən çox isə Haykazunlardan işxan Qriqor Süni və onun qardaşları Saak və Vasak inşaat işləri gördürürdülər. Onlar Gelam gölünün ətrafını abadlaşdırırdılar."

925-ci ildə Ani çarı II Dəmir Aşot Göyçə gölü ətrafına yürüş edərək həmin əraziləri işğal etmiş və Sünik sülaləsinin burdakı hakimiyyətinə son qoyulmuşdur.

Sünik çarları

987-ci ildə Sünik hakimi I Smbat Süniki müstəqil knyazlıq elan etdi və Sünikin birinci knyazı oldu. Lakin 988-ci ildə Baqratuni sülaləsi nümayəndələri tərəfindən idarə olunan Ani çarlığının təzyiqləri nəticəsində vassal asılılığını qəbul etməli oldu. Vasak və II Smbatın hakimiyyətləri dövründə Sünik çarlığı iqtisadi baxımdan xeyli gücləndi. II Smbatın varisi olmadığından, onun ölümündən sonra hakimiyyətə kiçik qardaşı Qriqor gəldi. I Qriqorun Sünikdə hakimiyyəti dövründə Azərbaycan Səlcuqlular tərəfindən fəth edildi və Sünikin də bir neçə sərhəd havarı Səlcuqluların hakimiyyəti altına keçdi. I Qriqorun ölümündən sonra Sünik çarlığında Sünik sülaləsinin hakimiyyəti kəsildi. Sünik taxtına I Qriqorun arvadının qardaşı, Xaçınlı Sənəkərim sahib çıxdı.

Sünik sülaləsinin davamçıları XVII – XIX əsrlərdə Azərbaycanda yaranmış məlik sülalələrinin formalaşmasında iştirak etmişdir.

Həmçinin bax

П: "Qafqaz Albaniyası" portalı
  • Sünik
  • Sünik knyazlığı
  • Qafqaz Albaniyası
  • Azərbaycan tarixi
  • Ermənistan tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sünik (sülalə) haqqında məlumat. Sünik (sülalə) nədir? Sünik (sülalə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hiperlink

  • Fevral 27, 2026

    Cəfərilər

  • Fevral 28, 2026

    Plumbaginaceae

  • Fevral 27, 2026

    Türkmən qaraqulağı

  • Fevral 27, 2026

    Asiyanın lordu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst