Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001).
| Rəşid Meredov | |
|---|---|
| türkm. Raşit Öwezgeldiýewiç Meredow | |
| |
Vəzifədədir | |
| 21 fevral 2003-cü ildən | |
| Prezident | Saparmurat Niyazov Qurbanqulu Berdiməhəmmədov |
| 7 iyul 2001 – vəzifədədir | |
| Prezident | Saparmurat Niyazov Qurbanqulu Berdiməhəmmədov |
| Əvvəlki | Batır Berdiyev |
| may 2001 – 7 iyul 2001 | |
| Əvvəlki | Sahat Muradov |
| Sonrakı | Rəcəpbay Arazov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 29 may 1960 (65 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, diplomat |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Həyatı
Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib.
1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb.
1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb. 1993-cü ilin martından 1994-cü ilədək Türkmənistan Prezidenti Aparatının hüquq bölməsinin müdiri işləyib.
1994-cü ildə Türkmənistan Məclisinə (parlamentinə) seçilib. 1996–1999-cu illərdə Türkmənistan prezidenti yanında Demokratiya və İnsan Hüquqları Milli İnstitutunun direktor müavini işləyib. 1996-cı ildə eyni zamanda Rusiya XİN-nin Diplomatik Akademiyasında qısa kurslar keçib. 1999-cu ilin mayında xarici işlər nazirinin birinci müavini təyin edilib. 2001-ci ilin may-iyul aylarında Türkmənistan Məclisinin Sədri olub. 2001-ci ilin iyul ayında Türkmənistan xarici işlər naziri təyin olunub. 2003-cü ilin fevral ayından eyni zamanda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini vəzifəsini də icra edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəşid Meredov haqqında məlumat. Rəşid Meredov nədir? Rəşid Meredov nə deməkdir?
