Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rusiya konstitusiyada da əks olunduğu kimi çoxmillətli dövlətdir. Onun ərazisində 190 xalq yaşayır. 2010-cu ildə Ümumrusiya əhalinin siyahıya alınmasına görə əh

Rusiya xalqları

  • Ana Səhifə
  • Vikipediya
  • Rusiya xalqları

Rusiya konstitusiyada da əks olunduğu kimi çoxmillətli dövlətdir. Onun ərazisində 190 xalq yaşayır. 2010-cu ildə Ümumrusiya əhalinin siyahıya alınmasına görə əhalinin 80,9 % və ya 111,0 milyon nəfərini ruslar, 19,1 % və ya 26,2 milyon nəfərini isə digər xalqlar təşkil edir

Rusiya əhalisi hər nə qədər digər ölkələrlə müqayisədə yüksək olsa da; hər km²-a düşən insan sayı, ölkənin sahəsi ilə əlaqədar olaraq çox azdır. Rusiya əhalisinin başlıca olaraq yaşadığı region, coğrafi olaraq Avropa torpaqları olaraq qəbul edilən Ural dağlarının qərbində və Şimal-qərb Sibirdə yaşayır. Ölkə əhalisinin 73%-i şəhərlərdə yaşayarkən 27%-i kənd yerlərində yaşayır. Rusiya əhali baxımından dünyanın ən çox əhaliyə malik səkkizinci ölkəsi mövqeyindədir.

Ölkə əhalisi, Sovet İttifaqının dağılmasından sonra süquta keçmiş olsa da, 2010-cu il sayımına görə 141.927.297 nəfərdir. 1991-ci ildə Rusiya əhalisi bütün zamanların ən yüksək səviyyəsi olan 148.689.000 nəfərə çatmışdı, amma 1990-cı illər boyu davam edən miqrasiya, ölüm nisbətin çox sürətli artması kimi səbəblər ilə ölkə əhalisi 20 illik müddətdə azalmışdır.

Rusiyanın 1950–2013-cü illər arasında əhali artımı.

Ölkədə 2009-cu ildə, son 15 il ərzində ilk dəfə 10.500 nəfərlik bir əhali artımı olmuşdur. Sözügedən artım, 279.906 nəfərin Rusiyaya köçməsi ilə yaranmışdır ki, bu rəqəmin 93%-i Keçmiş Sovet ölkələrindən olmuşdur. Rus xalqının miqrasiyası isə 2000-ci ildə 359.000 ikən 2009 ilində 32.000-ə enmişdir. Hazırda 116 milyon Rus ölkə sərhədlərində yaşayarkən, ölkə xaricində, xüsusən keçmiş sovet ölkələrində 20 milyona yaxın rus yaşadığı təxmin edilir.

Rusiyada doğum nisbəti, Avropa ölkələrinin ortalamasından yüksəkdir. Rusiya doğum nisbəti 2008-ci ildə hər min nəfərdə 12.4 doğuş olarkən, Avropa Birliyi hesablaması isə hər min nəfərdə 9.90 nəfərdir. Ölüm nisbəti isə Avropa İttifaqı ilə müqayisədə çox yüksək qalır. Avropa Birliyi orta hesabla ölüm nisbəti mində 10,28 ikən, Rusiyada 2009 rəqəmlərinə görə ölüm nisbəti mində 14,2-ə çatmışdır. Hökumət bu vəziyyəti əngəlləmək üçün 2007-ci ildə, aylıq uşaq yardımını ikiyə çıxararaq 55 Dollar etmiş, tək səfərlik ödəməni isə ikinci uşaqdan sonra hər uşağa 9.200 ABŞ dollarına yüksəldib. 70—79%  50—69%  20—49%  <20%

Etnik qruplar

60 fərqli etnik qrupun yaşadığı Rusiya Federasiyasında əsas etnik qruplar aşağıdakılardır;

  • 115,9 milyon Ruslar
  • 6,1 milyon Tatarlar
  • 2,9 milyon Ukraynalılar
  • 1 milyon 637 min Çuvaşlar
  • 1 milyon 360 min Çeçenlər
  • 1 milyon 130 min ermənilər
  • 597 min Almanlar
  • 444 min Yakutlar
  • 300 min Qaraçay və Balkarlar
  • 843 min Mordvalar
  • 808 min Belaruslar
  • 622 min Azərbaycanlılar
  • 515 min Osetinlər
  • 172 min Moldovanlar
  • 96 min Axısqa türkləri
  • 637 min Udmurtlar
  • 604 min Marilər
  • 233 min Komi-zıryanlar
  • 174 min Kalmıklar
  • 41,3 min Nenlər
  • 230 min Yəhudilər
  • 1 milyon 637 min Başqırdlar
  • 422 min Qumuqlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rusiya xalqları haqqında məlumat. Rusiya xalqları nədir? Rusiya xalqları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qaz lampası

  • Fevral 27, 2026

    Boneyr

  • Fevral 28, 2026

    Lancia

  • Fevral 27, 2026

    Delphinium brunonianum

  • Fevral 27, 2026

    Arjantöy

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst