Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəşid Məcid oğlu Behbudov (1 (14) dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mük

Rəşid Behbudov

  • Ana Səhifə
  • Vikipediya
  • Rəşid Behbudov

Rəşid Məcid oğlu Behbudov (1 (14) dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi.

Rəşid Behbudov
260xpx
Ümumi məlumatlar
Doğum tarixi 1 (14) dekabr 1915(1915-12-14)
Doğum yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 9 iyun 1989(1989-06-09) (73 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Uşağı
  • Rəşidə Rəşid
Atası Məcid Behbudov
Anası Firuzə Vəkilova
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, kino aktyoru, aktyor, siyasətçi, müğənni
Fəaliyyət illəri 1933–1989
Janrlar xalq musiqisi, opera
Musiqi alətləri piano, tar, fortepiano
Səs tembri tenor, Tenor-altino
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1980
"Lenin" ordeni — 1980 "Lenin" ordeni — 1976 "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Xalqlar dostluğu" ordeni — 1985
2-ci dərəcəli "Stalin" mükafatı — 1946 SSRİ xalq artisti — 1959 Azərbaycan SSR xalq artisti — 1951 Azərbaycan SSR əməkdar artisti — 1946 Azərbaycan SSR Dövlət mükafatı — 1978
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rəşid Behbudov Sevil operasında Balaş rolunda

Mündəricat

Həyatı

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışmışdır.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A. Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz orkestrində solistliyə başlayır. 1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Azərbaycan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatı ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.

1946–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953–1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

2015-ci il 14 dekabrda Heydər Əliyev Sarayında 100 illik yübileyi qeyd olunub.

Ailəsi

Ceyran Behbudovanın (1935–2017) həyat yoldaşı, müğənni Rəşidə Rəşidin atası, Ənvər Behbudov və Nəcibə Behbudovanın qardaşıdır.

Təltif və mükafatları

  • Sosialist Əməyi Qəhrəmanı — 23 aprel 1980
  • "SSRİ xalq artisti" fəxri adı — 9 iyun 1959
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 iyun 1951
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1946
  • "Gürcüstan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 11 dekabr 1977
  • "Dağıstan MSSR xalq artisti" fəxri adı
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 (Arşın mal alan filmindəki Əsgər roluna görə)
  • Azərbaycan SSR Dövlət mükafatı — 1978 (konsert proqramları üçün)
  • 2 dəfə "Lenin" ordeni — 6 yanvar 1976; 23 aprel 1980
  • "Qırmızı əmək bayrağı" ordeni — 1 fevral 1966
  • "Xalqlar Dostluğu" ordeni — 13 dekabr 1985

Xatirəsi

  • 1975-ci ildə Nazim Abbas tərəfindən çəkilmiş Azərbaycantelefilm istehsalı Rəşid Behbudov adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
  • 1985-ci ildə Davud İmanov tərəfindən çəkilmiş Azərbaycantelefilm istehsalı Rəşid Behbudov adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
  • 1991-ci ildə, Bakı şəhərində, keçmiş adı "Leytenant Şmidt küçəsi" və uzunluğu 2,16 km olan mərkəzi küçələrdən biri, Rəşid Behbudovun adına adlandırılmışdır.
  • 19 oktyabr 1995-ci ildə, Rəşid Behbudovun 80 illiyi ilə əlaqədar qərar qəbul edilmişdir.
  • 4 oktyabr 2016-cl ildə, adını daşıdığı küçədə və adını daşıdığı mahnı teatrının qarşısında abidəsi ucaldılıb.
  • 18 noyabr 2016-cı ildə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən "Rəşid Behbudov" sürətli sərnişin gəmisi istismara verilmişdir.
  • 2025-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb.
  • Rəşid Behbudova həsr olunmuş poçt markaları
  • Poçt markası
    Poçt markası
  • Poçt markası
    Poçt markası

Əsərləri

  • Aylı Gecələr
  • Alagöz
  • Anacan, Dostum Evlənir
  • Ayrılıq
  • Azərbaycan
  • Bakı Haqqında Mahnı
  • Bakının Ulduzları
  • Əlvida
  • Evləri Var Xana Xana
  • Əziz Şəhər
  • Gəlmədin
  • Gül Oğlan
  • Halvacı
  • Həzin Mahnı
  • Idet Vesna Po Apsheronu
  • Canım Bakı
  • Hardadır O Yar
  • Bakı 1
  • Bakı 2
  • Ey Sevincim
  • Gözəl Paytaxt
  • Ana
  • Azərbaycanım
  • Əhdimi İnan Var
  • Allegro
  • Amor Por Ti
  • Ariozo Lenskoqo
  • Əsgər'in mahnısı/aryası
  • Rudolf'un mahnısı/aryası
  • Azərbaycan 2
  • Badamlı
  • Bahar Sənsiz
  • Balaşın mahnısı/aryası
  • Bayatılar
  • Cvetok Ispanil
  • Djorona
  • Firuzə
  • Qalalı (Şuşalı)
  • Gözəlim Sənsən
  • Gülə Bilməz Bahar Sənsiz
  • İlk Görüş
  • Kəklik
  • Üzüyümün Qaşı
  • Vals
  • Can Bakı
  • Avara
  • Can Oyna
  • Əziz Surat
  • İnsan
  • Küçələrə su səpmişəm
  • Ləbu-ləb
  • Qızıl Üzük
  • Romeo Mənim Qonşumdur
  • Sənsiz
  • Sevgi Mahnısı
  • Sevgilim
  • Yadıma Sən Düşərsən

Filmoqrafiya

  • Arşın mal alan (film, 1945)
  • Doğma xalqıma (film, 1954)
  • Bəxtiyar (film, 1955)
  • Səadət yolu ilə (film, 1956) (sənədli film)
  • Azərbaycan mədəniyyətinin baharı (film, 1959)
  • Romeo mənim qonşumdur (film, 1963)
  • Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən
  • Toyda görüş (film, 1970) (sənədli film)
  • Ürəkdən-ürəyə (film, 1970) (sənədli film)
  • 1001-ci qastrol (film, 1974)
  • Rəşid Behbudov (film, 1975) (sənədli film)
  • Azərbaycan elləri (film, 1976) (sənədli film)
  • Nəğməkar torpaq (film, 1981)
  • Rəşid Behbudov (film, 1985) (sənədli film)
  • Ürək nəğməsi (film, 1989) (sənədli film)
  • Absurdistan (film, 2008) (tammetrajlı bədii film)-ifasından istifadə edilən müğənni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəşid Behbudov haqqında məlumat. Rəşid Behbudov nədir? Rəşid Behbudov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Dağıstan

  • Fevral 10, 2026

    Şengen zonası

  • Fevral 10, 2026

    Skandinaviya

  • Fevral 24, 2026

    Alyaska

  • Fevral 16, 2026

    Səlahəddin Əyyubi

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst