Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süd vəziləri ya məmələr — (lat. glandulae mammariae s. mammae) — mənşə baxımından tər və piy vəziləri kimi dəri vəzilərindən, forma baxımından borulu-alveollu v

Süd vəziləri

  • Ana Səhifə
  • Vikipediya
  • Süd vəziləri

Süd vəziləri ya məmələr — (lat. glandulae mammariae s. mammae) — mənşə baxımından tər və piy vəziləri kimi dəri vəzilərindən, forma baxımından borulu-alveollu vəzilərdən olub vəzifə etibarilə qadın cinsiyyət üzvləri ilə sıx rabitədədir və özləri də qadınlarda doğuş prosesindən sonra süd ifraz edir. Qadınlarda və kişilərdə süd vəziləri müxtəlif dərəcədə inkişaf etmişdir.

Süd vəziləri
İnsanın süd vəzisinin quruluş sxemi
İnsanın süd vəzisinin quruluş sxemi
Süd vəzisinin quruluşu:1 - Piy2 - Paycıq süd axacağı3 - Paycıq4 - Birləşdirici toxuma5 - Süd axacağı sinusu6 - Süd axacağı
Süd vəzisinin quruluşu:
1 - Piy
2 - Paycıq süd axacağı
3 - Paycıq
4 - Birləşdirici toxuma
5 - Süd axacağı sinusu
6 - Süd axacağı
Latınca Glandula mammaria
Qrey subyekt 271 1267
Sistem Xarici sekresiya
Üzv Süd yaradıcı vəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qadınların məmələri (süd vəziləri) — lat. mammae femininae; yun. mastos döş nahiyəsində, döş sümüyünün yan tərəflərində, dəri altında, döş vassiyasının üzərində yerləşmişdir. Bunların yuxarı hüdudu 3-cü qabırğaya, aşağı hüdudu 6-cı (bəzən 7-ci) qabırğaya, içəri hüdudu döş sümüyünün bayır kənarına və bayır hüdudu ön qoltuq xəttinə üyğundur. Həddi-büluğa çatmış və doğmamış qadınlarda süd vəziləri yarımkürə şəklində olur; eni 11–12 sm, şaquli ölçüsü 10 sm və qalınlığı 5–6 sm-ə bərabərdir; çəkisi həddi-büluğa çatmış qızlarda 150–200 q və əmizdirən qadınlarda isə iki dəfə artıq olur, hətta 800 q-dək çatır. Süd vəzilərinin şəkli müxtəlifdir; yarımkürə şəklindən əlavə üç şəkildə: nəlbəki şəklində, konusabənzər və keçi əmcəyinəbənzər ya sallanmış şəkildə təsadüf olunur (Martin). Təkrar doğmuş qadınlarda məmələr çox sallanmış olur; bu hadisəyə məmənin enməsi — lat. descensus mammae deyilir.

Süd vəzisinin ortasında 4-cü qabırğaarası sahə ya 5-ci qabırğa səviyyəsində məmə (süd vəzisi) məməciyi — lat. papillae mammae (mamilla - BNA); yun. thele yerləşmişdir. Məməcik piqmentli dəri — məmə dairəciyi — lat. areola mammae ilə əhatə olunmuşdur. Məməciyin hündürlüyü 1 sm-ə bərabərdir, üzərində 10–15 ədəd dəlik — lat. porifactiferi vardır. Süd vəzisi meydançasının eni 4–5 sm-ə çatır; bunun üzərində sancaq başı böyüklükdə 1–15 qabarcıq vardır; bunlar süd vəzisi daurəciyi dərisində yerləşmişdir — lat. glandulae areolares adlanan vəzilərdən başqa bir şey deyildir. lat. Glandulae areolares sekresiya mexanizmi cəhətcə apokrin vəzilərindən hesab olunur, özləri də rudiment halında qalmış əlavə süd vəziləridir; onların axacağı süd vəzisi meydançasına açılır. Süd vəzisinin məməciyini və dirəciyini örtən dərinin rəngi tünd olur, çünki epidermisin dərin qatlarında piqment dənəcikləri vardır. Qızlarda məməciklər və süd vəzisi dairəciyi çəhrayi rəngdə və qabarıqlı, doğmuş qadınlarda isə qonur rəngdə olur. Süd vəzisi dairəciyi və məməcik dərisində tər və piy vəziləri, saya əzələ lifləri vardır. Əzələ liflərinin bir qismi həlqəvarı və digər qismi boylama istiqamətdə gedir. Əzələ lifləri yığıldıqda məməciklər bir qədər sərtləşir, bununla uşaq əmərkən məməciyi ağzında asanlıqla saxlaya bilir.

Mündəricat

Aid şəkillər

  • İnək
    İnək
  • Pişik
    Pişik
  • Donuz
    Donuz
  • Qoyun
    Qoyun
  • Keçi
    Keçi
  • Fil
    Fil
  • İnsan
    İnsan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süd vəziləri haqqında məlumat. Süd vəziləri nədir? Süd vəziləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    5-O-MetilMirisetin

  • Fevral 25, 2026

    Fransisk

  • Fevral 27, 2026

    Eçmiədzin rayonu

  • Fevral 27, 2026

    Yapon yeni

  • Fevral 27, 2026

    İbn Macə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst