Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rza Rüstəm oğlu Əfqanlı (Cəfərzadə) (15 may 1899, Sərab, Cənubi Azərbaycan – 9 noyabr 1973, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artist

Rza Əfqanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Rza Əfqanlı

Rza Rüstəm oğlu Əfqanlı (Cəfərzadə) (15 may 1899, Sərab, Cənubi Azərbaycan – 9 noyabr 1973, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943).

Rza Əfqanlı
Doğum adı Rza Rüstəm oğlu Cəfərzadə
Doğum tarixi 15 may 1899(1899-05-15)
Doğum yeri
  • Sərab, Cənubi Azərbaycan
Vəfat tarixi 9 noyabr 1973(1973-11-09) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
  • Bədurə Əfqanlı
Uşaqları
  • Ofeliya Aslan,
  • Xumar Zülfüqarova
Fəaliyyəti teatr aktyoru, kino aktyoru, teatr rejissoru, aktyor
Teatr
  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1923–1929),
  • Tiflis Azərbaycan Teatrı (1929–1933),
  • Az Millətlər Dövlət Teatrı (1933–1934),
  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1935–1963),
  • Sumqayıt Dövlət Gənclər Teatrı (1970–1973)
Mükafatları "Lenin" ordeni — 19491949 "Qırmızı əmək bayrağı" ordeni — 19591959 "Şərəf nişanı" ordeni — 19391939 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 19431943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1938 2-ci dərəcəli "Stalin" mükafatı — 19481948
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib.

1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933–1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.

Rza Əfqanlı müxtəlif illərdə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (Tavad Orbeliani), "Köhnə dudman" (Bədəl), "Baba yurdunda" (İsgəndərzadə), "Pəri cadu" (Qurban), "Dağılan tifaq" (Nəcəf bəy), Cəfər Cabbarlının "Od gəlini" (Rəbi, Aqşin və Elxan), "Oqtay Eloğlu" (Oqtay), "Sevil" (Balaş və Əbdüləli bəy), "1905-ci ildə" (General-qubernator), "Aydın" (Dövlət bəy), Vilyam Şekspirin "Otello" (Yaqo), "Hamlet" (Horatsio), "Kral Lir" (Edmund), Hüseyn Cavidin "Knyaz" (Anton), "Şeyx Sənan" (Platon və Şeyx Sənan), Aleksandr Suxovo-Kobılinin "Kreçinskinin toyu" (Nelfin), Viktor Hüqonun "Gülən adam" (Lord Devid), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Gavə), Konstantin Trenyovun "Düşmənlər" (Vixor Yarovay), Aleksandr Şirvanzadənin "Namus" (Seyran), Səməd Vurğunun "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad və Xosrov), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn), Mehdi Hüseynin "Nizami" (Nizami), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Paratov), Abdulla Şaiqin "Nüşabə" (İsgəndər), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Rüstəm bəy) əsərlərinin tamaşalarında ifa etdiyi rollar janr əlvanlığı, estetik zənginliyi ilə xarakterikdir.

Eyni dövrdə yaşadığı sənətkarlar kimi, Rza Əfqanlının da yaradıcılığında kino rolları ayrıca mərhələdir. O, 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib.

Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

Ailəsi

  • Həyat yoldaşı — Sona xanım
    • Qızı — Xumar Zülfüqarova (1927–2017), rəqqasə, baletmeyster, Azərbaycan SSR xalq artisti (1979).
  • Həyat yoldaşı — Bədurə Əfqanlı (1912–2002), geyim üzrə rəssam, Azərbaycan SSR xalq rəssamı (1974).
    • Qızı — Ofeliya Aslan (1939–2010), teatr aktrisası. Səyavuş Aslanın həyat yoldaşı.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 noyabr 1938[⇨]
  • "Stalin" mükafatı (ikinci dərəcə) — 1948 (Azərbaycan Dövlət Dram Teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Fərhad rolunun ifasına görə)[⇨]
  • "Lenin" ordeni — 22 iyul 1949
  • "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
  • "Şərəf nişanı" ordeni — 1 fevral 1939

Filmoqrafiya

  • Bakılılar (film, 1938) — Cəfər
  • Kəndlilər (film, 1939) — Abbas
  • Yeni horizont (film, 1940) — professor Əhmədov
  • O olmasın, bu olsun (film, 1956) — Cəlil Məmmədquluzadə
  • Aygün (film, 1960) — müəllim
  • İyirmialtılar (film, 1966) — Süleyman
  • Dağlarda döyüş (film, 1967) — Sərxan
  • Qanun naminə (film, 1968) — Vahidov
  • Mən ki gözəl deyildim (film, 1968) — Həmid
  • Sevil (film, 1970) — Atakişi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rza əfqanlı sözünün mənası, rza əfqanlı haqqında məlumat. rza əfqanlı nədir? rza əfqanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Kafirefs boğazı

  • Fevral 27, 2026

    Çoxluq

  • Fevral 27, 2026

    Özəl sektor

  • Fevral 27, 2026

    Mövsüm Məmmədov

  • Fevral 27, 2026

    Qüds krallığı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst