Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rusiya İmperiyası və Gürcüstan çarlıqlarının (Kartli, Kartli-Kaxeti) sərhədləri 18-ci əsrdə, Şimali Osetiyanın Rusiyaya birləşdirilməsindən sonra formalaşmağa b

Rusiya–Gürcüstan sərhədi

  • Ana Səhifə
  • Vikipediya
  • Rusiya–Gürcüstan sərhədi

Rusiya-Gürcüstan sərhədi — Rusiya ilə Gürcüstan arasında quru dövlət sərhədi.

Rusiya–Gürcüstan sərhədi
Xüsusiyyətləri
Dövlətlər
    •  Rusiya
    •  Gürcüstan
Uzunluğu
  • 723 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Rusiya İmperiyası və Gürcüstan çarlıqlarının (Kartli, Kartli-Kaxeti) sərhədləri 18-ci əsrdə, Şimali Osetiyanın Rusiyaya birləşdirilməsindən sonra formalaşmağa başladı. 1801-ci ildə Kartli-Kaxetiya krallığı və 1818-ci ildə isə İmeretiya Rusiyanın tərkibinə keçir.

26 may 1918-ci ildə Gürcüstan Demokratik Respublikası elan edilir. Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Gürcüstan arasında Qafqaz silsiləsi boyunca sərhəd yenidən formalaşır (7 may 1920-ci ildə dövlətlər bir-birlərini rəsmi olaraq tanıyır). Gürcüstanın Sovetləşməsindən sonra, 1921–1991-ci illərdə RSFSR ilə Gürcüstan SSR arasında sərhəd cuzi dəyişiliklərlə yenidən formalaşır (1922-ci ilin dekabrından bu sərhəd SSRİ daxilində idi, 1936-cı ilədək Gürcüstan ZSFSR-nin tərkibində idi). 1944–1958-ci illərdə RSFSR və Gürcüstan SSR sərhədləri sonuncunun xeyrinə dəyişilir. Beləki qaraçaylılar və çeçenlərin deportasiya edildiyi ərazilərin bir hissəsi Gürcüstana verilir. Bu dövrdə Gürcüstan müasir Qaraçay-Çərkəzin bir hissəsini (Teberda və Qaraçayevsk şəhərləri arasındakı ətrrazi o zaman Klukhori adlandırıldı) və müasir Çeçenistanın yüksək dağ bölgələrini əhatə edirdi. Bu dövrdən əvvəl və sonra iki respublikanın sərhədi əsasən Qafqazın Baş silsiləsindən keçirdi.

Birinci Çeçenistan müharibəsinə son qoyan 1996-cı il Xasavyurt anlaşmasının imzalanmasından sonra, faktiki olaraq müstəqil bir dövlətə çevrilən Çeçen İçkeriya Respublikası Rusiyadan faktiki yarı blokada şəraitində strateji əhəmiyyət qazanan İtum-Kali-Şatili avtomobil yolunu tamamlamağa çalışdı. Gürcüstan sərhədinə qədər yolun inşası respublikanın iqtisadi blokadasının qarşısını almalı idi. Bu yolun tikintisi üçün respublika əlindən gələni edirdi. Yol Arqun çayı boyunca çəkilirdi.

Sərhədlərin qismən dəyişdirilməsinin tanınması

2008-ci ildə baş verən silahlı qarşıdurmadan sonra, Cənubi Osetiya və Abxaziya Respublikaları Rusiya tərəfdən rəsmi olaraq müstəqil dövlət kimi tanındı. Bu baxımından Rusiya ilə sərhəd ciddi dəyişikliklərə uğradı. Bir tərəfdən sərhəddin uzunluğu azalmış, digər tərəfdən iki hissəyə bölünmüşdür. Faktiki olaraq, bu sərhəd 1990-cı illərin əvvəllərindən, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini elan etdikdən və Gürcüstanın əraziləri üzərində nəzarəti itirməsindən bəri formalaşmışdır. Gürcüstan nöqteyi-nəzərindən Rusiya-Gürcüstan sərhədi SSRİ-nin dağılmasından bəri dəyişməyib. Müvafiq olaraq, bu baxışlar bölünür: Rusiya tərəfinin versiyasını Cənubi Osetiyanın (Rusiya xaricində Venesuela, Nikaraqua, Suriya, Nauru və Tuvalu) və Abxaziyanın (Venesuela, Nikaraqua, Suriya, Nauru, Tuvalu və Vanuatu) müstəqilliyini tanıyan BMT üzvü olan dövlətlər, Gürcüstanın isə digər bütün BMT-yə üzv dövlətlər dəstəkləyir.

Keçid-buraxılış məntəqələri

Sərhəddə bir nəzarət məntəqəsi var:

Yuxarı Lars — Stepantsminda. Keçid məntəqəsi Hərbi Gürcüstan yolunda yerləşir. Bu Rusiya-Gürcüstan sərhədindəki yeganə qanuni nəzarət məntəqəsidir. Nəzarət məntəqəsinin gücü yeddi min nəfərə qədər, gündə 50 avtobus və avtomobildir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rusiya–gürcüstan sərhədi sözünün mənası, rusiya–gürcüstan sərhədi haqqında məlumat. rusiya–gürcüstan sərhədi nədir? rusiya–gürcüstan sərhədi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Laureae

  • Mart 07, 2026

    Səadətabad bağı

  • Fevral 25, 2026

    Ordubad

  • Mart 02, 2026

    Stüard

  • Fevral 27, 2026

    Sergey Malov

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst