Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rus nərəsi (lat. Acipenser gueldenstaedtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsi

Rus nərəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Rus nərəsi

Rus nərəsi (lat. Acipenser gueldenstaedtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.

Rus nərəsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Qığırdaqlı qanoidlər
Dəstə:
Nərəkimilər
Fəsilə:
Nərələr
Yarımfəsilə:
Acipenserinae
Cins:
Nərə
Növ:
Rus nərəsi
Beynəlxalq elmi adı
  • Acipenser gueldenstaedtii Brandt & Ratzeb., 1833
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  161073
NCBI  7902
EOL  46561166

Xəzər dənizində nərə üç müstəqil populyasiya əmələ gətirir: a) Şimali Xəzər və ya Volqa; b) İran; v) Kür nərəsi. Onlar bir-birindən xarici görünüşünə, həyat tərzinə və bir çox bioloji xüsusiyyətlərinə görə fərqlənir. Kür nərəsi Volqa nərəsinə nisbətən iri olub, bədəni boz rəngdədir. Volqa nərəsinin bədəni sarımtıl rəngdədir. Xəzərin Azərbaycan sektorunda əsasən Kür nərəsinə təsadüf edilir. Kür nərəsi əsasən Cənubi Xəzərdə Orta Xəzərdə və az miqdarda Şimali Xəzərdə təsadüf olunur. İran nərəsi əsasən Xəzərin cənub-şərq hissəsində yaşayır. Azərbaycan sularında az təsadüf edilir. Bu balığın kürüsü yüksək qiymətləndirilir. Beynəlxalq bazarda bölgə kürüsündən sonra nərə kürüsü ikinci yerdə durur. Nərə əsasən dib həyatı keçirir. Xəzər dənizində Kür nərəsi əsasən 50 m-ə qədər dərinliklərdə yayılıb, qışda və payızda Cənubi Xəzərin qismən isti sularına üstünlük verir. Burada temperatur 10-20 °C olur. Nərələr də keçici balıqlardır. Kür çayında dünyaya gələn balıq körpələri dənizə keçərək orada yaşayır və böyüyür. Cinsi yetişkənlıyə çatdıqda isə çoxalmaq üçün çaylara, əsasən Kür çayına keçir. Nərələrin Kür çayına keçməsi bütün il boyu müşahidə edilir, lakin kütləvi şəkildə keçid yaz-yay aylarına təsadüf edir. Kürü tökməyə hazırlaşan yetkinlik dövrünə çatmış balıqların uzunluğu 105-224 sm, kütləsi 9-73 kq, yaş həddi 8-48 arasında olur. Hər bir dişi balıq 84 mindən 837 min ədədə qədər kürü verir. Digər nərə növlərinə nisbətən böyüməsi zəif templə gedir. Qiymətli vətəgə balığı olan nərə, Azərbaycanda nərəkimilərin ovunda əsas yerlərdən birini tutur və ümumi ovun üçdə bir hissəsini təşkil edir. Kür çayının axını tənzim olunduqdan sonra başqa keçici balıqlar kimi nərə ehtiyatı, əsasən, süni yolla balıqartırma zavodlarında bərpa olunur. Son illərdə dənizdə intensiv ovlandıqları üçün ehtiyatı xeyli azalıb. Hazırda süni yolla çoxaldılma miqyasını genişləndirmək məqsədilə ciddi tədbirlər həyata keçirilməkdədir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rus nərəsi haqqında məlumat. Rus nərəsi nədir? Rus nərəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Batı xan

  • Fevral 27, 2026

    Yevstax borusu

  • Fevral 27, 2026

    Adrasteya (nimfa)

  • Fevral 27, 2026

    Təpə

  • Fevral 27, 2026

    Kələkarx

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst