Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə c

Məktəbi-tərbiyə

  • Ana Səhifə
  • Vikipediya
  • Məktəbi-tərbiyə

Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb.

Mündəricat

Haqqında

Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.

Müəllimləri

  • Mirzə Ələkbər Süleymanov rus dili müəllimi (1894–1906)

Məzunları

  • Hüseyn Cavid
  • Əlirza Rasizadə (Hüseyn Cavidin qardaşı)
  • Məmməd Səid Ordubadi
  • Əziz Şərif
  • Rza Təhmasib Bəyzadə
  • Məmmədhüseyn Təhmasib
  • Rzaqulu Nəcəfov
  • Əliqulu Qəmküsar qardaşları
  • Ələkbər Abbasov (Ələkbər Qərib Naxçıvanlı), yazıçı, tərcüməçi
  • Əli Səbri Qasımov
  • Məmmədəli Sidqizadə (M. T. Sidqinin böyük oğlu), məşrutəçi
  • Ələkbər Məmmədquluzadə (C. Məmmədquluzadənin kiçik qardaşı, Qori Müəllimlər Seminariyasında oxumağa ciddi təşəbbüs göstərmişdi)
  • Əbdüləzim Rüstəmzadə
  • Mircəfər Mirişli
  • Bəhruz Kəngərli
  • Xəlil ağa Hacılarzadə
  • Həsən Səfərli
  • [[Məmməd Xəlilov və
  • Əli Xəlilov
  • Heydər Vəzirov
  • Əsəd Şeyxov
  • Qasım bəy Camalbəyov
  • Ağa Bektaşov
  • Əsədulla Bektaşov
  • İbrahim Əbilov

Həmçinin bax

  • Ümid məktəbi
  • Məclis (məktəb)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məktəbi-tərbiyə haqqında məlumat. Məktəbi-tərbiyə nədir? Məktəbi-tərbiyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Şapur

  • Fevral 27, 2026

    Rosa

  • Fevral 25, 2026

    Əliabad (Biləsuvar)

  • Fevral 25, 2026

    Cazibə qüvvəsi

  • Fevral 27, 2026

    Gənc türklər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst