Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəcəfov Rzaqulu Məşədi Ələkbər oğlu (1884, Naxçıvan – 29 oktyabr 1937, Bakı) — mətbuat xadimi, publisist, maarifpərvər.

Rzaqulu Nəcəfov

  • Ana Səhifə
  • Vikipediya
  • Rzaqulu Nəcəfov

Nəcəfov Rzaqulu Məşədi Ələkbər oğlu (1884, Naxçıvan – 29 oktyabr 1937, Bakı) — mətbuat xadimi, publisist, maarifpərvər.

Rzaqulu Nəcəfov
Şəxsi məlumatlar
Doğum tarixi 1884(1884)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 29 oktyabr 1937(1937-10-29) (52–53 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti publisist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Maarifçi ailəsində doğulmuş, mükəmməl təhsil almış, ərəb, fars, rus və gürcü dillərini dərindən bilmişdir. Nəcəfovlar Culfada və Naxçıvanda ticarətlə məşğul olsalar da, onların elm öyrənməyə hədsiz maraqları var idi. Rzaqulunun da atası, əmiləri, qardaşı elmi dünyagörüşləri yüksək olan insanlar idi. Rzaqulu Nəcəfovun elmi dünyagörüşünün formalaşmasında qardaşı şair Əliqulu Qəmküsarın xüsusi rolu olmuşdur.

Rzaqulu Nəcəfov (soldan ikinci) Azərbaycan ziyalıları arasında

Öncə ruhani təhsili almış, sonralar Məhəmməd Tağı Sidqinin Naxçıvanda açdığı və o zamankı Naxçıvanın mədəni həyatında mühüm rol oynamış məşhur "Məktəbi-tərbiyə"də oxumuşdur. Culfa gömrükxanasında işləmiş, İran inqilabına (1905–1911) kömək etmişdir. 1912-ci ildə Tiflisə köçmüş, "Molla Nəsrəddin" jurnalına ikinci redaktor təyin edilmiş, Əliqulu Qəmküsarın köməkçisi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gürcüstanda Azərbaycan hökumətinin konsulu vəzifəsində çalışmışdır.[mənbə göstərilməlidir]

Gürcüstanda yaşayıb yaratmış, jurnalistlik fəaliyyəti göstərmişdir. 1922-ci ildən Tiflisdə azərbaycanca nəşr edilmiş həftəlik "Yeni fikir" qəzetinin təsisçilərindən və redaktorlarından biri olmuşdur.

Sovet hakimiyyəti illərində "Yeni fikir" qəzetinin redaktor müavini, "Dan ulduzu" jurnalının redaktoru, "Molla Nəsrəddin" jurnalının müxbiri, Zaqafqaziya Yeni Əlifba Komitəsinin sədr müavini, Tiflis Türk (Azərbaycan) Dövlət Dram Teatrının direktoru olmuşdur.

20-ci əsrin 30-cu illərində Bakıya köçmüş, nəşriyyatda işləmişdir. Dövri mətbuatda müntəzəm olaraq, aktual problemlərə dair elmi, ciddi və satirik üslubda məqalələr, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir haqqında xatirələr dərc etdirmişdir.

1931-ci ildə Azərbaycan Milli Mərkəzinin üzvü kimi həbs edildi. O, AMM ilə Türkiyə konsulluğu arasında əlaqə yaratmaqda günahlandırıldı. 30 sentyabr 1931-ci ildə AzSPU Kollegiyası tərəfindən 8 ilədək həbs düşərgələrində cəza çəkdi. 8 fevral 1932-ci ildə ZakGPU həbs cəzasını 3 ilədək həbs düşərgələrində saldı.

1937-ci ildə yenidən repressiya edildi. Ölüm cəzasına məhkum edildi.

İmzaları

Rzaqulu Nəcəfov "Mozalan", "Bir müsəlman", "Lağlağı", "N. R.", "R. Nəcəfzadə" və s. gizli imzaları ilə "Bürhani-tərəqqi" (1909), "Həqiqət" (1910), "Molla Nəsrəddin" (1913), "Maarif işçisi" (1927), "Dan yıldızı", "Yeni fikir" (1926), "Yeni Gəncə" (1925) nəşrlərində dərc olunmuşdur.

Ailəsi

Azərbaycanın tanınmış maarifçi ziyalı soylarından biri olan Nəcəfovlardandır. Şair Əliqulu Qəmküsarın kiçik qardaşı, diplomat Nəcəfqulu Nəcəfovun əmisi oğludur.

Həyat yoldaşı Bilqeyis xanım Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı, Azərbaycanın əməkdar artisti, müğənni Cahan xanım Talışinskayanın böyük bacısı idi.

Akif və Ülxan adında iki oğlu olmuşdur. Leninqrad Dövlət Universitetinin üçüncü kurs tələbəsi olan oğlu Akif, antisovet təşviqatına görə 1949-cu ildə həbs olundu və 10 il məcburi əmək düşərgələrində məhkum edildi.

Nəvələri Sankt-Peterburqda (Rusiya) və Nyu-Yorkda (ABŞ) yaşayır.

Həmçinin bax

  • Əliqulu Qəmküsar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rzaqulu Nəcəfov haqqında məlumat. Rzaqulu Nəcəfov nədir? Rzaqulu Nəcəfov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pinophyta

  • Fevral 25, 2026

    Müharibə

  • Fevral 27, 2026

    Azqıllı qurdlar

  • Fevral 27, 2026

    Aran (Lerik)

  • Fevral 27, 2026

    Quarani dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst