Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) (27 may 1926, Astara, Gilan ostanı – 4 may 2016, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisis

Söhrab Tahir

  • Ana Səhifə
  • Vikipediya
  • Söhrab Tahir

Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) (27 may 1926, Astara, Gilan ostanı – 4 may 2016, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist.

Söhrab Tahir
Söhrab Əbülfəz oğlu Tahiri
Doğum tarixi 27 may 1926
Doğum yeri Astara, İran
Vəfat tarixi 4 may 2016 (89 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Şəkərli diabet
Dəfn yeri
  • II Fəxri Xiyaban
Fəaliyyəti şair, yazıçı, nasir, redaktor
Mükafatları "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 19981998
"Şöhrət" ordeni — 20062006 "21 Azər" medalı — 19461946

Mündəricat

Həyatı

Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinifədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.


Siyasi fəaliyyətinə görə atası həbs olunub və Kirmanşaha sürgün edilib.

Kirmanşah şəhərində Səadət məktəbində təhsil alıb.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1945-1946-cı illərdə ADF MK-də təşkilat şöbəsində təlimatçı işləyib. 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən Bakıya hərbi təhsil almağa göndərilib.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Söhrab Tahir də bu cəmiyyətin üzvü olub.

1947-1950-ci illərdə Bakı Diş və Feldşerlik məktəbində təhsil alıb. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. "Tahir" və "Azərazər" təxəllüslərindən istifadə edib. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. İlk nəsr kitabı 1981-ci ildə işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V. V. Mayakovski ordeni ilə təltif edilmişdir. 2002-ci ildən prezident təqaüdçüsü olub.

Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Bunun nəticəsində, şairin ayaqlarında qanqrena getmişdir. Sənətkarın 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilmişdir, amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə vəfat etmişdir. Xalq şairi II Fəxri xiyabanda dəfn olunmuşdur.

Əsərləri

  1. Vətənlə sevgi arasında (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 344 s.
  2. Qonşu qızın məktubları (povest və roman). Bakı: Gənclik, 1985, 272 s.
  3. Əmanət (povestlər). Bakı: Gənclik, 1991, 421 s.
  4. Lirika. Bakı: Azərbaycan Respublikası "Kitab" cəmiyyəti, 1992, 85 s.
  5. Sevgi əfsanəsi (şeirlər və poemalar). Bakı: Yazıçı, 1983, 284 s.

Haqqında olan ədəbiyyat

  1. Arzumanlı V. 75 yaşın pillələri (Söhrab Tahir-75. Ömürdən yarpaqlar). Bakı: Qartal, 2001, 378 s.
  2. Babayev A. Ölümdən güclü… (Söhrab Tahirin eyni adlı kitabı haqqında). "Kommunist", 1982, 22 avqust.
  3. Duyğun R. Mübariz poeziya (Şair Söhrab Tahir haqqında). "Bakı", 1986, 7 iyun.
  4. Əbilov A. Təbrizdən Turana gedən yol: Bu Söhrab Tahirin məslək və tale yoludur (esse). "Yeni Azərbaycan", 2001, 21 aprel.
  5. Mütəllibov T. Yaş artıqca gəncləşən ürək (Şair S. Tahir haqqında). "Azərbaycan gəncləri", 1986, 26 iyul.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Söhrab Tahir haqqında məlumat. Söhrab Tahir nədir? Söhrab Tahir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İşim çayı

  • Fevral 25, 2026

    Puebla-de-Saraqosa

  • Fevral 27, 2026

    Qeydar

  • Fevral 27, 2026

    Dəvəquşu

  • Fevral 27, 2026

    Ellinizm

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst