Rəddül-Muxtar (ərəb. ردّ المحتار) — Məhəmməd ibn Abdullah ət-Timurtaşinin "Tənvirül-Əbsər"inə Həskəfi tərəfindən yazılan "əd-Dürrül-Muxtar" adlı şərhinə İbn Abidinin yazdığı haşiyə. Əsər "İbni-Abidin" adı ilə məşhurlaşmışdır.
| Rəddül-Muxtar | |
|---|---|
| ərəb. ردّ المحتار ərəb. حاشية رد المحتار، على الدر المختار | |
| Müəllif | İbn Abidin |
| Mövzu | fiqh |
| Orijinalın dili | ərəb dili |
| Ölkə | Osmanlı dövləti |
Əsər
Əsər beş cilddən ibarət olub, Hənəfi fiqhində ən qiymətli və faydalı əsərlərdən hesab olunur. Əsərdə "əd-Dürrül-Muxtar"dakı ifadələri izah edilib, səhih, mötəmət, zəif və tənqid edilən fikirlərə eyham vurulub, hökmlərin sübutları tədqiq edilib və daha əvvəl həll edilməmiş məsələlər həll edilməyə çalışılıb. Həmçinin əsərdə müraciət olunan əsərlərdəki səhvlər də düzəldilib. Müəllif əsərin yazılmasında demək olar ki, bütün Hənəfi mənbələrdən bəhrələnmişdir.
Əsər türkcəyə tərcümə edilmiş olub, müxtəlif tarix (h.q. 1272, h.q. 1286, h.q. 1299, 1994–1998 və s.) və yerlərdə (Bulaq (Misir), İstanbul, Qahirə, Beyrut və s.) dəfələrlə nəşr edilmişdir.
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəddül-Muxtar haqqında məlumat. Rəddül-Muxtar nədir? Rəddül-Muxtar nə deməkdir?