Rumıniya krallığı (rum. Regatul României) — 1881-1947-ci ildə mövcud olan konstitusiyalı monarxiya.
| Tarixi dövlət | |||||
| Rumıniya krallığı | |||||
|---|---|---|---|---|---|
| |||||
| « Nihil Sine Deo Tanrısız heç nə | |||||
![]() 1914-cü ildə Rumıniya krallığı | |||||
| 14 mart 1881 — 1947 | |||||
| Paytaxt | Buxarest (1881-1916, 1918-1947) Yassı (1916-1918) | ||||
| Ən böyük şəhər | Buxarest, Yassı | ||||
| Rəsmi dilləri | Rumın dili | ||||
| Din | Rumın Pravoslav Kilsəsi | ||||
| Pul vahidi | Rumıniya leyi | ||||
| Ərazisi | 137,903 km² (1915) 295,049 km² (1940) | ||||
| Əhalisi | 7,900,000 (1915) 20,058,378 (1940) | ||||
| İdarəetmə forması | Konstitusiyalı monarxiya (1881-1938, 1940-1947) Mütləq monarxiya (1938-1940) | ||||
| Sülalə | Hohensollernlər | ||||
1859-1877-ci illərdə Rumıniya Moldova və Valaxiya knyazlıqlarının birliyi altında idi və 1877-1878 Osmanlı-Rusiya müharibəsinin ardından bu birlik müstəqilliyini elan etdi. 1881-ci ildə Hohensollernli Karolun özünü kral elan etməsiylə Rumıniya krallığının əsası qoyuldu.
1923-cü ildə qəbul edilən konstitusiyanın II Karol tərəfindən 1938-ci ildə ləğv edilməsiylə ölkə mütləq monarxiyaya çevrildi. Ancaq 1940-cı ildə II Karol taxtdan endirildi və ölkədə Yon Antoneskunun rəhbərliyi ilə faşist diktaturası başladı. Taxta çıxarılan I Mixailin isə dövlət idarəsində heç bir rolu olmadı. Yon Antoneskuya qarşı 1944-cü ildə baş tutan çevrilişin ardından ölkə yenidən konstitusiyalı monarxiyaya çevrildi və Anti-Hitler koalisiyasına qoşuldu.
Ölkədə artan SSRİ təsiri və kommunistlərin çoxluq təşkil etdiyi yeni hökumət kabinetinin fəaliyyətləri ölkədə monarxiyanın ləğvinə yol açdı və Rumıniya krallığı 1947-ci ilin son günü özünü Rumıniya Xalq Respublikası elan etdi.
Krallar
| Sıra | Monarx | Səltənət illəri | Haqqında | |
|---|---|---|---|---|
| 1. | I Karol 1839-1914 (75 yaş) | ![]() | 15 mart 1881 – 10 oktyabr 1914 |
|
| 2. | I Ferdinand 1865-1927 (61 yaş) | ![]() | 10 oktyabr 1914 – 20 iyul 1927 |
|
| 3. | I Mixail 1921-2017 (96 yaş) | ![]() | 20 iyul 1927 – 8 iyun 1930 |
|
| 6 sentyabr 1940 – 30 dekabr 1947 | ||||
| 4. | II Karol 1893-1953 (59 yaş) | ![]() | 8 iyun 1930 – 6 sentyabr 1940 |
|
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rumıniya krallığı haqqında məlumat. Rumıniya krallığı nədir? Rumıniya krallığı nə deməkdir?


