Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından

Rus-Çeçen müharibəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Rus-Çeçen müharibəsi

Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi.

Birinci Çeçen-Rus Müharibəsi
Qroznı şəhəri yaxınlığında çeçen döyüşçülər tərəfindən ələ keçirilmiş Rusiya HHQ-nə məxsus Mi-8 hərbi-nəqliyyat helikopteri. 1994-cü il.
Tarix 11 dekabr 1994 – 31 avqust 1996
Yeri Çeçenistan və İnquşetiya, Stavropol diyarı və Dağıstanın bir hissəsi. Rusiya
Nəticəsi

Çeçenistanın qələbəsi

  • Xasavyurtdan Rusiya qoşunlarının çıxarılır
  • Rus-Çeçen sülh müqaviləsi imzalanır
  • 1996-cı ilin sonuna qədər bütün Rusiya qoşunları Çeçenistan ərazisini tərk etməli idi
  • Çeçenistan de-fakto müstəqilliyi davam edir
Münaqişə tərəfləri

Rusiya Rusiya

Çeçen İçkeriya Respublikası
Müsəlman muzdlular
Türkiyə Türkiyəli könüllülər
Ukrayna Ukraynalı könüllülər
Belqoroddan olan könüllülər

Komandan(lar)

Rusiya Boris Yeltsin
Rusiya Pavel Qraçov
Rusiya Anatoli Klukov
Rusiya Anatoli Romanov
Rusiya Konstantin Pulikovski

Cövhər Dudayev
Zelimxan Yandarbiyev
Aslan Maşhadov
Şamil Basayev
Əmir Xəttab

Tərəflərin qüvvəsi

Rusiya Rusiya

  • 38,000 (1994-cü il dekabr)
  • 70,500 (1995-ci il fevral)

Çeçen İçkeriya Respublikası

  • Bilinməyən sayda
İtkilər

Hərbi: 5,732 nəfər həlak olub və ya itkin düşüb (Rusiya rəsmi qiymətləndirməsi)
Mülki: Ən azı 161 nəfər Çeçenistandan kənarda həlak olub

Hərbi: 17,391 nəfər həlak olub və ya itkin düşüb (Rusiya rəsmi qiymətləndirməsi)
Mülki: 50,000-100,000 nəfər
80,000 nəfər (İnsan hüquqları qrupları qiymətləndirməsi)

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Tarixi

    1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar. Bundan bir qədər əvvəl Cövhər Dudayevə məxsus qüvvələr bir neçə nəfər rus əsgərini əsir götürür. Rusiya bu əsirlərin azad edilməsi üçün ultimatum verir. Əsirlər məsələsi ultimatumla həll edilə bilmədiyindən Cövhər Dudayevlə Rusiya Müdafiə Naziri Pavel Qraçov arasında danışıqlar olur. Razılaşmalara baxmayaraq ruslar 6 dekabr 1994-cü ildə Qroznını yenidən bombalayır. 11 dekabrda ruslar çeçen torpaqlarına girir. İki ilə yaxın gedən döyüşlərin ardından tərəflər arasında Xasavyurt Müqaviləsi imzalanır. Müqaviləyə görə, Çeçenistanın müstəqilliyi Rusiya tərəfindən rəsmən tanındı və siyasi statusu 5 il ərzində qərarlaşdırılmalı idi. Müharibə ərəfəsində rus hərbi qüvvələri 6,000 nəfərdən çox, çeçen hərbi qüvvələri 18,000 nəfərdən çox və 50,000 (qeyri-rəsmi mənbələrə əsasən 100,000-ə yaxın) mülki vətəndaş həyatını itirdi.

    Həmçinin bax

    • Boris Yeltsin
    • Cövhər Dudayev
    • Şamil Basayev

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rus-çeçen müharibəsi sözünün mənası, rus-çeçen müharibəsi haqqında məlumat. rus-çeçen müharibəsi nədir? rus-çeçen müharibəsi nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Pişik

    • Fevral 25, 2026

      Genetik xəstəliklər

    • Fevral 23, 2026

      Fua (şəhər)

    • Mart 06, 2026

      Sen-Şan

    • Fevral 24, 2026

      Pandeizm

    Trend Mahnılar
    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Mart 04, 2026

      Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst