Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleyman Mehrəli oğlu Qasımov (26 dekabr 1961, Faxralı, Bolnisi rayonu) — Azərbaycanın iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə h

Süleyman Qasımov

  • Ana Səhifə
  • Vikipediya
  • Süleyman Qasımov

Süleyman Mehrəli oğlu Qasımov (26 dekabr 1961, Faxralı, Bolnisi rayonu) — Azərbaycanın iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü, "Petkim"in İdarə Heyətinin sədri (iyul 2023 - noyabr 2023),Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti (2006–2023)., Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri.

Süleyman Qasımov
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
2006 – 2023
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri
Vəzifədədir
2023-cü ildən
    Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri
    Vəzifədədir
    2023-cü ildən
      Şəxsi məlumatlar
      Doğum tarixi 26 dekabr 1961(1961-12-26) (64 yaş)
      Doğum yeri
      • Faxralı, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ
      Partiya Yeni Azərbaycan Partiyası
      Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası
      İxtisası Iqtisadçı
      Uşağı
      • Mehralı Qasımov[d]
      Dini İslam
      Elmi fəaliyyəti
      Elmi dərəcəsi iqtisad elmləri doktoru
      Elmi adı professor
      İş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

      Təltifləri "Şöhrət" ordeni 1-ci dərəcəli "Əmək" ordeni "Tərəqqi" medalı

      Mündəricat

      Həyatı

      Qasımov Süleyman Mehrəli oğlu 26 dekabr 1961-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

      Fəaliyyəti

      1982–1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqtisadçı, baş mühasibin müavini, baş mühasib) çalışmışdır. 1991–2003-cü illərdə "Azərineft" Neft və Qazçıxarma Baş İdarəsinin "Xəzərdənizneftqaz", "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliklərinin baş mühasibi vəzifəsində işləmişdir. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olmuşdur.

      2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidentidir.

      2022-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "Petkim Petrokimya Holding AŞ"nin ("Petkim") İdarə Heyətinin sədridir.

      28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.

      31 iyul 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri təyin edilmişdir.

      SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvüdür. İqtisad elmləri doktorudur, 1 elmi əsər, 15-dən çox elmi məqalə müəllifidir.

      Medal və ordenləri

      • 2006-cı ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
      • 2011-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
      • İstehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə görə, Azərbaycan Respublikası Prezidentinin əmri ilə, II dərəcəli “Əmək ordeni” ilə təltif edilib.

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süleyman Qasımov haqqında məlumat. Süleyman Qasımov nədir? Süleyman Qasımov nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Fevral 27, 2026

        E-poçt

      • Fevral 23, 2026

        Xristianlıq

      • Fevral 27, 2026

        1841-ci il

      • Fevral 27, 2026

        Manqaka

      • Fevral 28, 2026

        Tsinxua Universiteti

      Trend Mahnılar
      • Fevral 24, 2026

        Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

      • Fevral 17, 2026

        Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

      • Fevral 21, 2026

        Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

      • Fevral 21, 2026

        Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

      • Fevral 21, 2026

        Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst