Süluk (ərəb. سلوك) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır.
| qəsəbə | |
| Süluk | |
|---|---|
| سلوك | |
| |
| 36°35′57″ şm. e. 39°07′43″ ş. u.HGYO | |
| Ölkə | |
| Mühafəzə | Ər-Rəqqə mühafazası |
| Rayon | Təll-Abyad |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
| Əhalisi | |
| Əhalisi | 7,825 nəfər (2004) |
| Milli tərkibi | ərəblər, Suriya türkmanları |
| Rəsmi dili | ərəb dili |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | C5843 |
![]() Süluk | |
Tarix
Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək, yaxınlıqlardakı kəndləri məhv etmək və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir. Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır.
27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir.
Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir. Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.
İnsan Hüquqları üzrə Suriya Müşahidə Məntəqəsinə görə, döyüşlər zamanı 70 İŞİD və 20 YPG döyüşçüsü həlak olmuşdur.
YPG mətbuat katiblərindən biri olan Redur Xəlil Türkiyəni terrorçuları dəstəkləmək ilə ittiham etmişdir, ancaq Türkiyə bu iddiaları yalanlamışdır.
Əhali
Suriya rejiminin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini ərəblər təşkil edir. Türkiyənin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini Suriya türkmanları təşkil edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, süluk (suriya) sözünün mənası, süluk (suriya) haqqında məlumat. süluk (suriya) nədir? süluk (suriya) nə deməkdir?

