Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəzan Qadınəfəndi (28 mart 1860, Artvin, Kutaisi quberniyası – 31 mart 1910, İstanbul) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı.

Rəzan Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Rəzan Qadınəfəndi

Rəzan Qadınəfəndi (28 mart 1860, Artvin, Kutaisi quberniyası – 31 mart 1910, İstanbul) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı.

Rəzan Qadınəfəndi
osman. رزان قادين افندى
Şəxsi məlumatlar
Doğum tarixi 28 mart 1860(1860-03-28)
Doğum yeri
  • Artvin, Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 31 mart 1910(1910-03-31) (50 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Adilə Sultan türbəsi
Fəaliyyəti əsilzadə
Atası Ömər bəy
Anası Fatma xanım
Həyat yoldaşı
  • V Murad
Uşaqları
  • Aliyə Sultan,
  • Fatma Sultan
Ailəsi Osmanlı xanədanı

Həyatı

Rəzan xanım 1860-cı ildə Artvində gürcü əsilli Ömər bəy və xanımı Fatma xanımın ailəsində dünyaya gəldi. Rəbiyə adlı doğma, Şayəstə adında da ögey bacısı vardı. Kiçik yaşlarında bacılarıyla birlikdə İstanbula gətirildi və burada Səniha Sultanın sarayına təqdim olundu. Adı dəyişdirilərək Rəzan qoyuldu və türk-İslam tərbiyəsi aldı. Qardaşı Sultan Muradın taxta çıxdığı əsnada Səniha Sultan Rəzan xanımı qardaşının hərəminə göndərmək istədi. Ancaq ailəsindən icazənin gec verilməsi nəticəsində bu nikah Sultan Muradın Çırağan sarayındakı məhbus illərinə təsadüf etdi (2 noyabr 1877). Evləndikdən sonra bacısı Rəbiyəni özünə nədimə seçdi. Nikahdan 2 il sonra qızı Fatma Sultanı, ertəsi il isə Aliyə Sultanı dünyaya gətirdi.

Çırağan sarayındakı həbs həyatı olduqca ağır idi. Belə ki, Rəzan xanım əvvəlcə 1903-cü ildə kiçik qızı Aliyə Sultanı soyuq dəymədən itirdi. Bir il sonra isə əri Sultan Murad vəfat etdi. Ağır böhrana düşən Rəzan xanım və qızı Fatma Sultanın Çırağan sarayında qalmalarına icazə verildi. 1907-ci ildə evləndirdiyi qızı ilə birlikdə Bursaya getsə də, iki il sonra böyük ehtimalla, vərəm xəstəliyinə tutulmuş vəziyyətdə İstanbula qayıtdı. Uzun çəkən xəstəliyin ardından 31 mart 1910-cu ildə İstanbulda vəfat etdi və Əyyubsultandakı Adilə Sultan türbəsində qızının yanına dəfn olundu.

Övladları

  • Fatma Sultan
  • Aliyə Sultan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəzan Qadınəfəndi haqqında məlumat. Rəzan Qadınəfəndi nədir? Rəzan Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    III Vasili

  • Fevral 24, 2026

    Qərbi Berlin

  • Mart 01, 2026

    Seyşel qızılquşu

  • Mart 01, 2026

    Aşıq Nəcəf

  • Fevral 27, 2026

    Babül-Məndəb boğazı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst